Zubdat-un Nisə Bəyim (2 sentyabr 1651[1], Multan, Britaniya Hindistanı – 17 fevral 1707[1], Dehli) — Böyük Moğol imperatoru I Övrəngzibin üçüncü qızı və moğol şahzadəsi. Onun anası olan Dilras Banu Bəyim Səfəvi sülaləsinə mənsub olmuş və I İsmayılın soyundan gəlmişdir.
Zubdat-un Nisə Bəyim | |
---|---|
Böyük Moğol imperiyasının şahzadəsi | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Multan, Böyük Moğol imperiyası |
Vəfat tarixi | (55 yaşında) |
Vəfat yeri | Dehli, Böyük Moğol imperiyası |
Atası | Övrəngzib |
Anası | Dilras Banu Bəyim Səfəvi |
Həyat yoldaşı | Sipihr Şükuh |
Dini | Sünni İslam |
Zubdat-un Nisə Bəyim 2 sentyabr 1651-ci ildə Multanda dünyaya gəlmişdir. Bu zaman onun atası Övrəngzib hələ şahzadə idi. Ana Dilras Banu Bəyim olmuşdur. Yaxşı təhsil almış olan Zubdat İslam dininin təməl doktrinası üzərinə mükəmməl təhsil almışdı.[2][3][4]
Zubdat özünün əmisinin oğlu Şahzadə Sipihr Şükuhla 30 yanvar 1673-cü ildə evlənmişdir. Şahzadə Sipihr Şükuh[a] Zubdatın böyük əmisi vəliəhd şahzadə Dara Şükuh və Nadirə Banu Bəyimin üçüncü oğlu idi. Evlilik qarşılığında ona 400 min rupu pul verilmişdi. Onların toy mərasimi Həmid Banu Bəyim tərəfindən təşkil edilmişdi. 1676-cı ildə Zubdat ilk oğlunu dünyaya gətirdi və oğlana Şahzadə Əli Təbər adı verildi. Lakin bu uşaq 6 aylıq ikən vəfat etdi.[7][8][9][10]
Zubdat-un Nisə Bəyim 17 fevral 1707-ci ildə, atasının ölümündən bir ay əvvəl vəfat etmişdir.[11]
Onun anası olan Dilras Banu Bəyim Səfəvi sülaləsinə mənsub idi. Dilras Banunun atası Bədiüzzaman Mirzə Səfəvinin nəsli I İsmayıla qədər gedib çıxırdı. Bu Səfəvi sülaləsi tirəsi I İsmayılın oğlu Bəhram Mirzədən ortaya çıxmışdı. Bədiüüzzaman Mirzə moğol sarayında Şahnəvaz xan adı ilə tanınmaqda və Qucarat vilayətini idarə etməkdə idi. O, ən güclü moğol əyanlarından biri idi.[12] Anası Dilras Banunun hamilə qalması ən azı 4 il aralıqlarla olmuşdur. Professor Annie Krieger-Krynicki hesab edir ki, onun hamiləlikləri arasaranın olmasının səbəbi Övrəngzibin Dilrasın kövrək sağlamlığına ziyan vurmaq istəmməsi həlledici amil olmuşdur. Çünki Övrəngzib Mümtaz Mahalın da buna görə vəfat etdiyini görmüşdü.[13] Cütlük evliliklərinin 20-ci ilində artəq 5 uşaq sahibi idilər: