xoşbəxt
xoşbəniz
OBASTAN VİKİ
Xoşbəxtlik
Xoşbəxtlik — həyatdan son dərəcə məmnunluq, dərin razılıq və sevinc hissi.
Xoşbəxtlik hipotezi
"Xoşbəxtlik hipotezi: qədim müdriklərdə müasir həqiqət axtarışı" (ing. The Happiness Hypothesis) ― Conatan Haydt tərəfindən 2006-cı ildə geniş auditoriya üçün yazılmış psixologiya üzrə kitab. Burada Haydt qədim mütəfəkkirlərin – Platon, Budda, İsa Məsih və başqalarının irəli sürdüyü “nəhəng ideyalardan” bir neçəsini təsvir edir, onları elmin işığında tədqiq edir və onlardan müasir həyatımıza aid olan nəticələr çıxarır. Kitabın mərkəzində fəzilət, xoşbəxtlik, özünü dərketmə və məna anlayışları dayanır. == Fəsillərin məzmun == === Giriş. Nə qədər az bilsən, bir o qədər möhkəm yatarsan === Girişdə əvvəlcə izah edilir ki, müəllifin məqsədi müasir insanlar üçün mövcud olan sonsuz “müdrikliyi” hər fəsildə bir olmaqla 10 böyük ideyaya ayırmaqdır. Girişin qalan hissəsi bu on fəslin qısa icmalını təqdim edir. Birinci fəsildə hər bir insanın iki hissədən ibarət olması təsvir edilir: əsas instinktlərimizi özündə birləşdirən primitiv hissə və instinktləri idarə etməyə çalışan yüksək inkişaf etmiş hissə. 2-ci fəsil göstərir ki, instinktlərə nəzarət etməyə çalışmaq həddindən artıq narahatlığa gətirib çıxarır, ancaq insan özünü bu narahatçılıqdan yayındırmaq üçün müxtəlif üsullardan, məsələn, meditasiyadan istifadə edə bilər. Üçüncü fəsil insanın digər insanlarla münasibətlərinə həsr olunub və Əxlaqın Qızıl Qaydası ilə başlayır: özünüzə rəva bilmədiyinizi başqalarına da rəva bilməyin.
Gey Xoşbəxtlik İndeksi
2015-ci ilin may ayında LGBT sosial şəbəkəsi olan PlanetRomeo tərəfindən "Gey Xoşbəxtlik İndeksi" nəşr olundu. 120-dən çox ölkədən olan 115.000 gey şəxslərdən cəmiyyətin homoseksuallıq mövzusunda fikirlərini necə hiss etdikləri, başqaları tərəfindən necə rəftar edildikləri və həyatlarından nə dərəcədə məmnun olduqları soruşuldu. == Dünya == Əsas məqalə: Dövlətlərdə və territorial ərazilərdə LGBT hüququ Gey xoşbəxtliyi mövzusunda dünya səviyyəsində bir reytinq yaratmaq üçün üç əsas mövzu birləşdirildi: İctimai Rəy: Gey kişilər cəmiyyətin homoseksuallığa münasibətinə necə baxırlar? İctimai Davranış: Gey kişilər digər insanlar tərəfindən necə rəftar edirlər? Həyatdan Məmnunluq: Gey kişilər həyatlarından nə dərəcədə məmnun və özlərini qəbul edirlər? Qol 1-dən 10-a qədərdir.
Xoşbəxtlik Qayğıları (1976)
Film insan səadətinin, ailə xoşbəxtliyinin təkcə maddi nemətlərin əldə olunması ilə ölçülməməsindən bəhs edir. Rüxsarə(Şəfiqə Məmmədova) ilə oğlu İbrahimin (Firuz Babayev) qayğısı böyükdür. Onları evdə böyüyən beş qızın-Gülxar(Şükufə Yusifova), Xalidə(Xalidə Quliyeva), Səkinə(Dilarə Hüseynova), Zöhrə(Cəmilə Ağayeva) və Sevincin(Rəna Cəfərova) gələcək taleyi çox narahat edir. Rüxsarənin arzusu qızların hər birinə cehiz vermək, necə deyərlər, "ata-baba" qaydası ilə ər evinə yola salmaqdır. İbrahim ailə səadətinin cehizlə, par-par parıldayan mebellə ölçülmədiyini yaxşı bilir. Lakin anasının xatirinə qızlara cehiz pulu qazanmağa çalışır. Bacılar da başa düşürlər ki, xoşbəxtliyin təməli heç də cehizlə qoyulmur. Sevdiyin adamla əl-ələ versən, həyatın bütün sınaqlarından alnıaçıq çıxa bilərsən... 1)1977-ci ildə Riqada X Ümumittifaq Kinofestivalı "Məişətdə keçmişin qalıqlarına qarşı mübarizə və yeni mənəvi normaların təsdiqi mövzusunun işlənməsinə görə" rejissor Həsən Seyidbəyliyə münsiflər heyətinin Xüsusi Diplomu verilmişdir. Ssenari müəllifi : Həsən Seyidbəyli Quruluşçu rejissor : Həsən Seyidbəyli Quruluşçu operator : Rasim İsmayılov Quruluşçu rəssam : Məmməd Hüseynov, Mayis Ağabəyov Bəstəkar : Tofiq Quliyev Səs operatoru : Akif Nuriyev Rejissor : Elmira Əliyeva Operator : Yuri Varnovski Geyim rəssamı : Tatyana Əmirova Dekor rəssamı : Əli Əliyev Qrim rəssamı : Elbrus Vahidov Montaj edən : Esmira İsmayılova Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı : Eduard Abdullayev Rejissor assistenti : Aydın Mahmudbəyov, C. Şahverdiyev, C. Məmmədov Operator assistenti : V. Romanov, Vaqif Bağırov, İ. Kopanets Redaktor : Əhmədağa Qurbanov Mahnıların mətni : Tələt Əyyubov, S. Mustafazadə Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor : D. Ştilman Filmin direktoru : Daniil Yevdayev Firuz Babayev — İbrahim Şəfiqə Məmmədova- Rüxsarə Xalidə Quliyeva(Xalidə Qasımova kimi)- Xalidə Şükufə Yusupova- Gülxar Dilarə Hüseynova — Səkinə Cəmilə Ağayeva- Zəhra Rəna Cəfərova- Sevinc Nəsibə Zeynalova- Kişvər Zahirə İsmayılova- Zəkiyyə Əli Zeynalov- Zəkiyyənin atası Rasim Balayev- Sənan Tahir Yaxın- Mürsəl Ələsgər Məmmədoğlu- Əlövsət Muxtar Maniyev- Şahlar Mehdi Seyidbəyli- Mehdi Hicran Mehbalıyeva-İbrahimin iş yoldaşı Ofeliya Aslan(Ofeliya Aslanova kimi)-Bağ sahibəsi Məmməd Əlili- Çayçı F. Adıgözəlzadə Ənvər Həsənov- Nuru Mayak Kərimov-İbrahimin iş yoldaşı Gülxar Həsənova-Sənanın anası (titrlərdə yoxdur) Hacıməmməd Qafqazlı-Sənanın atası (titrlərdə yoxdur) Sadıq Həsənzadə-Bağ sahibi (titrlərdə yoxdur) Gündüz Abbasov-Bağ sahibi (titrlərdə yoxdur) Şahmar Ələkbərov-İbrahim (Firuz Babayev) Əliabbas Qədirov — Mürsəl (Tahir Yaxın) (titrlərdə yoxdur) Азербайджанской ССР кинематография.
Beynəlxalq Xoşbəxtlik Günü
Beynəlxalq Xoşbəxtlik Günü — bütün dünyada 20 mart tarixində qeyd olunur. Bu tarix 28 iyun 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən elan edilmişdir. Beynəlxalq Xoşbəxtlik Gününü qeyd etməklə əsasən, dünyadaki insanların xoşbəxtliklərinin önəminin fərqinə varmaqları hədəflənir. Birləşmiş Millətlər Təşkilatı açıqlamalarında hər yaş qrupundan olan insanları Beynəlxalq Xoşbəxtlik Gününü qeyd etməyə dəvət edir.
Adı xoşbəxtlik (teleserial, 2015)
Adı Xoşbəxtlik (türk. Adı Mutluluk) — Türkiyə serialı.
Başqa bir xoşbəxtlik (roman)
"Başqa bir xoşbəxtlik" - Mark Levi tərəfindən yazılmış roman. == Məzmun == Filadelfiya. 2010-cu ilin ilk yaz günü, həyatının 30 ilini dəmir barmaqlıqlar arasında keçirən Aqata cəzasının bitməsinə bir neçə il qalmış həbsxanadan qaçır. Amma niyə? Kampusun yaxınlığındakı yanacaqdoldurma məntəqəsində o, gizlicə Millinin maşınına oturur və heç bir şey anlatmadan ona dediyi yerə sürməsini əmr edir. Bir saniyə içində Millinin müntəzəm ritmli və nizamlı həyatı darmadağın olur. Aralarında iyirmi il yaş fərqi olan bu iki qadın çıxdıqları uzun yol boyu bir-biriləri ilə yaxından tanış olmağa çalışır, hətta sirlərini, arzularını belə ­paylaşırlar. ABŞ-nın ştatlarında keçən 5 günlük yol... Bu səyahət zamanı görüşdükləri hər bir insan Aqatanın sirli həyatına bir az daha aydınlıq gətirir. Sonradan Milli isə bu qadınla görüşünün təsadüfi olmadığından ­şübhələnir.
Xoşbəxtlik qayğıları (film, 1976)
Film insan səadətinin, ailə xoşbəxtliyinin təkcə maddi nemətlərin əldə olunması ilə ölçülməməsindən bəhs edir. Rüxsarə(Şəfiqə Məmmədova) ilə oğlu İbrahimin (Firuz Babayev) qayğısı böyükdür. Onları evdə böyüyən beş qızın-Gülxar(Şükufə Yusifova), Xalidə(Xalidə Quliyeva), Səkinə(Dilarə Hüseynova), Zöhrə(Cəmilə Ağayeva) və Sevincin(Rəna Cəfərova) gələcək taleyi çox narahat edir. Rüxsarənin arzusu qızların hər birinə cehiz vermək, necə deyərlər, "ata-baba" qaydası ilə ər evinə yola salmaqdır. İbrahim ailə səadətinin cehizlə, par-par parıldayan mebellə ölçülmədiyini yaxşı bilir. Lakin anasının xatirinə qızlara cehiz pulu qazanmağa çalışır. Bacılar da başa düşürlər ki, xoşbəxtliyin təməli heç də cehizlə qoyulmur. Sevdiyin adamla əl-ələ versən, həyatın bütün sınaqlarından alnıaçıq çıxa bilərsən... 1)1977-ci ildə Riqada X Ümumittifaq Kinofestivalı "Məişətdə keçmişin qalıqlarına qarşı mübarizə və yeni mənəvi normaların təsdiqi mövzusunun işlənməsinə görə" rejissor Həsən Seyidbəyliyə münsiflər heyətinin Xüsusi Diplomu verilmişdir. Ssenari müəllifi : Həsən Seyidbəyli Quruluşçu rejissor : Həsən Seyidbəyli Quruluşçu operator : Rasim İsmayılov Quruluşçu rəssam : Məmməd Hüseynov, Mayis Ağabəyov Bəstəkar : Tofiq Quliyev Səs operatoru : Akif Nuriyev Rejissor : Elmira Əliyeva Operator : Yuri Varnovski Geyim rəssamı : Tatyana Əmirova Dekor rəssamı : Əli Əliyev Qrim rəssamı : Elbrus Vahidov Montaj edən : Esmira İsmayılova Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı : Eduard Abdullayev Rejissor assistenti : Aydın Mahmudbəyov, C. Şahverdiyev, C. Məmmədov Operator assistenti : V. Romanov, Vaqif Bağırov, İ. Kopanets Redaktor : Əhmədağa Qurbanov Mahnıların mətni : Tələt Əyyubov, S. Mustafazadə Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor : D. Ştilman Filmin direktoru : Daniil Yevdayev Firuz Babayev — İbrahim Şəfiqə Məmmədova- Rüxsarə Xalidə Quliyeva(Xalidə Qasımova kimi)- Xalidə Şükufə Yusupova- Gülxar Dilarə Hüseynova — Səkinə Cəmilə Ağayeva- Zəhra Rəna Cəfərova- Sevinc Nəsibə Zeynalova- Kişvər Zahirə İsmayılova- Zəkiyyə Əli Zeynalov- Zəkiyyənin atası Rasim Balayev- Sənan Tahir Yaxın- Mürsəl Ələsgər Məmmədoğlu- Əlövsət Muxtar Maniyev- Şahlar Mehdi Seyidbəyli- Mehdi Hicran Mehbalıyeva-İbrahimin iş yoldaşı Ofeliya Aslan(Ofeliya Aslanova kimi)-Bağ sahibəsi Məmməd Əlili- Çayçı F. Adıgözəlzadə Ənvər Həsənov- Nuru Mayak Kərimov-İbrahimin iş yoldaşı Gülxar Həsənova-Sənanın anası (titrlərdə yoxdur) Hacıməmməd Qafqazlı-Sənanın atası (titrlərdə yoxdur) Sadıq Həsənzadə-Bağ sahibi (titrlərdə yoxdur) Gündüz Abbasov-Bağ sahibi (titrlərdə yoxdur) Şahmar Ələkbərov-İbrahim (Firuz Babayev) Əliabbas Qədirov — Mürsəl (Tahir Yaxın) (titrlərdə yoxdur) Азербайджанской ССР кинематография.
Mister Rossi xoşbəxtlik axtarır (film, 1976)
Mr.Rossi xoşbəxtlik axtarır (it. Il signor Rossi cerca la felicità) — 1976-cı il istehsalı italyan bədii filmi. Rejissoru Bruno Bozzettodur. Film Mr.Rossi haqqında ilk bədii filmdir. Karlo Romano — Mr. Rossi QianfranKo Mauri — Herold Grazia Pivetti — Pəri Sikuri Karlo Bonomi — bütün obrazlar Film çıxdıqdan sonra bütün Avropada yayılmışdır. Onun ən böyük uğuru isə filmin 1976-cı ildə Qərbi Almaniya və 1983-cü ildə İspaniyada yayımlanması olmuşdur.

Значение слова в других словарях