XİROTONİYA
XİTABƏN
OBASTAN VİKİ
Xitab
Cümlədə müraciət olunan şəxsi, əşyanı bildirən sözlərə və ya söz birləşmələrinə xitab deyilir. Xitablar, əsasən, isimlərlə və ismi birləşmələrlə ifadə olunur. İsimləşən digər nitq hissələri və feili sifət tərkibləri də xitab mövqeyində işlənə bilər. İnsan anlayışı bildirən isimlər daha çox xitab kimi işlənir. Məsələn: Oğul, yaxına gəl. Körpə balam, rahat yat. Ata, eşidirəm səni. Ey Vidadi, gərdişi-dövrani kəcrəftarə bax və s. Xitab başqa canlılara və cansızlara da aid olur. Məsələn: Baş alıb gedirsən hayana, ceyran.
Xitab (qida)
Qutab – nazik, aypara formalı yuxa içərisində göy, ət və ya baxça məhsulları içi olan qədim türk yeməyi. Qədim Azərbaycan, Türkiyə, Qaqauz mətbəxinə aid qutab daha sonra Qafqaz və yəhudi mətbəxinə daxil olub. Qutab Azərbaycan mətbəxinin simvollarındandır. Qutabın çox sayda növü vardır. Göyərti qutabı (qatıqla). Yabanı göyərtidən qutab (qatıqla). Göyərti ilə kəsmik qutabı (narlı və ya zirincli). Qarın qutabı (narlı və ya zirincli). Balqabaq qutabı (narlı və ya zirincli). Kartof qutabı (narlı və ya zirincli).
Atatürkün türk gəncliyinə xitabı
Gəncliyə müraciət — Mustafa Kamal Atatürk tərəfindən, Cümhuriyyət Xalq Partiyasının II Böyük Qurultayında 20 oktyabr 1927-ci ildə "Nitq" adlı əsərinin yaranmasına səbəb olan nitqinin sonunda türk gəncliyinə xitabən söylədiyi mətndir. Nitqin yekun hissəsini təşkil edir. Xitab, Nitqin "Türk gəncliyinə qoyduğum əmanət" başlıqlı bölməsindədir. "Türkiyə istiqlalı" və "Türkiyə Cümhuriyyəti" anlayışlarına əsaslanan bir mətndir. Cəmi 15 cümlədən ibarətdir, onlardan on üçü tam, ikisi isə elliptik cümlədir. Mətn "Ey türk gəncləri!" ilə başlayır, "Sizə lazım olan güc damarlarınızdakı nəcib qandadır!" ilə bitir. Mustafa Kamal bu müraciəti ilə türk millətinin gələcəyi olan gənclərə keçmişdə yaşanan bəlaların bir daha təkrarlanmaması üçün həyati tövsiyələr verib. Birinci Dünya Müharibəsində Osmanlı İmperiyasının məğlubiyyəti ilə ortaya çıxan qaranlıq mənzərənin təsviri ilə başlayır. Bu çətin şəraitdə belə türk gəncliyinin borcunun Türk istiqlalını və cümhuriyyətini əbədi olaraq qorumaq və müdafiə etmək olduğu bildirilir. Mustafa Kamal bir növ siyasi vəsiyyətnamə olan gənclərə müraciətini oxuyarkən çox təsirlənmiş və göz yaşlarını saxlaya bilməmişdi.

Значение слова в других словарях