Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xarəzmi
Əl-Xarəzmi (fars. محمد بن موسی خوارزمی‎, təq. 780[…], bilinmir – təq. 850, bilinmir) — riyaziyyat, astronomiya və coğrafiya sahələrində fəaliyyət göstərmiş məşhur Xarəzmli alim. Riyaziyyat sahəsindəki çalışmaları müasir cəbr elminin inkişafına böyük təkan vermişdir. Əl-Xarəzmi böyük mədəni və elmi yüksəliş dövründə anadan olmuşdur. İbtidai təhsilini Mavəraünnəhrin və Xarəzmin görkəmli alimlərindən almışdır. Vətənində hind və yunan elmi ilə tanış oldu və tam formalaşmış bir alim kimi Bağdada gəldi. 819-cu ildə əl-Xarəzmi Bağdad ətrafında Kattrabbulaya köçdü. O, həyatının əhəmiyyətli bir dövrünü Bağdadda keçirərək, xəlifə əl-Məmunun (813-833) dövründə “Hikmətlər evi”nə (ərəbcə: Beytül-Hikmə) rəhbərlik etmişdir.
Munis Xarəzmi
Munis Xarəzmi (1778–1829) — Özbəkistan şairi. Munis Xarəzmi (1778–1829) yüksək təhsil almış, böyük klassiklərin əsərlərini öyrənmişdir. O ziyalı ailədəanadan olmuşdur. Munis klassik şeir vəzni olan əruz vəznində gözəl əsərlər yazmışdr. Qəzəlləri, qəsidələri, tərkibbəndləri, qitələri ilə şeirin müxtəlif formalarda cığatay ədəbiyyatının gözəl poetik nümunələrini yaradan şair ədəbi dil zənginliyi ilə də fərqlənirdi. Onun yaradıcılığı "Həmsöhbət sevgililər" divanında toplanmışdır. Divana "Bilik haqqında traktat" və "Xoşbəxtlik bağı" adlı tarixi əsərləri də əlavə olunmuşdur. Munis Xarəzmi və Məhəmmədrza Agahi (1809–1874) tərəfindən Xivə tarixləri öz poetik ifadəsini tapmışdır. Ənvər Çingizoğlu, Orta əsr qaynaqları oğuz-türkmən tayfaları haqqında, Sumqayıt, SDU-nun nəşriyyatı, 2012, 136,-səh.
Əl-Xarəzmi
Əl-Xarəzmi (fars. محمد بن موسی خوارزمی‎, təq. 780[…], bilinmir – təq. 850, bilinmir) — riyaziyyat, astronomiya və coğrafiya sahələrində fəaliyyət göstərmiş məşhur Xarəzmli alim. Riyaziyyat sahəsindəki çalışmaları müasir cəbr elminin inkişafına böyük təkan vermişdir. Əl-Xarəzmi böyük mədəni və elmi yüksəliş dövründə anadan olmuşdur. İbtidai təhsilini Mavəraünnəhrin və Xarəzmin görkəmli alimlərindən almışdır. Vətənində hind və yunan elmi ilə tanış oldu və tam formalaşmış bir alim kimi Bağdada gəldi. 819-cu ildə əl-Xarəzmi Bağdad ətrafında Kattrabbulaya köçdü. O, həyatının əhəmiyyətli bir dövrünü Bağdadda keçirərək, xəlifə əl-Məmunun (813-833) dövründə “Hikmətlər evi”nə (ərəbcə: Beytül-Hikmə) rəhbərlik etmişdir.
Xosrov və Şirin (Xarəzmi)
Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının dövrümüzə çatmış ən qədim tərcümələrindən biri XIV əsr Qızıl Orda şairi Qütb Xarəzminin çığatay dilinə tərcüməsidir. XIV əsrin ortalarında yaşamış Qızıl Orda şairi Qütb Xarəzmi təxminən 1341–1342-ci ildə Nizaminin "Xosrov və Şirin" əsərini çığatay dilinə çevirən ilk türk şairi olmuşdur. Qütb orijinaldakı minacat və nətin tərcüməsindən sonra öz müasiri, dövrünün hökmdarı şahzadə Tini bəyi və onun arvadı Məleykə xanımı mədh edib, sonra da, kitabın ana dilinə tərcüməsinin səbəbini bildirir. Qütb bu işi Tini bəy və onun atvadı Məleykənin xahişi ilə yerinə yetirdiyini söyləyir. Sonra şair Nizami haqqında söz açır. Onun yaradıcılığı əsasında hərəkət etdiyini və tamamilə Nizamiyə tabe olduğunu bildirir. Qütbütün tərcüməsi haqqında 1921-ci ildə fransız alimi Jan Deni "Grammaire de la lanque turque" adlı əsərində ilk dəfə fikir söyləmişdir. Jan Deni bu poemanın Nizami Gəncəvi tərəfindən fars dilində nəzmə çəkilməsi və Qütb Xarəzmi tərəfindən "şərq türkcəsinə" (cığatay dilinə) çevrilməsindən bəhs etmiş, əsər haqqında yığcam məlumat vermişdir. 1958-ci ildə Polşa alimi prof. A. Zayançkovski 238 səhifədən ibarət həmin Paris nüsxəsinin foto surətini Varşavada nəşr etdirmişdir.
Mahmud Xarəzmin
Mahmud Xarəzmin Zəmaxşar - böyük alim, müqayisəli lüğət müəllifi, təfsirçi. == Həyatı == Mahmud Xarəzmin Zəmaxşar kəndində tarixi qaynaqlara görə 1074-cü il və 8 mart 1075-ci il kimi göstərilir.Doğulduğu kəndin adını özünə soyad kimi götürən, məşhurlaşdıqca kəndini də dünyaya tanıdmışdır. Uşaqlıqdan qəza nəticəsində bir ayağı şikəst olsa da, o, ruhdan düşməmiş dünyanın bir çox ölkələrini gəzmiş, müqəddəs yerləri ziyarət etmiş, 70 ilə yaxın ömür sürmüşdür. == Formalaşması == Mahmud Zəmaxşari tarix səhnəsinə yeni atılmış, elmə, mədəniyyətə yüksək qiymət verən Səlcuqilər dönəmində yaşadığından onun fitri istedadının cilalanması üçün gözəl şərait yaradılıb. Kənd mollası olan atası balaca Mahmudu dərziyə şagird vermək istəyib. Lakin hökumətin elmə, alimə, mədəniyyətə böyük qayğı göstərdiyini gördükdə onu Xarəzmdəki dövrünün ən böyük elm mərkəzlərindən olan mədrəsəyə oxumağa göndərib. Mahmud qısa bir zamanda mədrəsədə məşhurlaşıb. Sonra da təhsilini davam etdirmək üçün dövrünün məşhur elm ocaqlarına yol alıb. Səlcuqların batıya doğrü yürüşləri, 1055-ci ildə Abbasilər xilafətini asılı vəziyyətə salmaları Doğuda bir dinclik, əminlik yaratmışdı. Karvanlar rahat və təhlükəsiz hərəkət edə bilirdilər.
Xarəzm
Xarəzm (Ərəbcə: خوارزم / Khwārizm, Özbəkcə: Xarəzm, Farsca: خوارزم / Khwārazm) — Orta Asiyada (Özbəkistan, Qazaxıstan, Türkmənistan) tarixi-coğrafi ərazi və eyni adlı Xarəzmşahlar dövlətinin yerləşdiyi ərazi. Xarəzm sözünün mənası "Günəş ölkəsi" deməkdir. Çinlilər Xarəzmə Huşumi (呼似密) deyirdilər. Bu torpaqların Hu (呼) qəbiləsinə aid olduğunu göstərir. Hu (呼) qəbiləsi hun qəbiləsi olub hun adətinə görə şanyülərin xanımları burdan çıxırdı. İrandilli xalqlar er. əv. II minilliyin ortalarında Cənubi Şərqi Avropadan Şərqdə hərəkət etmiş və Orta Asiyada qədim türklərin ərazisinin bir hissəsini zəbt etmişlər. Böyük mütəfəkkir Biruni yazır ki, er. əv.
Xarəzm qalaları
Xarəzm qalaları və ya özbək dilində Elliq Qala — Özbəkistanın Xarəzm vilayəti və Qaraqalpaqıstanda 50-dən çox səhra qalası. Onlar Qədim Xarəzmin Səhra Qalaları kimi UNESCO-nun Ümumdünya irsinə aiddir. Xarəzm oazisi Mərkəzi Asiyanın qərbindəki Amu Dərya çayının deltasındakı ərazidir. Bura şimaldan Aral gölü, şərqdən Qızılqum səhrası, qərbdən Üstyurd platosu və cənubdan Qaraqum səhrası ilə sərhəddir. Bu gün bu ərazi Özbəkistan (Qaraqalpaqıstan Respublikası) və Türkmənistan arasında bölünür. Xarəzmdə Paleolist dövründən insanlar məskunlaşıb. İlk istehkam ərazilərinin tarixi e.ə 7-ci əsrə gedib çıxır və bu ərazilərin sayı Xarəzmin Əhəmənilər imperiyasının vassal dövləti olduğu vaxtdan sonra, e.ə 6–4-cü əsrlərdə daha da artmışdır. Xarəzm e.ə 4-cü əsr və eramızın 1-ci əsrində müstəqil dövlət olmuşdur. Yunan tarixçi Arriyan qeyd edir ki, Xarəzmin kralı Farasmenes Səmərqənddə Böyük İskəndəri ziyarət etmiş və ona Xarəzmə qonşu olan əraziləri birləşdirmədə öz köməyini təklif etmişdi. İskəndərin ölümündən sonra yaranan boşluq Mərkəzi Asiyanın böyük hisssində stabilliyi pozdu və kuşanlar daxil olmaqla qəbilələr yerlərini dəyişdirdi və qərbə köçdü.
Xarəzm türkcəsi
Xarəzm türkcəsi — türk dilinin tarixində danışılmış və yazılmış olub Qaraxanlı türkcəsindən sonra gələn tarixi dönəmlərdən biridir. Ceyhun çayının Aral gölünə töküldüyü bölgədə yerləşən Xarəzm XI əsrin əvvəllərində Qəznəvilərə bağlı bir vilayət idi. Buraya təyin edilən valilərə Xarəzmşah deyilirdi. Xarəzmşahlar sülaləsi Oğuzların Bəydili boyundan Anuş Təkin ilə başlamışdır. Anuş Təkinin oğlu Qütbəddin Məhəmməd (1097–1127), onun oğlu Atsız (1127–1156), onun oğlu El Arslan (1156–1172) Xarəzmi idarə etmişdir. El Arslan 1157-ci ildən etibarən müstəqil Xarəzm dövlətinin idarəçisi idi. 1172–1200-cü illər arasında El Arslanın oğlu Sultan Təkiş, daha sonra onun oğlu Əlaləddin Məhəmməd (1200–1220) ölkəni idarə etmişdir. Xarəzmşahlar dövlətinin varlığına Çingizilər son qoydu . İslam dininin gəldiyi ilk vaxtlarda Xarəzmdə danışılan dil farsca olmaqla bərabər digər fars ləhçələrindən fərqli olan Xarəzm ləhçəsi idi. XI əsrdə başlayan Xarəzmin türkləşməsi hadisəsi XIII əsrə qədər davam etmiş və Xarəzm ilə ona bağlı olan bölgələrdə yeni yazı dilinin yaranması türkləşmədən sonra baş vermişdir.
Xarəzm vilayəti
Xarəzm vilayəti — Özbəkistan Respublikasının tərkibindəki inzibati vahid. İnzibati mərkəzi Ürgənc şəhəridir. Eramızdan əvvəl VIII əsrdən etibarən bölgənin müasir ərazisində əsası Xorazmlılar tərəfindən qoyulmuş Orta Asiyanın ən qədim dövlətlərindən biri formalaşmışdır. Burada həmçinin massagetlər, saklar, apasaklar, oslar, daxlar və s. yaşayırdılar. XII əsrdə ərazisinin böyüklüyünə görə qüdrətli Orta Asiya dövləti — Xarəzmşahlar yarandı. Ən böyük çiçəklənməsinə 13-cü əsrin əvvəllərində II Ala ad-Din Məhəmmədin dövründə çatdı. Lakin imperiyanın çiçəklənmə dövrü uzun sürmədi və o, monqolların istilasından süqut etdi. Müasir tarix dövründə, 1920-ci ilin fevralında Xivə xanlığının varisi kimi Xarəzm Xalq Sovet Respublikası yaradıldı. Hökmdar rəsmən taxtdan imtina etdikdən sonra 1920-ci il aprelin 26-da Birinci Xarəzm Qurultayı (Məclis) elan edildi.
Monqolların Xarəzmə yürüşü
Monqolların Xarəzmə yürüşü—1219–1221-ci illərdə baş vermiş monqol fütuhatı. 1156-cı ildə Əlaəddin Atsız vəfat etdi. Onun varisləri El Arslan və oğlu Təkəş Xarəzmin müstəqilliyinə nail oldular. Səlcuq sultanlığı və Qaraxanilər dövləti süqut etdiyindən yeganə təhlükə qoşununun El Arslanı öldürdüyü Kidan dövləti idi. 1174-cü ildə Təkəş Cənubi Xorasanı tutdu və onun hakimi Müəyyid Ay-Abanı öldürdü. Onun oğlu Təkəşin vassalığını qəbul etdi. Təkəş 1187-ci ildə Nişapura, 1192-ci ildə Reyə, 1193-cü ildə Mərvə yürüş etdi. O, 3 iyul 1200-cü ildə vəfat etdi və hakimiyyətə oğlu Əlaəddin Məhəmməd gəldi. O, dövlətin ərazisini genişləndirib Xorasanın bir hissəsini geri qaytardı, Buxaranı Xarəzmə birləşdirdi, 1212-ci ildə qarakitaylara son qoyub Sistanı, Kirmanı, Təbəristanı, Azərbaycanı, Arranı özünə tabe etdi. Çingiz xan Xarəzmin işğalını planlaşdırırdı.
Atsız (Xarəzm hökmdarı)
Əlaəddin Əbülmüzəffər Atsız ibn Məhəmməd Xarəzmşah (1097–1156)—Xarəzmşahlar dövlətinin hökmdarı (1128–1156). == Həyatı == Səlcuqlu hökmdarı Sultan Səncərin Xarəzm valisi Qütbəddin Məhəmmədin oğlu və I Məlikşahın ibrikçibaşısı Anuş Təkinin nəvəsidir. Hicri 490-cı ilin rəcəb ayında (iyun-iyul 1097-ci ildə) dünyaya gəlmişdi. Vəliəhdliyi sırasında atasına yardımçı olur, onun təzimlərini ərz etmək üzrə iki ildə bir Mərvə, Sultan Səncərin yanına gedərdi. Hətta İbn əl-Əsirin verdiyi bilgiyə görə Atsız, türkmənlərin məskunlaşdığı Manqışlağı vəliəhd ikən fəth etmişdir. Ayrıca onun, Sultan Səncərin 512-ci (1118-ci) ildə qardaşı oğlu Mahmud ibn Məhəmməd Təpərə qarşı apardığı səfərə qatıldığı da bildirilir. Atsız 1128-ci ildə, ciddi bir çətinliklə qarşılaşmadan atasının yerinə keçdi. Hökmdarlığının ilk ilərində Sultan Səncərə sədaqətlə xidmət etdi. Bu münasibətlə, Qaraxanlı Tamgac xanın üsyanı dolayısıyla Sultan Səncərin 524-cü (1129–1130-cu) ildə Mavəraünnəhrə, 1132-ci ildə İraqa, 1135-ci ildə də Qəznəyə apardığı səfərlərə qatıldı. Bununla bərabər bir tərəfdən Sultan Səncərə xidmət edərkən digər tərəfdən də ölkəsini genişlədib, qüvvəsini artırmaq üçün qonşu Türk ölkələrinə səfərlər düzənlədi.
Xarəzm türk dili
Xarəzm türkcəsi — türk dilinin tarixində danışılmış və yazılmış olub Qaraxanlı türkcəsindən sonra gələn tarixi dönəmlərdən biridir. Ceyhun çayının Aral gölünə töküldüyü bölgədə yerləşən Xarəzm XI əsrin əvvəllərində Qəznəvilərə bağlı bir vilayət idi. Buraya təyin edilən valilərə Xarəzmşah deyilirdi. Xarəzmşahlar sülaləsi Oğuzların Bəydili boyundan Anuş Təkin ilə başlamışdır. Anuş Təkinin oğlu Qütbəddin Məhəmməd (1097–1127), onun oğlu Atsız (1127–1156), onun oğlu El Arslan (1156–1172) Xarəzmi idarə etmişdir. El Arslan 1157-ci ildən etibarən müstəqil Xarəzm dövlətinin idarəçisi idi. 1172–1200-cü illər arasında El Arslanın oğlu Sultan Təkiş, daha sonra onun oğlu Əlaləddin Məhəmməd (1200–1220) ölkəni idarə etmişdir. Xarəzmşahlar dövlətinin varlığına Çingizilər son qoydu . İslam dininin gəldiyi ilk vaxtlarda Xarəzmdə danışılan dil farsca olmaqla bərabər digər fars ləhçələrindən fərqli olan Xarəzm ləhçəsi idi. XI əsrdə başlayan Xarəzmin türkləşməsi hadisəsi XIII əsrə qədər davam etmiş və Xarəzm ilə ona bağlı olan bölgələrdə yeni yazı dilinin yaranması türkləşmədən sonra baş vermişdir.
II Məhəmməd (Xarəzm hökmdarı)
Ələddin Məhəmməd Xarəzmşah — Xarəzmşahların sonuncu nümayəndələrindən olan Əlaəddin Məhəmmədin dövrü dövlət üçün önəmli dövrlərdən sayılır. Hakimiyyətinin ilk dövrlərində Xarəzmşahlar dövləti sürətlə inkişaf etsə də, hakimiyyətinin son dövründə eyni sürətlə də zəifləmişdir. Dövlətin yüksəlişində ordunun, siyasi və idarəetmə fəaliyyətinin, işğalların təsiri böyük olmuşdur. Xarəzmşahın hakimiyyətinin son dövrlərində isə dövlətin dərin böhran keçirməsinə səbəb sultanın şəxsi xüsusiyyətlərində olan mənfi xarakterlər, işğal edilmiş ölkələrin xalqlarına qarşı hakimiyyətin rəftarının yaxşı olmaması, xəlifə Ən-Nasirə qarşı həyata keçirilən mənasız güc mübarizəsi və nəhayət monqol hücumu ehtimalına qarşı ağıllı bir siyasətin tətbiq edilməməsi olmuşdur. == Şəhzadəlik dövrü == Mənbələrdə şahzadəlik dövrü haqqında məlumat demək olarki yoxdur. 1197-ci ildə vəliəhd qardaşı Nəsrəddin Məlikşahın ölümündən sonra vəliəhd seçilərək onun yerinə 1200-cü ilə qədər Xorasana hakimlik etmişdir. 1200-cü ildə atası Xarəzmşah Təkişin əmri ilə İsmaililərə qarşı hücuma keçmiş və Turşizi mühasirəyə almışdır. Həmin ildə də atasının ölümü xəbərini almışdır və 100 min dinar qarşılığında mühasirəni dayandıraraq, paytaxta üz tutmuşdur. 1200-cü ilin avqustun 3-də taxta oturmuşdur. == Hakimiyyəti == === Daxili mübarizə === Əlaəddin Məhəmməd hakimiyyətinin ilk dövrlərində əyanların müqaviməti ilə üzləşdi.
I Məhəmməd (Xarəzm hökmdarı)
Qütbəddin Məhəmməd (Farsça: قطب الدين محمد, Türkmencə: Gutbeddin Muhommed; ö. 1127, Köhnə Ürgənc), 1097–1127-ci illərdə hakimiyyətdə olmuş Xarəzmşah hökümdarı. Anuş Təkinin böyük oğluydu. 1097-ci ildə Böyük Səlcuq sultanı Börkiyaruq tərəfindən "xarəzmşah" titulu ilə atası kimi Xorasan hakimliyinə təyin edildi. 1127-ci ildə ölümündən sonra yerinə böyük oğlu Əlaəddin Atsız keçdi. Anuş Təkinin vəfatından sonra Səlcuq Sultanı Səncər tərəfindən Xarəzm qubernatoru olaraq təyin olunmuş Qütbəddin Məhəmməd də atası kimi Səlcuq sarayında yetişmiş, saray tərbiyəsi və dövlət idarəçiliyi elmləri almış, göstərdiyi uğurlar ilə atası kimi göz dolduraraq yüksəlmişdi. Anuş Təkinin vəfatından sonra Xarəzm qubernatoru olaraq təyin olunmuş Qütbəddin Məhəmməd, xalqına ədalətli və mərhəmətli davranaraq Xarəzm xalqının hörmətini və etibarını qazandı. Buna görə də, Xarəzm zadəganları, Qütbəddin Məhəmmədi şəriksiz bir lider olaraq görməyə başlamışdılar. Səlcuq Dövləti ilə inkişaf edən ticarət də Xarəzm xalqını iqtisadi olaraq yüksəltmiş, firavan bir həyat sürən Xarəzm xalqı da Qubernatorları Qütbəddin Məhəmmədə bağlı qalmışdılar. Qütbəddin Məhəmməd dövründə çətin günlər yaşamaqda olan Böyük Səlcuq Dövləti, bölgədəki siyasi proseslər səbəbinə görə Xarəzm bölgəsini uzaqdan idarə etməkdə, sədaqətini sübut etmiş və sadiq bir qubernator olan Qütbəddin Məhəmməd də mərkəzi idarədən birbaşa təlimat almadan Xarəzm bölgəsinin idarəsini həyata keçirirdi.
Xarəzm Sovet Sosialist Respublikası
Xarəzm Sovet Sosialist Respublikası (qısaldılmış adları Xarəzm SSR və ya XSSR) — Xarəzm Xalq Sovet Respublikasının varis dövlətidir. Demək olar ki, bir il ərzində mövcud olmuşdur. Paytaxt Xivə şəhəri idi. Respublikanın adı Xarəzmin tarixi və coğrafi qədim bölgəsindən gəlir. Paytaxtdan əlavə ən böyük şəhərləri: Taşoğuz, Ürgənc, Köhnə Ürgənc, Turtkul, Nukus və Xoceyli. Şimaldan Aral dənizi ilə, qərbdən və cənubdan Türkistan MSSR-nın Zakaspiysk vilayəti ilə, şərqdə Türkistan MSSR-nin Sırdərya vilayəti, cənub-şərqdə Buxara Sovet Sosialist Respublikası ilə həmsərhəd idi. Türkistan MSSR Rusiya Sovet Federativ Sosialist Respublikasının tərkibində idi. Xarəzm Xalq Sovet Respublikası 30 oktyabr 1923-cü ildə Sovetlərin 4-cü Ümumittifaq Bolşevik Qurultayı zamanı Xarəzm Sovet Sosialist Respublikasına çevrildi. Sonra respublikanın konstitusiyası qəbul edilir. Elə həmin gün Xarəzm Sovet Sosialist Respublikası ittifaq respublikası olaraq SSRİ-yə daxil olması elan edilir Düz bir il sonra, 1924-cü il oktyabrın sonunda SSRİ-də milli-ərazi demarkasiyası başlanır və 27 oktyabrda Xarəzm Sovet Sosialist Respublikası ləğv edilir və ərazisi milliyyət əsasında yeni qurulmuş respublikalar arasında bölünür - Özbəkistan Sovet Sosialist Respublikası (Xarəzm Sovet Sosialist Respublikası ərazisinin 9% -i), Türkmənistan Sovet Sosialist Respublikası (81 %), həmçinin Qazaxıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibində olan Qaraqalpaqıstan Muxtar Vilayəti (10%) qurulur (oda öz növbəsində əvvəllər Rusiya Sovet Federativ Sosialist Respublikasının tərkibində idi).
Türkmən Muxtar Vilayəti (Xarəzm XSR)
Türkmən Muxtar Vilayəti — Xarəzm XSR–in tərkibində, 1924-cü ilin aprel–oktyabr aylarında mövcud olmuş muxtar vilayət.
Xarizma
Xarizma — insanın intellektual, mənəvi və ya başqa bir şəkildə digər insanların "ürəklərinə" müraciət etmək qabiliyyəti. Adətən, xarizma insanın emosional və zehni qabiliyyətlərinin başqalarından fərqli kimi başa düşülür, bunun sayəsində o, xüsusi keyfiyyətlərə malik istedadlı kimi qiymətləndirilir, halbuki çox vaxt heç bir xüsusi xarici görünüşü olmur. N.G. Komlevin lüğətində — yüksək istedad, şəxsi cəlbedicilik kimi qeyd olunur. Xarizmatik - xarizma ilə xarakterizə olunur. Sosiologiya, politologiya, psixologiya və idarəetmə üzrə alimlər bu termini qeyri-adi hesab edilən liderlik növü üçün nəzərdə tuturlar. Bu sahələrdə "xarizma" termini "dəyərlərə əsaslanan, simvolik və emosional lider siqnalından" istifadə edən spesifik lider tipini təsvir etmək üçün istifadə olunur. Qədim yunan mifologiyasında χάρισμα sözü diqqəti cəlb etmək qabiliyyətini ifadə etmək üçün istifadə edilmişdir. Qədim yunan gözəllik və incəlik ilahələri xaritlər adlanırdı. Xristian teologiyasında bu termin Müqəddəs Ruh tərəfindən verilən xarizma, hədiyyə və ya qeyri-adi güc kimi görünür. Xristianlıqda "Allahın hədiyyəsi" deməkdir.
Xarizma Karpenter
Xarizma Li Karpenter (23 iyul 1970, ing. Charisma Lee Carpenter) — Amerikalı aktrisa. Xarizma Karpenter 23 iyul 1970-ci ildə Amerikada, Las-Veqasda anadan olub. Valideynləri onun adını "Avon" brendinə aid "Charisma" ətrinin adından götürüblər. Uşaqlıqda aktrisa adına görə həmyaşıdları arasında xəcalət çəkirmiş və hamıya özünü Krissi kimi təqdim edirmiş. Onun sözlərinə görə, məhz belə ekzotik ad daşıdığına və bununla barışmaq istəmədiyinə görə o, daim xoşagəlməz durumlara düşürmüş. Atasının maşınını qaçırması isə şıltaqlığının son həddi idi. Aldığı pis qiymətlərə baxmayaraq, Xarizma məktəbdə yerli komandaya dəstək qrupunun lideri idi və olduqca fəallıq göstərirdi. 15 yaşı olanda ailəsi əvvəl Meksikaya, sonra isə San-Diyeqoya köç edib. San-Diyeqoda o, Sənət Məktəbini bitirib.
Hüseyn Xatəmi
Hüseyn Xatəmi (d. 12 dekabr 1938, İstanbul, Türkiyə) — Azərbaycan əsilli türk alim, yazıçı və hüquq professoru. == Həyatı == 1898-də İranın Salmas şəhərindəda doğulan Əli Əsgər Xatəmi ilə 1910-cu ildə İstanbulda doğulan əslən azərbaycanlı Cəmilə xanımın əkiz uşaqlarından biri olaraq dünyaya gəldi. Əkiz qardaşı Həsən Xosrov Xatəmi daxili xəstəlikləri professorudur. Tam adı Hüseyn Pərviz olduğu halda ikinci adının İslam peyğəmbərinin məktubunu cıran Sasani hökmdarından gəldiyini öyrəndikdən sonra bu adı məhkəmə qərarı ilə sildirmişdir. == Təhsili == Tələt paşa ibtidai məktəbini və Şişli orta məktəbini bitirmişdir. 1956-cı ildə Atatürk Kişi Liseyindən məzun olmuşdur. 1960-cı ildə İstanbul Universiteti Hüquq fakültəsindən məzun olmuşdur. 1961-ci ildə İstanbul Universiteti Hüquq fakültəsinin Mədəni hüquq kafedrasına təyin olunmuşdur. == Fəaliyyəti == 1973-cü ildə vəkil Kezban Hatəmi evlənmişdir.
Kamal Xarazi
Kamal Xarazi-20 Avqust 1997 - 24 Avqust 2005-ci il tarixləri arasında İranın Xarici İşlər Naziri olan islahatçı siyasətçi və diplomatdır.
Xosrov Xatəmi
Həsən Xosrov Xatəmi (d. 12 dekabr 1938, İstanbul, Türkiyə) — Azərbaycan əsilli türk tibb professoru, daxili xəstəliklər mütəxəssisi, yazıçı, şair. 1898-də İranın Salmas şəhərində doğulan Əli Əsgər Xatəmi Bəy ilə 1910 da İstanbulda doğulan Azərbaycan immiqrantı Cəmilə xanımın əkiz uşaqlarından biri olaraq dünyaya gəlmişdir. Əkiz qardaşı Hüseyn Xatəmi hüquq professorudur. 1959-cu ildə qələbə yoldaşı Sezer Göze ilə tanış olmuş, 1963-cü ildə evlənmişdir. Bu evlilikdən iki övladı: İbrahim və Aybikə olmuşdur. 2007-ci ildə özü kimi daxili xəstəliklər sahəsi üzrə mütəxəsis olan oğlu tərəfindən bağırsaq xərçəngi diaqnozu qoyulmuşdur. Tələt paşa ibtidai məktəbini və Şişli orta məktəbini bitirmişdir. 1956-cı ildə Atatürk Kişi Liseyindən məzun olmuşdur. 1962-ci ildə İstanbul Universitetinin Tibb fakültəsini bitirmişdir.
Xərəzm türkçəsi
Xarəzm türkcəsi — türk dilinin tarixində danışılmış və yazılmış olub Qaraxanlı türkcəsindən sonra gələn tarixi dönəmlərdən biridir. Ceyhun çayının Aral gölünə töküldüyü bölgədə yerləşən Xarəzm XI əsrin əvvəllərində Qəznəvilərə bağlı bir vilayət idi. Buraya təyin edilən valilərə Xarəzmşah deyilirdi. Xarəzmşahlar sülaləsi Oğuzların Bəydili boyundan Anuş Təkin ilə başlamışdır. Anuş Təkinin oğlu Qütbəddin Məhəmməd (1097–1127), onun oğlu Atsız (1127–1156), onun oğlu El Arslan (1156–1172) Xarəzmi idarə etmişdir. El Arslan 1157-ci ildən etibarən müstəqil Xarəzm dövlətinin idarəçisi idi. 1172–1200-cü illər arasında El Arslanın oğlu Sultan Təkiş, daha sonra onun oğlu Əlaləddin Məhəmməd (1200–1220) ölkəni idarə etmişdir. Xarəzmşahlar dövlətinin varlığına Çingizilər son qoydu . İslam dininin gəldiyi ilk vaxtlarda Xarəzmdə danışılan dil farsca olmaqla bərabər digər fars ləhçələrindən fərqli olan Xarəzm ləhçəsi idi. XI əsrdə başlayan Xarəzmin türkləşməsi hadisəsi XIII əsrə qədər davam etmiş və Xarəzm ilə ona bağlı olan bölgələrdə yeni yazı dilinin yaranması türkləşmədən sonra baş vermişdir.
Məhəmməd Xatəmi
Seyid Məhəmməd Xatəmi (farsca: سید محمد خاتمی) 29 sentyabr 1943 və ya 14 oktyabr 1943, Ərdəkan, Yəzd ostanı) 1997–2005-ci illərdə vəzifədə olmuş olan, İranın V prezidentidir. == Elmi işləri == O,fars, ərəb, həmçinin də elmi işlərini davam etdirəcək qədər ingilis və alman dillərini bilir. Müxtəlif vaxtlarda universitetlərdə mühazirələr də oxuyan Hatəminin "Vilayət kimə aiddir" (1979) və "Ənənə, modernizm və inkişaf" (1996) kimi bir çox məqalələri ilə bərabər, "Dalğa qorxusu", "Şəhər dünyasından dünya şəhərinə", "Tiranlıq məngənəsində düşüncə və iman" (2000) kimi kitabları, həmçinin də onun çıxışlarının da içində olduğu Siyasi İnkişaf, İqtisadi İnkişaf və Təhlükəsizlik (2000), İslam, Mənəviyyat və İslam İnqilabı (2000), Qadınlar və Gənclər (2000) adlı kitabları da mövcuddur. == Təhsili == 1961-ci ildə orta məktəbi bitirdikdən sonra dini təhsil almaq üçün Qum mədrəsəsinə getmişdir. 1969-cu ildə isə İsfahan Universitetinin fəlsəfə fakültəsini bakalavr dərəcəsi ilə başa vurmuşdur. Tehran Universitetində Təhsil Elmləri üzrə magistr dərəcəsində təhsilini davam etdirmişdir. Daha sonra isə məşhur Qum mədrəsəsində fiqh üzrə təhsilinə davam etmişdir. == Siyasi fəaliyyəti == O, siyasi fəaliyyətə 1962-ci ildən başlamışdır. O, xüsusilə ilk növbədə Xomeyninin bəyannamələri olmaqla, siyasi bəyannamələrin və elanların çoxaldılması və yayılması işlərini öz üzərinə götürmüşdür. İsfahan Universitetindəki İslam Tələbələri Assosiasiyasının fəaliyyətlərində yaxından iştirak etmişdir.
Cahangir Rəzmi
Cahangir Rəzmi (16 dekabr 1947, Ərak) mükafat qazanmış İranlı fotoqraf və hadisə yerindən xəbərlər fotoqrafiya müəllifi olmaq üçün 1980-ci ildə Pulitzer mükafatı qazandı. Onun fotoşəkili "İranda güllələmə", 27 avqust 1979-cu ildə qəbul olundu və İran qəzeti İttilaatda anonim şəkildə çap oldu.Neçə gün sonra, o, dünyanın çoxsaylı qəzetlərinin ön səhifələrinə çıxdı.Bu fotoqraf,Pulitzer mükafatının 90 illik tarixində yalnız anonim qalibi olmuşdur,çün Rəzminin kimliyi fotoqraf kimi 2006-cı ilə qədər aşkar olunmamışdı.
Həsən Xosrov Xatəmi
Həsən Xosrov Xatəmi (d. 12 dekabr 1938, İstanbul, Türkiyə) — Azərbaycan əsilli türk tibb professoru, daxili xəstəliklər mütəxəssisi, yazıçı, şair. == Həyatı == 1898-də İranın Salmas şəhərində doğulan Əli Əsgər Xatəmi Bəy ilə 1910 da İstanbulda doğulan Azərbaycan immiqrantı Cəmilə xanımın əkiz uşaqlarından biri olaraq dünyaya gəlmişdir. Əkiz qardaşı Hüseyn Xatəmi hüquq professorudur. 1959-cu ildə qələbə yoldaşı Sezer Göze ilə tanış olmuş, 1963-cü ildə evlənmişdir. Bu evlilikdən iki övladı: İbrahim və Aybikə olmuşdur. 2007-ci ildə özü kimi daxili xəstəliklər sahəsi üzrə mütəxəsis olan oğlu tərəfindən bağırsaq xərçəngi diaqnozu qoyulmuşdur. === Təhsili === Tələt paşa ibtidai məktəbini və Şişli orta məktəbini bitirmişdir. 1956-cı ildə Atatürk Kişi Liseyindən məzun olmuşdur. 1962-ci ildə İstanbul Universitetinin Tibb fakültəsini bitirmişdir.
Cenni Karezi
Cenni Karezi (yun. Τζένη Καρέζη; əsl adı — Yevgeniya Karpuzi; 12 yanvar 1932, Afina – 26 iyul 1992, Afina) — yunan teatr və kino aktrisası. == Həyatı == Yevgeniya Karpuzi 12 yanvar 1934-cü ildə Afinada anadan olmuşdur (bəzi mənbələrdə 1932 və ya 1936 göstərilir). Atası riyaziyyatçı, anası isə məktəb müəllimi idi. Yevgeniya, ilk növbədə Salonikidə, sonra Afinada özəl fransız məktəbində oxumuşdur. O, fransız dilini səlis öyrənmişdir. Gənc olanda atası ailəni tərk edəndə, anası ilə yaşamağa davam etmişdir. 1951-ci ildə Yunanıstan Milli Teatrına qəbul olundu və orada teatr məktəbində oxuyurdu. Onun müəllimləri arasında dramaturq Angelos Terzakis və rejissor Dimitris Rontiris var idi. 1954-cü ildə teatr məktəbini bitirdikdən sonra Aleksis Minotis və Katina Paksino kimi aktyorlarla birlikdə teatrda əsas rolları oynamağa başladı.
Franko Barezi
Franko Barezi (it. Franco Baresi; 8 may 1960, Travalyato[d], Lombardiya) — İtaliyalı futbolçu və futbol məşqçisi. Futbolçu kimi bütün karyerasını İtaliyanın "Milan" klubunda keçirib. Hal hazırda "Milan"ın fəxri vitse-prezidentidir. O, karyerasının çox hissəsini "Milan"ın rəqibi "İnter" klubunda oynamış başqa bir futbolçunun, Cüzeppe Barezinin kiçik qardaşıdır. Franko Barezi Dünya Kuboku mükafatlarının tam dəstini qazanan yeddi oyunçudan biridir (1982-ci ildə qızıl, 1990-cı ildə bürünc və 1994-cü ildə gümüş). == Karyera == === Klub === Uşaq ikən Barezi "İnter" azarkeşi olub, lakin qardaşından fərqli olaraq "İnter" komandasına qəbul olunmur. Yəqin ki, Frankonun karyerası belə başlamadan da bununla bitə bilərdi, lakin gənc futbolçunun oyunu "Milan"ın strukturunda çalışan İtalo Qalbiatinin diqqətini çəkir. Məhz onun sayəsində Barezi rossonerilərin düşərgəsinə dəvət edilir. 1977-ci ildə "Milan"da debüt edir, mövsümün sonuna qədər cəmi üç matç keçirdir.