XARƏZMİ

сущ. муз. “Хорезми” (отдел в мугаме “Махур”)
XARDAL
XARILDAMA
OBASTAN VİKİ
Xarəzmi
Orta Asiya ərazisində yerləşən qədim Xarəzm vilayətinin Xivə şəhərində bir kahin nəsli yaşayırdı. İslam dini Orta Asiyaya yayıldıqdan sonra bu nəsil də müsəlmanlığı qəbul etdi. Əl-Xarəzmi (fars. محمد بن موسی خوارزمی‎, təq. 780[…], bilinmir – təq. 850, bilinmir) — riyaziyyat, astronomiya və coğrafiya sahələrində fəaliyyət göstərmiş məşhur Xarəzmli alim. Riyaziyyat sahəsindəki çalışmaları müasir cəbr elminin inkişafına böyük təkan vermişdir.
Munis Xarəzmi
Munis Xarəzmi (1778–1829) — Özbəkistan şairi. == Həyatı == Munis Xarəzmi (1778–1829) yüksək təhsil almış, böyük klassiklərin əsərlərini öyrənmişdir. O ziyalı ailədəanadan olmuşdur. Munis klassik şeir vəzni olan əruz vəznində gözəl əsərlər yazmışdr. Qəzəlləri, qəsidələri, tərkibbəndləri, qitələri ilə şeirin müxtəlif formalarda cığatay ədəbiyyatının gözəl poetik nümunələrini yaradan şair ədəbi dil zənginliyi ilə də fərqlənirdi. Onun yaradıcılığı "Həmsöhbət sevgililər" divanında toplanmışdır. Divana "Bilik haqqında traktat" və "Xoşbəxtlik bağı" adlı tarixi əsərləri də əlavə olunmuşdur. Munis Xarəzmi və Məhəmmədrza Agahi (1809–1874) tərəfindən Xivə tarixləri öz poetik ifadəsini tapmışdır. == Mənbə == Ənvər Çingizoğlu, Orta əsr qaynaqları oğuz-türkmən tayfaları haqqında, Sumqayıt, SDU-nun nəşriyyatı, 2012, 136,-səh.
Əl-Xarəzmi
Orta Asiya ərazisində yerləşən qədim Xarəzm vilayətinin Xivə şəhərində bir kahin nəsli yaşayırdı. İslam dini Orta Asiyaya yayıldıqdan sonra bu nəsil də müsəlmanlığı qəbul etdi. Əl-Xarəzmi (fars. محمد بن موسی خوارزمی‎, təq. 780[…], bilinmir – təq. 850, bilinmir) — riyaziyyat, astronomiya və coğrafiya sahələrində fəaliyyət göstərmiş məşhur Xarəzmli alim. Riyaziyyat sahəsindəki çalışmaları müasir cəbr elminin inkişafına böyük təkan vermişdir.
Xosrov və Şirin (Xarəzmi)
Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının dövrümüzə çatmış ən qədim tərcümələrindən biri XIV əsr Qızıl Orda şairi Qütb Xarəzminin çığatay dilinə tərcüməsidir. == Tarixi == XIV əsrin ortalarında yaşamış Qızıl Orda şairi Qütb Xarəzmi təxminən 1341–1342-ci ildə Nizaminin "Xosrov və Şirin" əsərini çığatay dilinə çevirən ilk türk şairi olmuşdur. Qütb orijinaldakı minacat və nətin tərcüməsindən sonra öz müasiri, dövrünün hökmdarı şahzadə Tini bəyi və onun arvadı Məleykə xanımı mədh edib, sonra da, kitabın ana dilinə tərcüməsinin səbəbini bildirir. Qütb bu işi Tini bəy və onun atvadı Məleykənin xahişi ilə yerinə yetirdiyini söyləyir. Sonra şair Nizami haqqında söz açır. Onun yaradıcılığı əsasında hərəkət etdiyini və tamamilə Nizamiyə tabe olduğunu bildirir. == Tədqiqi == Qütbütün tərcüməsi haqqında 1921-ci ildə fransız alimi Jan Deni "Grammaire de la lanque turque" adlı əsərində ilk dəfə fikir söyləmişdir. Jan Deni bu poemanın Nizami Gəncəvi tərəfindən fars dilində nəzmə çəkilməsi və Qütb Xarəzmi tərəfindən "şərq türkcəsinə" (cığatay dilinə) çevrilməsindən bəhs etmiş, əsər haqqında yığcam məlumat vermişdir. 1958-ci ildə Polşa alimi prof. A. Zayançkovski 238 səhifədən ibarət həmin Paris nüsxəsinin foto surətini Varşavada nəşr etdirmişdir.
Mahmud Xarəzmin
Mahmud Xarəzmin Zəmaxşar - böyük alim, müqayisəli lüğət müəllifi, təfsirçi. == Həyatı == Mahmud Xarəzmin Zəmaxşar kəndində tarixi qaynaqlara görə 1074-cü il və 8 mart 1075-ci il kimi göstərilir.Doğulduğu kəndin adını özünə soyad kimi götürən, məşhurlaşdıqca kəndini də dünyaya tanıdmışdır. Uşaqlıqdan qəza nəticəsində bir ayağı şikəst olsa da, o, ruhdan düşməmiş dünyanın bir çox ölkələrini gəzmiş, müqəddəs yerləri ziyarət etmiş, 70 ilə yaxın ömür sürmüşdür. == Formalaşması == Mahmud Zəmaxşari tarix səhnəsinə yeni atılmış, elmə, mədəniyyətə yüksək qiymət verən Səlcuqilər dönəmində yaşadığından onun fitri istedadının cilalanması üçün gözəl şərait yaradılıb. Kənd mollası olan atası balaca Mahmudu dərziyə şagird vermək istəyib. Lakin hökumətin elmə, alimə, mədəniyyətə böyük qayğı göstərdiyini gördükdə onu Xarəzmdəki dövrünün ən böyük elm mərkəzlərindən olan mədrəsəyə oxumağa göndərib. Mahmud qısa bir zamanda mədrəsədə məşhurlaşıb. Sonra da təhsilini davam etdirmək üçün dövrünün məşhur elm ocaqlarına yol alıb. Səlcuqların batıya doğrü yürüşləri, 1055-ci ildə Abbasilər xilafətini asılı vəziyyətə salmaları Doğuda bir dinclik, əminlik yaratmışdı. Karvanlar rahat və təhlükəsiz hərəkət edə bilirdilər.

Значение слова в других словарях