Zinaida Gippius 8 (20) noyabr 1869[1][2][…], Belyov, Tula quberniyası[d], Rusiya imperiyası[1] – 9 sentyabr 1945[3][1][…], Paris, Fransa[3][1] — rus yazıçısı, dramaturq, tənqidçi, rus simvolizminin nümayəndəsi.
Zinaida Gippius | |
---|---|
rus. Зинаида Николаевна Гиппиус | |
Doğum adı | Зинаида Николаевна Гиппиус[2] |
Təxəllüsü | Антон Крайний[1][5], Anton Krajnij[6], Lev Pushchin[7], Camarada Herman[7], Roman Arensky[7], Anton Kirsha[7], Nikita Vecher[7], V. Vitovt[7] |
Doğum tarixi | 8 (20) noyabr 1869[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 9 sentyabr 1945[3][1][…] (75 yaşında) |
Vəfat yeri | |
Həyat yoldaşı |
|
Fəaliyyəti | şair, yazıçı, dramaturq, ədəbiyyat tənqidçisi, nasir |
Fəaliyyət illəri | 1888–1941 |
Əsərlərinin dili | rus dili, fransız dili[8] |
İstiqamət | simvolizm |
Janrlar | poeziya, nəsr, memuar, ədəbi tənqid |
gippius.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Alman əsilli hüquqşünas ailəsində doğulub. Kiyevdə qızlar institutuna və Moskvada gimnaziyaya daxil olsa da, xəstəliyinə görə təhsilini yarımçıq qoyub və evdə lisey müəllimlərindən dərs alıb. Kiçik yaşlarından şeir yazmağa başlayıb. 1888-ci ildə "Şimal xəbərləri" jurnalında dərc edilən "İthaf" və "Nəğmə" şeirləri ilk mətbu əsərləridir. İlk nəsr əsərləri "Yeni insanlar" (1896), "Ayna" (1898) adlı kitablarında toplanmışdır. 1904-cü ildə çap olunan "Şeirlər toplusu. 1889–1903" adlı ilk şeir kitabı rus poeziyasında modernizmi zənginləşdirmişdir. Dövrünün inqilabi hərəkatının iştirakçılarından bəhs edən "Al-qırmızı qılınc" (1906) hekayələr toplusunun, "Lalələrin rəngi" (1908) dramının müəllifidir. 1920-ci ildən Parisdə yaşayıb. Onun təşəbbüsü əsasında xaricdə rus mədəniyyətinə maraq oyatmaq, müxtəlif mühacir ədəbi dairələri birləşdirmək məqsədilə Parisdə "Yaşıl çıraq" (1927–1939) cəmiyyəti yaradılıb. "Sonuncu dairə" (1972, bitməyib) poeması, esse və ədəbi-tənqidi məqalələri var.