Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hüzn
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Ümumxalq hüzn günü
Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları SSRİ Ali Sovetinin Rəyasət Heyətinin "Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında" Fərmanına uyğun olaraq və siyasi müxalifət nümayəndələrinin təşkil etdiyi kütləvi iğtişaşların qarşısını almaq üçün SSRİ Konstitusiyasının 14-cu maddəsinin 119-cü bəndini rəhbər tutaraq Bakı şəhərinə daxil oldular. Respublikada vəziyyətin sabitliyinin pozulması dövrü ilk növbədə Ermənistanla Azərbaycan arasında Qarabağla bağlı ərazi mübahisəsi ilə bağlı olmuşdur. Bu, regionda idarəolunmaz vəziyyətlərin, o cümlədən etnofobiya təzahürlərinin yaranmasına səbəb olmuşdur. 1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi siyasi təşkilatı Azərbaycan milli hərəkatının rəhbəri oldu. Bunun fonunda 1990-cı il yanvarın əvvəlində və ortalarında ermənilərlə azərbaycanlılar arasında toqquşmalara çevrilmiş Bakıda kommunist hökumətinə qarşı ölkədə kütləvi nümayişlər keçirildi. Azərbaycan SSR Nazirlər Sovetinin o vaxtkı sədri Ayaz Mütəllibovun 1989-cu il dekabrın 25-də yazdığı xatirələrə əsasən, respublika KP MK-nın birinci katibi Əbdürəhman Vəzirov onu çağırıb: “O dedi ki, fəlakət yaranır və biz Moskvadan kömək istəməliyik. Bizim Daxili İşlər Nazirliyinin dəbilqə və dəyənəklə təchiz olunmuş öz daxili qoşunlarımız yox idi. Onlar ancaq Moskvadan gələn əmrlərə əməl edirdilər. Biz Daxili İşlər Nazirliyinə və Nazirlər Şurasına qoşun göndərməyi xahiş etdik, əks halda böyük fəlakət baş verə bilər”. SSRİ Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov və müdafiə naziri Dmitri Yazov Azərbaycan istiqlal hərəkatının Sovet Azərbaycanı hökumətini devirmək cəhdlərinin qarşısını almaq üçün hərbi vəziyyətin zəruri olduğunu müdafiə edirdilər.
Hüzün
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Hunz.
Armando Teodoro Hunziker (isp. Armando Theodoro Hunziker, 1919—2001) — İsveçrə mənşəli Argentina botaniki. == Armando Teodoro Hunzikerin şərəfinə adlandırılan bitkilər == Hunzikeria D'Arcy, 1976 (Solanaceae) Adesmia hunzikeri Burkart, 1954 (Fabaceae) Amaranthus hunzikeri N.Bayón, 2007 (Amaranthaceae) Capsicum hunzikerianum Barboza & Bianch., 2005 (Solanaceae) Dioscorea hunzikeri Xifreda, 1985 (Dioscoreaceae) Euphorbia hunzikeri Subils, 1975 (Euphorbiaceae) Jaltomata hunzikeri Mione, 2001 (Solanaceae) Justicia hunzikeri Ariza, 1971 (Acanthaceae) Larnax hunzikeriana Benítez & M.Martínez, 1995 (=Cuatresia hunzikeriana, Solanaceae) Lycium hunzikeri F.A.Barkley, 1953 (Solanaceae) Manihot hunzikeriana Mart.Crov., 1964 (Euphorbiaceae) Melica hunzikeri Nicora, 1999 (Poaceae) Mostacillastrum hunzikeri Al-Shehbaz, 2010 (Brassicaceae) Nototriche hunzikeri Krapov., 2003 (Malvaceae) Perezia hunzikeri Cabrera, 1950 (=Perezia atacamensis, Asteraceae) Physalis hunzikeriana M.Martínez, 1999 (Solanaceae) Sclerophylax hunzikeri Di Fulvio, 1961 (Solanaceae) Setaria hunzikeri Anton, 1984 (Poaceae) Stipa hunzikeri Caro, 1966 (=Nassella hunzikeri, Poaceae) Witheringia hunzikeri D'Arcy, 1974 (Solanaceae) Valeriana hunzikeri Borsini, 1960 (Valerianaceae) Verbena hunzikeri Moldenke, 1947 (=Glandularia scrobiculata, Verbenaceae) == Ədəbiyyat == Anton, Ana M. 2002. Armando T. Hunziker (1919−2001); Taxon 51: 393-403.
Conni Huan
Conni Huan (5 oktyabr 1962) — Kanadanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Conni Huan Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Conni Huan Kanadanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Conni Huan Kanadanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Hun
Hunlar — IV-VI əsrlərdə Mərkəzi Asiyada, Qafqazda və Şərqi Avropada yaşamış köçəri xalq. Avropa ənənəsinə görə, onlar ilk əvvəllərdə Volqa çayının şərqində, yəni o dönəmdə Skitiya adlandırılan yerlərdə yaşamışdırlar. Hunların qərbə doğru köçmələri ariyanlardan hesab edilən Alanların qərbə doğru yürüşü ilə əlaqələndirilir. 370-ci ildən etibarən Hunlar Volqa sahillərinə gəldilər və 430-cu ildə Avropada özlərinin böyük, lakin qısaömürlü dövlətlərini qurdular. Hunlar tədricən Qotları və Roma sərhədlərindən kənarda yaşayan bir çox digər german tayfalarını özlərinə tabe etdilər, yerdə qalanları isə Roma sərhədləri daxilinə miqrasiya etməyə məcbur oldu. Hunlar, xüsusən Attilanın rəhbərliyi altında tez-tez Şərqi Roma imperiyası üzərinə dağıdıcı yürüşlər həyata keçirdilər. 451-ci ildə onlar Qərbi Roma imperiyasının əyaləti olan Qaulu ələ keçirdilər. Onlar buanı ələ keçirmək üçün romalılarla vestqotların birləşmiş ordusu ilə Katalaun döyüşündə döyüşmüdülər. 452-ci ildə onlar İtaliyanı ələ keçirdilər. Attilanın 453-cü ildə ölümündən sonra Hunlar artıq Roma üçün əsas təhlükə olmaqdan çıxdılqar və öz torpaqlarının çoxunu 454-cü ildə baş vermiş Nedao döyüşündən sonra itirdilər.
Huan Tin
Huan Tin (2 iyul 1977) — Çini təmsil edən bədii gimnast. == Karyerası == Huan Tin Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Huan Yin
Huan Yin (2 iyul 1977) — Çini təmsil edən bədii gimnast. == Karyerası == Huan Yin Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Çao Huan
Çao Huan —
Hun Sen
Hun Sen (khm. ហ៊ុន សែន; 5 avqust 1952) — 1985-ci ildən etibarən Kambocanın Baş naziri, Kambocanın ən uzun hakimiyyətdə olan hökumət başçısı və dünyanın ən uzun hakimiyyətdə olan liderlərindən biri olan kambocalı siyasətçi.Hun Bunal adı ilə anadan olub, qırmızı kxmerlərə əsgər kimi qoşulduqdan iki il sonra 1972-ci ildə adını Hun Sen olaraq dəyişdirdi. Kamboca vətəndaş müharibəsində qırmızı kxmerlər tərəfində vuruşdu. 1979–1986-cı illərdə və yenidən 1987–1990-cı illərdə Vyetnam tərəfindən nəzarət edilən hökumətdə Kamboca Xarici İşlər Naziri vəzifəsində çalışıb. 26 yaşında eyni zamanda dünyanın ən gənc xarici işlər naziri adını da qazanmışdı.Hun Sen 1985-ci ilin yanvarında tək partiyalı Milli Məclisdə 1984-cü ildə vəfat edən Chan Sının yerinə təyin edilməklə Baş nazir vəzifəsinə yüksəldi. 1993-cü ildə BMT-in dəstəklədiyi parlament seçkilərinə qədər vəzifəsini saxladı. Seçkilərdə məğlub olan Sen nəticəni qəbul etməyi rədd etdi və ayrılıqçı hərəkatı təhdid etdi. MBDKKMBC ilə danışıqlardan sonra Norodom Ranarit və Hun Sen koalisiya dağılana və Sen 1997-ci ildə Ranariti devirən çevriliş təşkil edənə qədər eyni zamanda Birinci və İkinci Baş nazir vəzifələrini icra etməyi qəbul etdilər. 1998-ci ildən bəri Hun Sen KXP-ı mübahisəli seçki qələbələrinə apararaq sürətli iqtisadi böyüməyə və inkişafa, eyni zamanda korrupsiya, meşələrin qırılması və insan haqlarının pozulmasına apardı. 2013–2014-cü illərdəki etiraz aksiyalarından sonra 2018-ci ildə müxalifət partiyalarının ləğvindən sonra altıncı müddətə seçildi və KXP Milli Məclisdəki bütün yerli qazandı.
Hun dili
Hun dili və ya Hun türkcəsi — vaxtı ilə mövcud olmuş hunların dili. Yunan, latın və çin mənbələrindəki müəyyən sözlərə görə tanınır. Müasir dövrə qədərə gəlib çatmış sözlərin analizinə görə türk dilləri qrupuna aid edilir. == Dövrümüzə çatmış sözlər == Avropa hunlarının müasiri oln müşahidəçilər və VI əsrdə yaşamış tarixçi Jordanes hunların istifadə etdiyi dildən 3 sözü dövrümüzə gəlib çatmasına nail olmuşdurlar.Kəndlərdə bizə ərzaq - qarğıdalı əvəzinə darı və yerlilərin dediyi kimi medos verilirdi. Bizi müşayət edən iştirakçılar darı və buğdadan hazırlanmış içki - hansıki barbarlar kamos adlandırır - aldılar.Hunlar Attilanı belə mərsiyyələrlə - onlar bunu strava adlandırır - ağlaşma qurmaqla, onun məbədi üzərində böyük ehtişamla qeyd edirdilər.Bu medos bal şərabı kimi bir içkidir, kamos buğda içkiçi, strava dəfn mərasimidir. Maenchen-Helfen iddia etmişdir ki, strava slavyan dilində danışan bir məlumatçıdan gəlmiş ola bilər.Hun dili barədə digər bütün məlumatlar onların tayfaları və şəxs adları ilə bağlıdır. == Türk dili olması barədə == Karl Henrix Menges və Omelian Pritsak kimi bir çox tarixçilər düşünürlər ki, hunlara aid olan xüsusi sözlər ancaq Türk dili və ya Altay dil ailəsi ilə əlaqələndirilə bilər. Menges dil dəlillərinə arxalansa da, hunlara münasibəti "onları türk və ya türklərə yaxın hesab etməyin etnoloji səbəbləri var" deyir. Bundan başqa, Menges hunların monqolca və ya tunqus dillərindən birində və ya türkcə ilə monqolcanın arasındakı hansısa dildə danışa biləcəyi ehtimalını da bildirir. Bizim dövrümüzə gəlib çatan 33 Hun şəxs adlarını araşdıran Pritsak deyir: O [Hun dili], Türk dili deyildi, güman ki, türkcə ilə monqolca arasında bir dil idi və türkcəyə monqolcadan daha yaxın idi.
Hun imperiyaları
Hun inqilabı
Hun inqilabı — Eramızın dördüncü əsrinin əvvəlinə doğru, Mərkəzi Asiya, Qərbi Sibirin cənub ərazilərində, Filizli və Dağ Altayın bir hissəində, yaşayan hunlar yarım millionluq ordu çıxarmağa qadir güclü dövlət yaratdılar. Etnosun qüvvəsinin zirvə nöqtəsinə çatan energetik partlayış yaxınlaşırdı. Hunlar kimi döyüşkən və enerjili etnos, artıq nisbi hərəkətsilik vəziyətində qala bilməzdi, onun yığılmış enerjisi öz tətbiqini tapmalıydı, ama bunun üçün dövlət səriştəsi olan, dahi, qətiyətli və böyük hərbi istedadı olan başçı lazım idi. Və belə lider tapıldı. Bu hunların yeni şanyusu Attila(Edil) idi. Hunlar Attilanın başçılığı ilə sürətlə dünya tarixinə, özüdə onun zirvələrinə, daxil oldular. Attila hun dövlətində 431-ci ildə hakimiyətə gəldi. Mərkəzi Asiyada və cənubi Sibirdə sıxılan hun cəmiyətinin əhvalını tuta bilən Attila, yaxın on il üçün hərəkət planını hazırladı. Attilanın ilk etdiyi hunların Qərbə hərəkətinin başlanması oldu. 432-ci ildə hun ordusu Volqanı(İdil) keçib cənub-qərbə, Don, Dneprin aşağı və orta axarına tərəf hərəkətə başladı.
Hun qəbiristanlığı
Hun qəbiristanlığı — Bakı şəhərinin Xəzər rayonunun inzibati ərazi vahidində yerləşən Buzovna qəsəbəsindəki tarixi məzarlıq. Azərbaycanın ən qədim qəbiristanlıqlarından olan Hun qəbiristanlığı hazırda Buzovnadakı ən qədim qəbiristanlıq hesab olunur. Onun tarixi bizim eradan əvvəl III əsrə aid edilir. Burada çox qədim qəbirlər, sərdabələr və bir də türbə vardır. Həmin türbənin tarixi qəbiristanlığın tarixi qədər qədim deyil, İslam dininin yayıldığı tarixdən sonraya aiddir. İçərisində 4 qəbir olan bu türbə Məhəmməd Əli türbəsi adlanır. Bu türbənin adı vaxtilə sultanlardan birinin təyin etdiyi xəlifənin adı ilə bağlıdır. Hun qəbiristanlığındakı qəbirlərin üzərində müxtəlif yazılar – mərhumların şərəfinə yazılmış şeirlərdən beytlər, naxışlar – svastika, günəş və yaxud da əbədiyyət simvolu, Süleyman peyğəmbərin altıbucaqlı möhürü olan ulduz, səkkiz bucaqlı ulduz və digər simvollar, təsvirlər əks olunmuşdur. Tarixin müxtəlif dövrlərində Hun qəbiristanlığının böyük bir hissəsi məhv edilmişdir, qəbir daşları sındırılmışdır. Hazırda baxımsız vəziyyətdə olan bu tarixi məzarlıq Sovet hakimiyyəti illərində çox böyük zərər görərək, dağıdılmışdır.
Hun türkcəsi
Hun dili və ya Hun türkcəsi — vaxtı ilə mövcud olmuş hunların dili. Yunan, latın və çin mənbələrindəki müəyyən sözlərə görə tanınır. Müasir dövrə qədərə gəlib çatmış sözlərin analizinə görə türk dilləri qrupuna aid edilir. == Dövrümüzə çatmış sözlər == Avropa hunlarının müasiri oln müşahidəçilər və VI əsrdə yaşamış tarixçi Jordanes hunların istifadə etdiyi dildən 3 sözü dövrümüzə gəlib çatmasına nail olmuşdurlar.Kəndlərdə bizə ərzaq - qarğıdalı əvəzinə darı və yerlilərin dediyi kimi medos verilirdi. Bizi müşayət edən iştirakçılar darı və buğdadan hazırlanmış içki - hansıki barbarlar kamos adlandırır - aldılar.Hunlar Attilanı belə mərsiyyələrlə - onlar bunu strava adlandırır - ağlaşma qurmaqla, onun məbədi üzərində böyük ehtişamla qeyd edirdilər.Bu medos bal şərabı kimi bir içkidir, kamos buğda içkiçi, strava dəfn mərasimidir. Maenchen-Helfen iddia etmişdir ki, strava slavyan dilində danışan bir məlumatçıdan gəlmiş ola bilər.Hun dili barədə digər bütün məlumatlar onların tayfaları və şəxs adları ilə bağlıdır. == Türk dili olması barədə == Karl Henrix Menges və Omelian Pritsak kimi bir çox tarixçilər düşünürlər ki, hunlara aid olan xüsusi sözlər ancaq Türk dili və ya Altay dil ailəsi ilə əlaqələndirilə bilər. Menges dil dəlillərinə arxalansa da, hunlara münasibəti "onları türk və ya türklərə yaxın hesab etməyin etnoloji səbəbləri var" deyir. Bundan başqa, Menges hunların monqolca və ya tunqus dillərindən birində və ya türkcə ilə monqolcanın arasındakı hansısa dildə danışa biləcəyi ehtimalını da bildirir. Bizim dövrümüzə gəlib çatan 33 Hun şəxs adlarını araşdıran Pritsak deyir: O [Hun dili], Türk dili deyildi, güman ki, türkcə ilə monqolca arasında bir dil idi və türkcəyə monqolcadan daha yaxın idi.
Hun türkləri
Hunlar — IV-VI əsrlərdə Mərkəzi Asiyada, Qafqazda və Şərqi Avropada yaşamış köçəri xalq. Avropa ənənəsinə görə, onlar ilk əvvəllərdə Volqa çayının şərqində, yəni o dönəmdə Skitiya adlandırılan yerlərdə yaşamışdırlar. Hunların qərbə doğru köçmələri ariyanlardan hesab edilən Alanların qərbə doğru yürüşü ilə əlaqələndirilir. 370-ci ildən etibarən Hunlar Volqa sahillərinə gəldilər və 430-cu ildə Avropada özlərinin böyük, lakin qısaömürlü dövlətlərini qurdular. Hunlar tədricən Qotları və Roma sərhədlərindən kənarda yaşayan bir çox digər german tayfalarını özlərinə tabe etdilər, yerdə qalanları isə Roma sərhədləri daxilinə miqrasiya etməyə məcbur oldu. Hunlar, xüsusən Attilanın rəhbərliyi altında tez-tez Şərqi Roma imperiyası üzərinə dağıdıcı yürüşlər həyata keçirdilər. 451-ci ildə onlar Qərbi Roma imperiyasının əyaləti olan Qaulu ələ keçirdilər. Onlar buanı ələ keçirmək üçün romalılarla vestqotların birləşmiş ordusu ilə Katalaun döyüşündə döyüşmüdülər. 452-ci ildə onlar İtaliyanı ələ keçirdilər. Attilanın 453-cü ildə ölümündən sonra Hunlar artıq Roma üçün əsas təhlükə olmaqdan çıxdılqar və öz torpaqlarının çoxunu 454-cü ildə baş vermiş Nedao döyüşündən sonra itirdilər.
Hun İmperiyası
Sammo Hun
Hun Tszinbao və ya Sammo Hunq Kam-bo (ing. Sammo Hung, kantonca: 洪金寶) — Honkonq aktyoru, rejissoru, prodüseri və döyüş ustasıdır.
Hun incəsənəti
Hun incəsənəti — əslən Orta Asiyadan olan Hunların Avropada yaratmış olduğu bütün mədəniyyət nümunələri nəzərdə tutulur. Hun sənəti əsasən qazanlar, qablar və zinət əşyaları, boyunbağılar, fibula və bilərziklərdən ibarətdir. Bu motivlərdə tez-tez təsvir edilən heyvan fiqurları ilə birlikdə, ağaclara və həndəsi şablonlara da rast gəlinir. Hun incəsənəti german tayfalarının incəsənətinə və ümumilikdə Avropa incəsənətinə böyük təsir etmiş, orada yunan-roma incəsənət ənənəsinin sona çatmasında rol oynamışdır. Hun incəsənəti özüdə Asiyadakı sivilizasiyalardan bəhrələnmişdir. Hunların maddi mədəniyyətini və incəsənətini öyrənə bilmək üçün iki qaynaq vardır: qədim əlyazmalar və arxeologiya. Lakin Hunlar köçəri həyat sürdükləri üçün onların incəsənəti və yaşamı barədə arxeoloji qaynaqlar az qalmışdır. Buna baxmayaraq, 1945-ci ildən sonra Hunlara aid olan xeyli sayda arxeoloji material aşkar edilmişdir. Təkcə 2005-ci ildən Hunlara aid olduğu bəlli olan 200 maddi mədəniyyət nümunəsi üzə çıxarılmışdır. Bu nümunələr Hun məzarları olmuşdur ki, oradan tapılanlar da Hunlara aid edilmişdir.
Huan Antonio Samaranç
Xuan Antonio Samaranç(17 iyul 1920[…], Barselona[…] – 21 aprel 2010[…], Barselona) — Beynəlxalq Olimpiya Komitəsinin 7-ci prezidenti, Beynəlxalq idman hərəkatı xadimi, ispan diplomatı və sənayeçisi, Avropa Otüstü Hokkey Federasiyasının (EHF) fəxri prezidenti.. == Həyatı == Xuan Antonio Samaranç 1966-cı ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü, 1974–1978-ci illərdə vitse-prezidenti, 1980–2001-ci illərdə isə prezidenti olub. O, tutduğu vəzifədən istefa verdikdən sonra ali olimpiya qurumuna fəxri prezident seçilib. O, Polşa Respublikasının ali mükafatı — Böyük Komandor Xaçı ordeni ilə təltif edilmişdir.
Huun-Huur-Tu
«Huun-Huur-Tu» (tıva Хүн Хүртү, translit. Khün Khürtü; rus. Хуун-Хуур-Ту; çin. sadə. 恒哈图, pinyin: Hénghātú; azərb. Xün Xürtü‎) — ənənəvi musiqi ifa edən Tıva musiqi qrupu. Musiqi qrupunun ən fərqləndirici xüsusiyyəti Tıva qırtlaq musiqisindən (xoomey) istifadə etməsidir. Musiqi qrupu adətən iqil, demir-xomus (Tıva ağız qopuzu), doşpuluur, tunqur (şaman bubeni) kimi ənənəvi Tıva musiqi alətlərindən istifadə edir. Buna baxmayaraq, qrup son illərdə gitara kimi qərb musiqi alətlərindən daha çox istifadə etməyə başlamışdır. "Huun-Huur-Tu" qrupunun əsas üslubu folk olsa da, bəzən müasir qərb musiqi alətlərindən, eləcə də elektronik musiqidən istifadə edirlər.
Büzen
Büzen (fr. Buzeins, oks. Busens) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Severak-le-Şato kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12040. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 32 km şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 184 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 103 yaşında (15-64 yaş arasında) 74 nəfər iqtisadi cəhətdən fəal, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,8%, 1999-cu ildə 62,2%).
Himn
Himn — dövlət rəmzlərindən biridir. İlk dəfə qədim Yunanıstanda yaradılıb. Bu gün bütün ölkələrin himni var. Azərbaycanın da 1991-ci ildən müstəqil olduğu vaxtdan himni var. Onun sözləri Əhməd Cavadın Musiqisi isə Üzeyir Hacıbəylinindir. Qeyd etmək lazımdır ki bizim himn 1918-ci ildə yaradılıb.
Hvan Hyon-cin
Hwang Hyunjin (azərb. Hvan Hyoncin‎) və ya səhnə adı ilə Hyunjin (20 mart 2000, Seul) — Cənubi Koreyalı oğlan qrupu Stray Kids-in üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasına (KOMCA) görə, onun adına 17 mahnı var. == Haqqında == === İlk İllər === Hyuncin (현진) 20 mart 2000-ci ildə Cənubi Koreyaın Seul şəhərində anadan olub.Seul Sonqil İbtidai Məktəbini və Seul Songne Liseyini bitirib. O, bəzən Las-Veqası ziyarət edirmiş, burada Sam adını istifadə edirdi.O, JYP Entertainment-ə orta məktəbin üçüncü sinfində oxuyarkən qoşulub. Bir dəfə anası ilə alış-veriş edərkən JYP Entertainment tərəfindən stajyer olmaq üçün ona təklif göndərilib.2 il stajçı olmuşdur. Qrupun vizualı, əsas rəqqası, repçisidir. == Karyera == === Debütdən öncə === Stajçı olaraq Hyoncin Stray Kids realiti şousunda Stray Kids üzvləri və İtzy üzvləri ilə birlikdə iştirak etdi.Hyoncin-in dediyinə görə, JYP Entertainment-ə qoşulduqda heç bir şeydə lazımi bacarıqları yox idi, ona görə də hər şeyi sıfırdan öyrənməli idi. Hyoncin debütünü görünüşünə görə deyil, bacarığına görə etmək istəyirdi. Təcrübə illəri asan keçmədi, ilk vaxtlar rəqsdə o qədər də yaxşı deyildi və ona nifrət edirdi. Ancaq sonralar bu fikri dəyişdi, birlikdə məşq etdiyi təcrübəçilər sayəsində rəqsdən necə həzz alacağını öyrəndi.
Hvan Hyon Cin

Avropa Hun imperiyası
Qərbi Hun İmperiyası və ya Avropa Hun İmperiyası (378-470) - Hun türklərinin Avropaya yürüşləri sayəsində Avropada yaranmış türk dövləti. == Tarixi == Böyük Hun İmperiyası dağılandan sonra hun tayfaları qərbə doğru hərəkət edib Volqa və Ural çayları ətrafındakı torpaqları ələ keçirdilər. Onların qərbə doğru əziyyətli yürüşü sonra da uzun müddət davam etdi. Hunların və digər xalqların qərbə axını "Xalqların böyük köçü" adlanır. "Xalqların böyük köçü" eramızın IV əsrindən hunlarla başlayaraq VI əsrə qədər davam etdi. Hunlar Böyük Çin səddindən Fransaya qədər gedib çıxmışdılar. "Xalqların böyük köçü" VI əsrdə slavyanların Bizans imperiyasında məskunlaşması ilə başa çatdı. 370-ci ildə hunlar qərbə doğru hərəkət edərək Don sahilində alanları məğlub etdilər. Balamir Qara dəniz sahillərində, ostqot tayfalarını məğlub edərək Krımı ələ keçirdi və Ostqot dövlətinin varlığına son qoydu. 371-ci ildə ostqotlar məğlub oldular(Balamir tərəfindən) onların başçısı Germanirix bu məğlubiyyətə dözməyib özünü öldürdü.
Ağ Hun imperiyası
Ağ Hunlar və ya Eftalitlər — Hunların qərb qolu. Tenqriçilikdəki simvolizmə görə qərbi ağ rəng simvolizə edirdi. Xan Çao dövlətinin dağılmasından sonra Xarəzmə gələn hunlar iki hissədən ibarət idi. Qərbdə, Xəzər dənizinin şərq sahillərində yaşayan Ağ Hunlar və cənubda Hindistanın şimalı və Əfqanıstanda yaşayan Qırmızı Hunlar. Qırmızı hunlar, Ağ hunlar, Avarlar, Kutriqurlar və Onoqurlar qərblilər tərəfindən Xionitlər adlandırıldılar. Ağ hunlar əvvəllər Qırmızı Hunların yaratdığı dövlət olan Kidar imperiyasında yaşayırdılar. Onların dövləti sonralar Sasanilər, Kabulşahlar və Göytürklər arasında bölündü. == Etimologiya == Ağ Hunların adları fərqli dillərdə fərqli səslənir. Çinlilər Yanda (嚈噠) deyirdilər . Koreyalılar isə onlara Yeoptal deyirdi.
Böyük Hun Dövləti
Böyük Hun İmperiyası — Hiung-nu (Çincə : 匈奴 ; pinyin : Xiongnu) Türkiyə və Azərbaycan Tarixşünaslığında Böyük Hun İmperiyası vəya Asiya Hun İmperiyası olaraq adı keçir . E.ə 3-cü əsrdə hunnular adlanan köçəri [[Türk xalqları tərəfindən yaradılmış federasiya. == Etnik tərkibi == Xunnu e.ə III əsrdən eramızın I əsrinə qədər Asiya çöl zonasını tutan köçəri tayfalardan ibarət olmuşdur. Çin mənbələrinə görə onlar e.ə 209-cu ildə Modun Şanyunun(Mete xan) başçılığı altında imperiya yaratmışdılar. Bu imperiya (e.ə 209–93) müasir Monqolustanın sərhədlərindən kənara çıxırdı. Eradan əvvəl II əsrdə özlərindən əvvəlki əsas qüvvə Yueçji-yə qalib gələndən sonra şərqi Asiya çöl zonası və mərkəzi Asiyada əsas güc halına gəldilər. Onlar Sibir, Monqolustan, daxili Monqolustan, Sintizyan, və Qansu ərazilərində aktiv idilər. Xunnu dövlətinin əsas milli kimliyi bir çox fərziyələrə yol açmışdır, çünki çin mənbələrində çox az söz, titullar və şəxsi adlar qorunub qalmışdır. Xunnunun etnik tərkibi barədə alimlər multi etnik də daxil olmaqla, monqol, türki , yenisey , toxariyan, irani, və ural təklifi irəli sürüblər.Xunnu adı Hunlarla əlaqəli ola bilər, amma bu sübut mübahisəlidir. == Bayrağı == Böyük Hun İmperiyasının bayrağı bənövşəyi fon üzərində sarı Tengri təsvirindən ibarətdir.
Böyük Hun imperiyası

Hübi
Hübi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 59 nəfərdir.
Hücü
Hücü — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 120 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindən tərcümədə "su arxları çəkilmiş yer" və ya "yeni arx" mənalarında izah edilir.
Hüms
Hüms (ərəb. حمص‎) — Suriyada şəhər. Hüms mühafəzəsinin mərkəzidir. == Tarixi == Hüms bizim eradan əvvəl 2300-cü ilə aid salnamələrdə çəkilir. Şəhər Emesa adlanırdı. Bir müddət Roma imperiyasından asılı olmuşdu.
Hüşün
Hüşün — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Hüşün Ağdaş rayonunun Kükəl inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Oykonimin monqol dilinə mənsub xuşun/Xoşun sözündən olub, "feodal malikanəsi, feodal mulku" mənasında olması ehtimal edilir. == İnfrastruktur == 2009-cu ildə kəndin əhalisinə təbii qazın verilməsi bərpa olunub.
Adel Hüqo
Adel Hüqo (24 avqust 1830[…], Paris – 21 aprel 1915, Süren) — fransız yazıçısı Viktor Hüqonun 5 övladından ən kiçiyi. Gənc qadın olarkən şizofreniyaya düçar olur, Britaniya ordusunda xidmət edən zabitin onun sevgisini rədd etməsi onda bu zabitə qarşı romantik asılılıq yaradır. "Sevgi fobiası" adlandırılan Adel sindromu onun adı ilə bağlıdır. 1975-ci ildə fransız rejissor François Truffaut tərəfindən çəkilən "Adel H.-nin hekayəsi" adlı film Adel Hüqonun gündəliklərində yazdıqlarına əsaslanır. == Uşaqlığı == Adel Fuşe və Viktor Hüqonun son övladı olan Adel Hüqo maddi vəziyyəti yaxşı olan bir ailədə və mədəni mühitdə böyüyür. Piano çalmağı çox sevən Adel gözəlliyi və uzun qara saçları ilə məşhur idi. Bir sıra məşhur Parisli rəssamlar onun portretini çəkmişdi. Viktor Hüqonun siyasi səbəblərə görə sürgün edilməsindən sonra ailə 1851-ci ildə Cörsi adasına köçdü və 1870-ci ilə qədər orada qaldı. Adel sevgi asılılığının səbəbi olan Albert Pinsonla da məhz burada tanış oldu. == Xəstəliyi və Pinsonu təqib etməsi == 1856-cı ildə Adelin ruhi xəstəliyinin əlamətləri açıq-aydın sezilməyə başladı.
Anton Hüsen
Anton Hüsen və ya Haysen (ing. Anton Hysén; 13 dekabr 1990,, Liverpul, İngiltərə) — İsveç futbolçusu, Utsiktens klubunun 3-ü divizionunda oynayır. Antonun atası Qlenn bir neçə milli və beynəlxalq oyunların qalibi idi, onun qardaşları Tobias və Aleksandr peşəkar futbolçulardır. == İdman karyerası == Gənc yaşlarında Hüsen əvvəlcə Torsland və Lundby klublarında oynayırdı. Daha sonra o, İsveçin 17 yaşadək milli komandasının üzvü və BK Hacken klubunun gənclərdən ibarət qrupuna daxil oldu. Gənc oyunçu statusunu itirdikdən sonra, o 2009-cu ilin yayında İsveçin Utsiktens komandasının 4-cü divizionuna qatıldı. Orada o ilk dəfə olaraq ikinci komanda üçün oynadı. 2010-cu ildən Hüsen müvəqqəti olaraq atası tərəfindən çalışdırılaraq ilk konkurent komandasının heyətində çıxış edirdi. 2011-ci ilin sonunadək Anton bu komandanın tərkibində oynayırdı və bundan sonra o həmçinin ABŞ-nin bir sıra klublarından təklif aldı. Lakin 3-cü liqanın mövsümündə bu dəyişikliklər baş vermədiyindən, o Utsiktens həmişəki oyunçular siyahısından faktiki olaraq çıxarılmışdı.
Avarayr düzü
Avarayr düzü — İranda, Maku şəhəri yaxınlığında yerləşir. 451-ci il mayın 26-da hunlarla ittifaqda olan Sasani qoşunları Avarayr çölündə Vardan Mamikonyanın başçılıq etdiyi üsyançıları məğlub etdilər.
Azadlığa himn
Azadlığa himn (yun. Ύμνος εις την Ελευθερίαν) — 1823-ci ildə Dionisios Solomos tərəfindən bəstələnən, 158 bənddən ibarət olan poema. 1865-ci ildə ilk iki bənd Yunanıstan himni kimi elan olunmuşdur. Həm də Kipr Respublikası himni kimi istifadə olunur. Yunanıstan dövlət himni — "Azadlığa himn", 158 bənddən ibarətdir. Onlardan ancaq ilk 18 bənd dövlət himni kimi qəbul olunub. Rəsmi tədbirlərdə isə 4 bənd oxunur. == Himnin sözləri == === Yunan dilində orijinal versiyası === Σε γνωρίζω από την κόψη του σπαθιού την τρομερή, σε γνωριζώ από την όψη που με βία μετράει τη γή. Απ`τα κόκαλα βγαλμένη των Ελλήνων τα ιερά, και σαν πρώτα ανδρειωμένη, χαίρε, ω χαίρε, Ελευθεριά! === Transkripsiya === Se gnorízo apó tin kópsi tou spathioú tin tromerí, se gnorízo apó tin ópsi, pou me via metrái ti gi.
Biq-Horn
Biq-Horn — ABŞ-də, Qayalı dağlarda silsilə. == Haqqında == Uzunluğu təqribən 200 km. Ən hündür zirvəsi Klaud-Pik dağıdır (4015 m). Böyük Düzənliklər platosundan nisbi hündürlüyü 1200–1500 m-dir. Ox hissəsi Kembriyə -qədərki qranitlərdən, kənarları Paleozoy və Mezozoyun çökmə süxurlarından təşkil olunmuşdur. Dağ çölləri, küknar və ağ şam meşələri, yuxarılarda subalp seyrək meşəliyi yayılmışdır. Dövlətə məxsus 400 min ha meşə sahəsi istirahət və turizm üçün istifadə olunur.
Ceyrançöl düzü
Ceyrançöl düzü — Eldar çölü düzü ilə Kürçayı arasında yerləşərək Qazangöl rayonundan Mingəçevir su anbarına qədər uzanır. == Ümumi məlumat == Ceyrançöl düzünün sahəsi 0,9 km²-dir. Relyefi onun tektonikası ilə sıx əlaqədar şəraitdə formalaşmışdır. Düzün mərkəzində yerləşən Ceyrançöl dağı digər dağlardan fərqli olaraq, gümbəzvari quruluşa malikdir. O, hər tərəfə tədriclə enərək düzənliklərlə birləşir və qalxanvari səth əmələ gətirir. Ceyrançöl düzünün mərkəzindən keçən Qanlı qobu və onun inkişaf etməkdə olan qolları Çeyrançöl düzünü kəsir. Ceyrançöl rayonu yağıntısının az (Samuxda 265 mm), orta illik, yay və qış temperaturunun yüksək olması ilə əvvəlki rayonlardan fərqlənir. Burada boz-qonur və açıq şabalıdı torpaqlar geniş yayılmışdır. Bu torpaqlar humusun azlığı, karbonatın çoxluğu ilə bir-birindən fərqlənir. Rütubət nisbətən çox olan sahələrdə torpaq örtüyü tamamilə şoranlaşmış və səthdə ağ örtük əmələ gətirmişdir.
Culfa düzü
Culfa düzü- Culfa rayonunda maili düzənlik.Arazboyu düzənliklərdən biri. == Ümumi məlumat == Düzənliyin hündürlüyü 700 metrdən (Araz çayı sahilində) 1000 metrə qədərdir.Əlincəçayın aşağı axınının sol sahilindən başlayaraq şərqdə Yaycı düzünədək,şimalda Darıdağın ətəklərinədək geniş bir ərazini tutur.Gülüstan düzü də adlanır.Culfa düzünün şimal və şimal-şərq hissəsində sel çöküntüləri,cənub və cənub-qərbində isə çay çöküntüləri üstünlük təşkil edir.Otlaq kimi istifadə olunan Culfa düzünə Arazdan su çıxarılmış və əkin sahələri genişləndirilmişdir.Culfa şəhəri Culfa düzündədir.Culfa düzündəki qədim yaşayış yerlərində və nekropollarda aparılmış arxeoloji qazıntıların nəticələri bu ərazidə eradan əvvəl 3-cü minillikdən başlayaraq son orta əsrlərə qədər fasiləsiz həyat olduğunu göstərir.
Cıdır düzü
Cıdır düzü — Şuşa şəhəri yaxınlığında yerləşən, tarixən cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramını, bir çox yarışları keçirdiyi ərazi. == Cıdır düzündə keçirilən yarışlar və ədəbi məclislər == Cıdır düzü ("yarış meydanı") qədim Şuşanın əsas aktiv istirahət yeri idi. Xanın həyətinin ayrıca zorxanası olmasına baxmayaraq, şuşalıların əksəriyyəti, xüsusən də gənclər hava yaxşı olanda Cıdır düzündə görüşməyə üstünlük verirdilər. Meydançanın adının özü ona işarə edir ki, burada insanlar əvvəllər yarış və covqan oyunları, eləcə də qaçış oyunları keçirirdilər. Yeri gəlmişkən, yarışlar təkcə atlarda deyil, dəvələrdə də təşkil olunurdu. At həvəskarı olan İbrahimxəlil xanın hakimiyyəti dövründə yarışlar onun malikanəsində və Cıdır düzündə keçirilirdi. Qaliblərə qarşı comərdcəsinə davranış sərgiləyib, dəyərli hədiyyələr verilirdi. Gənclər at belində yarışmaya daha böyük maraq göstərirdilər. "Baharbəndi" adlı oyunu ən məşhur oyunlardan idi. Atlı, atını sürərkən calpağını, silahını, xəncərini, qılıncını, çuxasını götürüb xüsusi yerə qoyurdu.
Düzan (Çaypara)
Düzan (fars. دوزن‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 32 nəfər yaşayır (9 ailə).
Düzən meşələri
Azər­bay­ca­nın dü­zən me­şə­lə­ri­nə bir-bi­rin­dən kəs­gin fərq­lə­nən qu­ru və rü­tu­bət­li sub­tro­pik iq­lim şə­ra­i­tin­də rast gə­li­nir. Ona gö­rə də bu me­şə­lər müx­tə­lif ağac və kol cins­lə­rin­dən təş­kil olun­muş­dur. Dü­zən me­şə­lə­ri res­pub­li­ka­nın me­şə ilə ör­tü­lü sa­hə­si­nin 10%-ni təş­kil edir. Res­pub­li­ka­mı­zın dü­zən me­şə­lə­ri­nin aşa­ğı­da­kı təs­ni­fa­tı­nı tək­lif edi­rik: Rü­tu­bət­li sub­tro­pik dü­zən me­şə­lər (Lən­kə­ran ova­lı­ğı); Ya­rım­rü­tu­bət­li sub­tro­pik dü­zən me­şə­lər (Qa­nıx - Əyriçay va­di­si); Də­niz iq­li­mi şə­ra­i­tin­də dü­zən me­şə­lər (Sa­mur-Də­və­çi ova­lı­ğı); Qu­ru iq­lim şə­ra­i­tin­də dü­zən me­şə­lər (Kür-Araz dü­zən­li­yi); Tu­qay me­şə­lə­ri. == Lənkəran ovalığı meşələri == Lən­kə­ran ova­lı­ğı­nın spe­si­fik rü­tu­bət­li iq­li­mi və əra­zi­si­nin buz­laş­ma­ya mə­ruz qal­ma­ma­sı bu­ra­da bir çox is­ti­se­vər qə­dim re­likt ağac və kol bit­ki növ­lə­ri­nin qal­ma­sı­na im­kan ya­rat­mış­dır. Den­drof­lo­ra­sı­nın zən­gin­li­yi­nə gö­rə Lən­kə­ran ova­lı­ğı (Ta­lış) Qaf­qaz­da bi­rin­ci ye­ri tu­tub, özün­də 150-dən ar­tıq ağac və kol nö­vü cəm­ləş­di­rir, on­la­rın 36-sı en­dem nö­vü olub, tə­bii hal­da yal­nız bu əra­zi­də bi­tir. Ta­lı­şın üçün­cü döv­rə a­id olan əsas ağac və kol növ­lə­rin­dən ipək, ya­xud Lən­kə­ran aka­si­ya­sı, də­mi­ra­ğac, aza­ta­ğac, şa­ba­lıd­yar­paq pa­lıd (lat. Qucras castaneifolia), xə­zər lə­lə­yi, hir­kan pır­ka­lı (İlex Hyrcana Arxivləşdirilib 2017-01-16 at the Wayback Machine), ürək­yar­paq qı­zı­la­ğac (lat. Alnussubcordata) və s. gös­tər­mək olar.
Dəstə düzü
Dəstə düzü — Ordubad rayonu ərazisində düzənlik. == Ümumi məlumat == Arazboyu düzənliklərdən biridir. Cənub-şərqdə Dəstə kəndindən başlayaraq Azadkənd kəndinin şimal kənarınadək 6 kilometr məsafədə uzanır. Zəif maili düzənlikdir. Vənənd və Düylün kəndlərinin gətirmə konuslarından təşkil olunmuşdur. == Bitki örtüyü == Bitki örtüyü əsasən gəvən, yovşan, gəngiz və s. ibarətdir. == Torpaq örtüyü == Dəstə düzündə yayılmış boz və çəmən-boz torpaqlarının xeyli hissəsinə Gilançaydan və Arazdan su çıxarılması burada bağçılığın və meyvəçiliyin inkişafına təkan vermişdir.
Ergi düzü
Ergi düzü — Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi yaxınlığında qeydə alınan oroqrafik obyektlərdən biri. == Toponimikası == Ergi düzü toponiminin mənası haqqında müxtəlif fikir və mülahizələr var. Əslində Erki (Ərki) olmalıdır. Ərk sözü İran və Türk dillərində "iç qala", "möhkəm hasar" anlamındadır. Düz coğrafi termini mənfi relyef forması bildirir. Düz termini "düzənlik" mənasındadır. Bu düzənliyin səthi müvəqqəti axarlı dərələrin prolyuvi çöküntüləri ilə örtülmüş və qobu yarğan şəbəkəsi ilə zəif parçalanmışdır. Ergi düzənliyindən qış otlaqları kimi istifadə edilir.
Duzə
Duzə-İranın Fars ostanının Cəhrom şəhristanının Siməkan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 790 nəfər və 178 ailədən ibarət idi.
Gunn
Ronald Kempbell Qann (ing. Ronald Campbell Gunn; 4 aprel 1808, Keyptaun – 13 mart 1881) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Ronald Kempbell Qann toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Əsərləri == Observations on the Flora of Geelong. 1842. == Şərəfinə adlandırılmış taksonlar == Gunnia bitki cinsi və bir çox bitki növləri Ronald Kempbell Qannın şərəfinə adlandırılmışdır. == İstinadlar == == Ədəbiyyat == T. E. Burns, J. R. Skemp, 'Gunn, Ronald Campbell (1808—1881)', Australian Dictionary of Biography, Volume 1, MUP, 1966, pp. 492–493. Serle, Percival (1949). «Gunn, Ronald Campbell».