Zinət-un Nisə Bəyim (5 oktyabr 1643, Övrəngabad – 7 may 1721, Dehli) — Böyük Moğol imperiyasının hökmdarı Övrəngziblə onun Səfəvi sülaləsindən olan birinci və əsas arvadı Dilras Banu Bəyimin evliliyindən dünyaya gələn ikinci qız şahzadə. O, atası tərəfindən fəxri titul olan Padşah Bəyim[a] titulu ilə təltif edilmişdir.[2][3]
Zinət-un Nisə Bəyim | |
---|---|
Padşah Bəyim | |
1681 – 1721 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 oktyabr 1643 |
Doğum yeri | |
Vəfat tarixi | 7 may 1721 (77 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Övrəngzib |
Anası | Dilras Banu Bəyim Səfəvi |
Həyat yoldaşı | Evlənməyib |
Dini | Sünni İslam |
Zinət-un Nisə Bəyimimn adının mənası "Qadınlar arasındakı zinət" deməkdir. O, 5 oktyabr 1643-cü ildə Övrəngabad şəhərində dünyaya gəlmişdir. Onun anası olan Dilras Banu Bəyim Səfəvi sülaləsinə mənsub idi. Dilras Banunun atası Bədiüzzaman Mirzə Səfəvinin nəsli I İsmayıla qədər gedib çıxırdı. Bu Səfəvi sülaləsi tirəsi I İsmayılın oğlu Bəhram Mirzədən ortaya çıxmışdı. Bədiüüzzaman Mirzə moğol sarayında Şahnəvaz xan adı ilə tanınmaqda və Qucarat vilayətini idarə etməkdə idi. O, ən güclü moğol əyanlarından biri idi.[4] Zinət-un Nisə dünyaya gəldiyi zaman moğol imperatoru onun babası və V moğol hökmdarı olan Sultan Şahcahan idi. Zinət-un Nisə də eyni böyük bacısı olan Zeb-un Nisə və kiçik bacısı olan Zubdat-un Nisə kimi mükəmməl şəritə dərsi almış və bunu öyrənmişdir.[5] Xüsusi müəllimlərdən və alimlərdən dərs alan Zinət-un Nisə evlənməyi rədd etmiş və bütün həyatı boyu tək qalmağı seçmişdir.
Zinət ən kiçik ögey qardaşı olan Məhəmməd Kam Baxşa çox bağlı idi və bir neçə dəfə onun atası tərəfindən bağışlanmasına nail olmuşdu.[6] Buna baxmayaraq, Zinətin doğma qardaşı olan Əzəm Şahın Kam Baxşdan xoşu gəlmirdi. Zinət Övrəngzibin hakimiyyətinin son qismlərində cariyə Udaipuri Mahal ilə birlikdə atasının yeganə yoldaşı idi. O, 1707-ci ildə atası vəfat edənə qədər dörddə bir əsr ərzində Dəkkəndə atasının evinin nəzarətçisi idi. Uzun müddət Övrəngzibə sadiq şəkildə xidmət edən Zinət onun varisləri tərəfindən möhtəşəm dövrün canlı xatirəsi kimi daim hörmət görmüşdür.[7]
Dilras Banunun hamilə qalması ən azı 4 il aralıqlarla olmuşdur. Professor Annie Krieger-Krynicki hesab edir ki, onun hamiləlikləri arasaranın olmasının səbəbi Övrəngzibin Dilrasın kövrək sağlamlığına ziyan vurmaq istəmməsi həlledici amil olmuşdur. Çünki Övrəngzib Mümtaz Mahalın da buna görə vəfat etdiyini görmüşdü.[8] Cütlük evliliklərinin 20-ci ilində artəq 5 uşaq sahibi idilər:
Zinət-un Nisənin 14 karvansara tikdirdiyi məlumdur. 37 yaşı olarkən o, yeni bir layihəyə başlamış və Avadh ilə Benqalı birləşdirən əsas yolun üzərində mehmanxanalar tikdirməyə başlamışdır. Onun bu cəhdləri atasının təriflərini qazanmasına səbəb olmuşdur.[14] O, təxminən 1700-cü illərdə Dehlidəki Qırmızı Qalanın divarlarının yanından keçən çayın kənarında Zinət-un Məsacid adlandırılan abidə tikdirdi və öldükdən sonra elə burada da dəfn edildi.[15] Rəvayətə görə, o, atasından cehizinin miqdarını tələb edib və onu məscidin tikintisinə sərf edib.[14]
Zinət-un Nisə Bəyim 1721-ci ilin 18 may tarixində 77 yaşında ikən Delhidə vəfat etmişdir.[16]