Nəcməddin Əhmədov

Nəcməddin Xələf oğlu Əhmədov (23 iyun 1923, Əngəxaran, Şamaxı qəzası7 sentyabr 1995) — Azərbaycan ictimai-siyasi xadimi, Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1981–1986), Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi (1971–1981), Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin rəisi (1964–1971).

Nəcməddin Əhmədov
bayraq
Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
bayraq2
12 yanvar 1981 – 1986
ƏvvəlkiAydın Məmmədov
1971 – 1981
SonrakıZahir Əbdürəhmanov
bayraq
Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin rəisi
bayraq2
1964 – 1971
Şəxsi məlumatlar
Doğum tarixi 23 iyun 1923(1923-06-23)
Doğum yeri
Vəfat tarixi 7 sentyabr 1995(1995-09-07) (72 yaşında)
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Milyon fil və ağ çətir" ordeni

Nəcməddin Xələf oğlu Əhmədov 1923-cü ildə Şamaxı qəzasının Əngəxaran kəndində anadan olmuşdur.[1] Azərbaycan Dövlət Universitetini bitirmişdir. Böyük Vətən müharibəsində iştirak etmiş, 1953-cü ilədək texnik, sərnişin xidməti rəisinin köməkçisi, yol distansiyası kadrlar şöbəsinin rəisi Zaqafqaziya dəmiryol Bakı şöbəsinin siyasi şöbəsində rəis köməkçisi, Bakı dəmiryol qovşağı qovşağı birləşmiş partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. 1954–1958-ci illərdə Bakı Ali Partiya Məktəbinin müdavimi olmuşdur.[2]

Nəcməddin Əhmədov 1959-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin məsul təşkilatçısı, qrup rəhbəri, bölmə müdiri, şöbə müdirinin müavini, 1964–1971-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin rəisi vəzifəsində çalışmışdır.[2] 1971–1981-ci illərdə Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi, 1981–1986-cı illərdə isə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur. Təqaüdə çıxandan sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının baş müşaviri kimi fəaliyyət göstərmişdir.[3]

Nəcməddin Əhmədov 1951-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin VII, VIII, IX, XXI çağırış deputatı seçilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.[2] O, 20 ilə yaxın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti rəyasət heyətinin üzvü, Respublika Sülh Fondunun sədri, Beynəlxalq Qardaşlaşmış Şəhərlər Federasiyasının vitse-prezidenti olmuşdur. "Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı" ordenləri, eləcə də Laosun "Milyon fil və ağ çətir" ordeni ilə təltif edilmişdir. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinin, 3 dəfə isə SSRİ-nin Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr üzrə Sovet Cəmiyyətləri İttifaqının fəxri fərmanı ilə təltif olunmuşdur.[3]

Nəcməddin Əhmədov 7 sentyabr 1995-ci ildə vəfat etmişdir.[1] II Fəxri Xiyabanda dəfn olunmuşdur.

  1. 1 2 Ədalət Məmmədov. Şamaxı tarixində 100 qızıl imza. Bakı: Ziya. 2015. səh. 192–194.
  2. 1 2 3 Әһмәдов Нәҹмәддин Хәләф оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 171.
  3. 1 2 Kamil İbrahimov. Qədim Şirvan elinə səyahət. Bakı. 2017. səh. 456–458.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]