XÜMS

malın 5\1-dən verilən vergidir. İslamda tətbiq edilən vergi növüdür. Onu ildə bir dəfə vergisi verilməyən mallardan və ya puldan verirlər. Xümsun verilməsi barədə Quranda (8: 41) ayə vardır. Bu ayəyə istinad edən Cəfəri məzhəbində xüms peyğəmbərin soyundan olan şiə imamlarına, müctəhidlərlə və onların davamçılarına verilməlidir. Onlar da yığılan gəlirləri məscidlərin tikilməsi, tələbələrin oxuması kimi dində bəyənilən işlərə xərcləməlidirlər. Eləcə də, xüms yoxsullara, xüsusən yoxsul seyidlərə də verilir. Cəfəri məzhəbinə görə xümsu işlə və ya alış-verişlə əldə olunan gəlirdən; mədənlərdə yerdən çıxarılan qızıl və gümüş kimi dəyərli metallardan; xəzinələrdən; savaşda əldə edilən qənimətdən; sularda olan mirvari kimi dəyərli əşyalardan verilməlidir. Digər məzhəblərdə xüms verilmir. Ancaq onlara görə peyğəmbərin soyundan olan insanlara nəkiblər (I) qurumu tərəfindən yardımlar edilməlidir.
XOMEYNİ RUHULLAH
XÜTBƏ

Значение слова в других словарях