Bu məqaləni vikiləşdirmək lazımdır. |
Yusif Niftalı ağa oğlu Yusifov (20 oktyabr 1906, Musaköy, Qazax qəzası – 14 iyun 1995, Bakı) — tarix elmləri doktoru, professor, Azərbaycan SSR Ali Sovetinin sədri, BDU-nun tarix fakültəsinin dekanı (1964–1973), müxtəlif rayonların maarif şöbə müdiri, Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin birinci katibi, deputat, Azərbaycan SSR Ali Sovetinin sədri (Spiker). "Lenin ordeni" (1943), Böyük Vətən müharibəsi ordeni (1945), "Lenin ordeni" (1949), "Qafqazın müdafiəsinə görə" (1945), "Böyük Vətən müharibəsi illərində rəşadətli əməyə görə" (1945) medalları ilə təltif olunmuşdur.
Yusif Yusifov | |
---|---|
22 mart 1947 – 26 mart 1951 | |
Əvvəlki | Sultan Qafarzadə |
Sonrakı | Ağamirzə Əhmədov |
yanvar 1948 – may 1951 | |
Əvvəlki | Hüseyn Nəcəfov |
Sonrakı | İsmayıl Əsgərov |
sentyabr 1941 – yanvar 1948 | |
Əvvəlki | Ələkbər Eminov |
Sonrakı | Məmməd Orucov |
yanvar 1941 – sentyabr 1941 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 oktyabr 1906 |
Doğum yeri | |
Vəfat tarixi | 14 iyun 1995 (88 yaşında) |
Vəfat yeri | |
Təhsili |
Tiflis (Mangilis) oğlanlar gimnaziyası Qazax Müəllimlər Seminariyası Azərbaycan Elmi-Tədqiqat Institutu Azərbaycan KP MK Marksizm-Leninizm Universiteti Azərbaycan Pedaqoji Institutu |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Xanlıqlarda anadan olmuş, ilk təhsilini Xanlıqlarda almışdır. Onun istedadını görən qohumu, Qazax şəhər sakini, Mahmud bəy Qiyasbəyov Yusifi evlərinə götürmüş, tərbiyəsi ilə məşğul olmuş və aparıb Tiflisdə (Mangilis) Qazax-Borçalı ağalarının övladlarının təhsil aldığı klassik tipli oğlanlar gimnaziyasına qoymuşdur. 1918-ci ilə qədər Tiflisdə oxumuş, o vaxt cərəyan etmiş hadisələrlə bağlı Qazaxa qayıtmalı olmuşdur. 1920-ci ildə Qazax Müəllimlər Seminariyasına daxil olmuş, buranı 1926-cı ildə bitirmişdir. 1920-ci ildə komsomol sıralarına daxil olan Yusif Dilbazov seminariya illərində özünü fəal ictimaiyyətçi kimi tanıda bilmişdir. Mirvarid Dilbazi bəy nəslindən olan bu gəncin nə yolla komsomola keçə bildiyini "Bənövşələr üstə göz yaşları"nda belə izah edirdi:
Pedaqoji fəaliyyətə Qaryagin rayonunun (indiki Füzuli) Əbdürrəhmanlı kəndində ibtidai sinif müəllimi kimi başlamışdır. 1926-cı ilin avqustundan 1927-ci ilin aprelinə kimi burada işləmiş, ardınca Quba şəhərinə yenidən hazırlanma kursuna göndərilmişdir. Oktyabrda yenidən Qaryaginə qayıtmış, bu dəfə Qoçəhmədli kənd yeddiillık məktəbinə direktor təyin edilmişdir. 1931-ci ilin sentyabrına kimi bu vəzifədə olmuş, rayon maarif şöbəsinin müdiri təyin edilmişdir. Bir tədris ili bu vəzifədə olmuş, həmin il partiya sıralarına daxil olmuşdur. Partiya sıralarına daxil olarkən anketində öz ictimai keçmişini "əkinçiliklə məşğul olan yoxsul kəndli" kimi göstərərək valideynlərinin 1910-cu ildə vəfat etdiklərini, dayısı — Xanlıqlar sakini Məhəmməd Dərziyevin himayəsində qaldıqlarını, sovetləşmədən sonra 1920-ci ildə kiçik qardaşının yetimlər evinə verildiyini qeyd etmişdir.
Yusif Yusifov 1932-ci ilin sentyabrından 1933-cü ilib fevralına kimi Bakıda Azərbaycan Elmi-Tədqiqat İnstitutunun aspiranturasında oxuyur.
1938–40-cı illərdə Azərbaycan KP MK Marksizm-Leninizm Universitetinin axşam şöbəsini bitirmişdi. 1942-ci ildə isə Azərbaycan Pedaqoji İnstitutu tarix fakültəsinin qiyabi şöbəsinə daxil olmuş və 1947-ci ildə buranı bitirmişdi. 1952-ci ilin fevralında Bakıda Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutınun elmi katibi təyin edilən Yusif Yusifov bundan sonrakı həyatını elmi-pedaqoji fəaliyyətə sərf etmişdir. 1944–48-ci illərdə Ağdamda fəaliyyət göstərmiş ikiillik Müəllimlər İnstitutunda marksizm-leninizmi tədris etmişdi. 1952-ci ildən Azərbaycan Dövlət Universitetinin Sov. İKP tarixi kafedrasınında baş müəllim işləyən Yusif Yusifov 1954-cü ildə tarix elmləri namizədi alimlik dərəcəsi alır, 1956-cı ildən ADU-nun marksizm-leninizm kafedrasının dosenti olur 1961-ci ildə tarix fakültəsi dekanının mıiavini olmuş, daha sonra 1964-cü ilə qədər tarix fakültəsi qiyabi şöbəsinin dekanı işləmişdi. 1964–73-cü illərdə ADU-nun Sov. İKP tarixi kafedrasının dosenti olan Yusif Yusifov 1972-ci ildə, nəhayət, doktorluq dissertasiyası müdafiə edir. 1973–77-ci ildə bu kafedranın professoru idi. 1973–74-cü illərdə bir il kafedra müdirini əvəz etmişdi.
Yusif Yusifov öz vəsiyyətinə əsasən Bakının Dağlıq qəbristanlığında həyat yoldaşı Mələk xanımın yanında dəfn olunmuşdur.
Partiya üzvü olduqundan onu buradan Azərbaycan K(b)P Ağdam rayon partiya komitəsinin mədəniyyət və təbliğat şöbəsinə müdir göndərirlər. 1934-cü ilin fevralına kimi Ağdam rayon partiya komitəsində bu vəzifədə çalışan Yusifovu irəli çəkərək raykom aparatında təlimatçı təyin edirlər və sentyabr ayına qədər bu vəzifədə olur. Həmin aydan onu rayonda çıxan "Lenin yolu" qəzetinə redaktor təyin edirlər. 1938-ci ilin mayına kimi mətbuat sahəsində çalışır.
1938-ci ildə onu Azərbaycan Elmi-Tədqiqat İnstitutuna elmi işçi göndərirlər. Burada 1940-cı ilin aprelinə kimi çalışırsa da, onu yenidən partiya işinə yönəldirlər — Azərbaycan KP Bakı şəhər partiya komitəsinə məsləhətçi vəzifəsinə təyin olunur. 1941-ci ilin yanvarında onu Bakı şəhər Keşlə rayon partiya komitəsinin birinci katibi vəzifəsinə gətirirlər. Bu vəzifədə 1941-ci ilin yanvarına kimi çalışır, oradan onu yaxşı bələd olduğu Ağdam rayonun partiya komitəsinin birinci katibi göndərirlər.
Yusif Yusifov 1948-ci ilin yanvarından 1951-ci ilin mayına qədər — üç ildən bir az çox müddətdə Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi işləmişdir. MK üzvü idi. 1939–42-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olmuş, 1950-ci ildə SSRİ Ali Sovetinə, 1951-ci ildə eyni zamanda Azərbaycan Ali Sovetinə deputat seçilmişdi.
Noraşen rayon mərkəzinin adını dəyişdirib "İliç" qoymaq təşəbbüsü ilə çıxış edir və buna nail olur. 1948-ci ildə Ermənistandan Aranın isti bölgələrindən olan Sabirabada köçürülmüş ailələrin böyük bir kütləsini Naxçıvanın Qarabağlar kəndinə köçürməyə təşəbbüs edir və buna nail olur. Yusif Yusifov 1947–51-ci illərdə Azərbaycan Ali Sovetinin sədri olmuşdur. Bu dövrdə Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsindən kənarlaşdırıldı, az sonra ona Bakıda MK aparatında kənd partiya təşkilatları Şöbəsi müdirinə müavin vəzifəsi verdilər.
Yusif Yusifov "Lenin ordeni" (1943), Böyük Vətən müharibəsi ordeni (1945), "Lenin ordeni" (1949), "Qafqazın müdafiəsinə görə" (1945), "Böyük Vətən müharibəsi illərində rəşadətli əməyə görə" (1945) medalları ilə təltif edilmişdir.
Yusif Yusifov, Mələk Yusif qızı Abbasova(1912–1989) ilə 1928-ci ildə Qazaxda ailə qurmuşdur. Ailənin ilki Klara 1929-cu ildə ailə Dilican yaylaqlarında istirahətdə olarkən dünyaya gəlmişdir. Klara Yusifova ixtisasca göz həkimidir, uzun illər şəhərdə DTK poiiklinikasında işləmişdir. DTK polkovniki Qəmbər Hüseynovla ailə qurmuşdur.
Oğlu Azər Hüseynov məhkəmə orqanlarında çalışır, Azərbaycan Tibb Universitetində tədris fəaliyyəti ilə məşğuldur.
Tamara Yusif qızı Yusifova (Abdullayeva) (1930–1995) da ailə Dilican yaylaqlarında istirahətdə olarkən dünyaya gəlmişdir. ADU-nun filologiya fakültəsini bitirmişdi. Dillər Universitetində rus dili kafedrasının müdiri idi. Əsgər İbrahim oğlu Abdullayev ilə ailə qurmuşdur. İki oğlundan İlqar Abdullayev — ixtisasca hüquqşünas, Vüqar Abdullayev isə — ixtisasca iqtisadçıdır. Ailənin üçüncü övlad dman xadimi Ramiz Yusifovdur.
Dördüncü övladları — Almaz Yusif qızı İlalova (1940) Bakı şəhərində doğulmuşdur. ADU-nun şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsini bitirmişdir. BDU-nun baş müəllimidir. ərəb dilinin tədrisi ilə məşğuldur. Əslən Əmircandan olan Ruslan Cavad oğlu İlalov ilə ailə qurmuşdur. Oğulları: Cəmil — ixtisasca türkoloq. Cavad isə iqtisadçıdır.