Xoşbəxtlik Qayğıları (1976)
Film insan səadətinin, ailə xoşbəxtliyinin təkcə maddi nemətlərin əldə olunması ilə ölçülməməsindən bəhs edir. Rüxsarə(Şəfiqə Məmmədova) ilə oğlu İbrahimin (Firuz Babayev) qayğısı böyükdür. Onları evdə böyüyən beş qızın-Gülxar(Şükufə Yusifova), Xalidə(Xalidə Quliyeva), Səkinə(Dilarə Hüseynova), Zöhrə(Cəmilə Ağayeva) və Sevincin(Rəna Cəfərova) gələcək taleyi çox narahat edir. Rüxsarənin arzusu qızların hər birinə cehiz vermək, necə deyərlər, "ata-baba" qaydası ilə ər evinə yola salmaqdır. İbrahim ailə səadətinin cehizlə, par-par parıldayan mebellə ölçülmədiyini yaxşı bilir. Lakin anasının xatirinə qızlara cehiz pulu qazanmağa çalışır. Bacılar da başa düşürlər ki, xoşbəxtliyin təməli heç də cehizlə qoyulmur. Sevdiyin adamla əl-ələ versən, həyatın bütün sınaqlarından alnıaçıq çıxa bilərsən...
- 1)1977-ci ildə Riqada X Ümumittifaq Kinofestivalı
- "Məişətdə keçmişin qalıqlarına qarşı mübarizə və yeni mənəvi normaların təsdiqi mövzusunun işlənməsinə görə" rejissor Həsən Seyidbəyliyə münsiflər heyətinin Xüsusi Diplomu verilmişdir.
- Ssenari müəllifi : Həsən Seyidbəyli
- Quruluşçu rejissor : Həsən Seyidbəyli
- Quruluşçu operator : Rasim İsmayılov
- Quruluşçu rəssam : Məmməd Hüseynov, Mayis Ağabəyov
- Bəstəkar : Tofiq Quliyev
- Səs operatoru : Akif Nuriyev
- Rejissor : Elmira Əliyeva
- Operator : Yuri Varnovski
- Geyim rəssamı : Tatyana Əmirova
- Dekor rəssamı : Əli Əliyev
- Qrim rəssamı : Elbrus Vahidov
- Montaj edən : Esmira İsmayılova
- Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu
- Quraşdırılmış səhnələrin rəssamı : Eduard Abdullayev
- Rejissor assistenti : Aydın Mahmudbəyov, C. Şahverdiyev, C. Məmmədov
- Operator assistenti : V. Romanov, Vaqif Bağırov, İ. Kopanets
- Redaktor : Əhmədağa Qurbanov
- Mahnıların mətni : Tələt Əyyubov, S. Mustafazadə
- Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
- Dirijor : D. Ştilman
- Filmin direktoru : Daniil Yevdayev
- Firuz Babayev — İbrahim
- Şəfiqə Məmmədova- Rüxsarə
- Xalidə Quliyeva(Xalidə Qasımova kimi)- Xalidə
- Şükufə Yusupova- Gülxar
- Dilarə Hüseynova — Səkinə
- Cəmilə Ağayeva- Zəhra
- Rəna Cəfərova- Sevinc
- Nəsibə Zeynalova- Kişvər
- Zahirə İsmayılova- Zəkiyyə
- Əli Zeynalov- Zəkiyyənin atası
- Rasim Balayev- Sənan
- Tahir Yaxın- Mürsəl
- Ələsgər Məmmədoğlu- Əlövsət
- Muxtar Maniyev- Şahlar
- Mehdi Seyidbəyli- Mehdi
- Hicran Mehbalıyeva-İbrahimin iş yoldaşı
- Ofeliya Aslan(Ofeliya Aslanova kimi)-Bağ sahibəsi
- Məmməd Əlili- Çayçı
- F. Adıgözəlzadə
- Ənvər Həsənov- Nuru
- Mayak Kərimov-İbrahimin iş yoldaşı
- Gülxar Həsənova-Sənanın anası (titrlərdə yoxdur)
- Hacıməmməd Qafqazlı-Sənanın atası (titrlərdə yoxdur)
- Sadıq Həsənzadə-Bağ sahibi (titrlərdə yoxdur)
- Gündüz Abbasov-Bağ sahibi (titrlərdə yoxdur)
- Şahmar Ələkbərov-İbrahim (Firuz Babayev)
- Əliabbas Qədirov — Mürsəl (Tahir Yaxın) (titrlərdə yoxdur)
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 34; 383.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 142-143; 180-183.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
- “Xoşbəxtlik qayğıları” filmi "Həsən Seyidbəylinin 100 illiyi" rubrikasında
Azərbaycan filmlərinin siyahısı