Wildberries
Wildberries (rus. «Вайлдберриз») — Rusiyanın marketplace (onlayn satış platforması) şirkəti, 2004-cü ildə Vladislav və Tatyana Bakalçuk tərəfindən təsis edilib.
Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, İsrail, Türkiyə, Özbəkistan və Azərbaycanda fəaliyyət göstərir. 2016-2020-ci illərdə Rusiyada ən böyük dövriyyəyə malik internet-mağaza oldu.
2024-cü ilin iyun ayında şirkət Rusiyanın ən böyük reklam operatoru olan Russ ilə birləşməsini elan etdi. Bu birləşməni həyata keçirmək üçün yaradılmış hüquqi şəxs çərçivəsində Wildberries-in payı 65%, Russ-un payı isə 35% təşkil etdi.
== Tarixi ==
=== Şirkətin yaranması ===
İnternet-mağaza 2004-cü ildə Vladislav və Tatyana Bakalçuk cütlüyü tərəfindən təsis edilib. 2000-ci illərin ortalarında layihəyə Sergey Anufriyev qoşuldu, o, Bakalçuklara bir neçə topdansatış alıcının imtina etdiyi böyük bir Adidas məhsulu partiyasını almağı təklif etdi. Təxminən bir il ərzində Adidas malları şirkətin əsas çeşidini təşkil edirdi.
=== 2010-cu illər ===
2012-ci ildə KİV Anufriyevi Wildberries-in həmtəsisçisi kimi təqdim etdi.