Mahmud Xarəzmin
Mahmud Xarəzmin Zəmaxşar - böyük alim, müqayisəli lüğət müəllifi, təfsirçi.
== Həyatı ==
Mahmud Xarəzmin Zəmaxşar kəndində tarixi qaynaqlara görə 1074-cü il və 8 mart 1075-ci il kimi göstərilir.Doğulduğu kəndin adını özünə soyad kimi götürən, məşhurlaşdıqca kəndini də dünyaya tanıdmışdır.
Uşaqlıqdan qəza nəticəsində bir ayağı şikəst olsa da, o, ruhdan düşməmiş dünyanın bir çox ölkələrini gəzmiş, müqəddəs yerləri ziyarət etmiş, 70 ilə yaxın ömür sürmüşdür.
== Formalaşması ==
Mahmud Zəmaxşari tarix səhnəsinə yeni atılmış, elmə, mədəniyyətə yüksək qiymət verən Səlcuqilər dönəmində yaşadığından onun fitri istedadının cilalanması üçün gözəl şərait yaradılıb. Kənd mollası olan atası balaca Mahmudu dərziyə şagird vermək istəyib. Lakin hökumətin elmə, alimə, mədəniyyətə böyük qayğı göstərdiyini gördükdə onu Xarəzmdəki dövrünün ən böyük elm mərkəzlərindən olan mədrəsəyə oxumağa göndərib. Mahmud qısa bir zamanda mədrəsədə məşhurlaşıb. Sonra da təhsilini davam etdirmək üçün dövrünün məşhur elm ocaqlarına yol alıb.
Səlcuqların batıya doğrü yürüşləri, 1055-ci ildə Abbasilər xilafətini asılı vəziyyətə salmaları Doğuda bir dinclik, əminlik yaratmışdı. Karvanlar rahat və təhlükəsiz hərəkət edə bilirdilər.