xüsusunda 2021
xütbəli
OBASTAN VİKİ
Xütbə
Xütbə (ərəbcə: خطبة) — cümə namazı zamanı, qurban bayramlarında və xüsusi hallarda oxunan vəzdir. Cümə günləri xütbə namazdan əvvəl, başqa günlərdə isə namazdan sonra oxunur. Dini-hüquqi islam məktəblərinin hər birində xütbə mərasimini müəyyən edən və onun təsirliliyini təmin edən qaydalar vardır. Məsələn, xətibdən mərasimdə təmiz olmaq tələb edilir, onun geyiminin müəyyən görkəmi olmalı, xütbəni müəyyən üsulla, müəyyən qaydada oxumalıdır və sairə. Orta əsrlərdə xütbə oxunması bir növ sənətkarlıq idi, bəzən xətib xütbəni qafiyəyə salınmış nəsrə çevirirdi. Müsəlman dünyasının bir çox müasir dövlətlərində xütbənin məzmununa dünyəvi hakimiyyət orqanları nəzarət edirlər, bəzən onu hətta dövlət məmurları tərtib edirlər. İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası.
Fədəkiyyə xütbəsi
Fədəkiyyə xütbəsi — Hz.Fatimənin fədəkin Əbu Bəkrdən geri alınması üçün Peyğəmbər məscidində söyləyən xütbə. İbni Əbilhədid deyir: Fəsahət və ritorika,ləfzi və mənəvi dizilər və mənzumə baxımından bu zəngin sözlər çoxlarının nəzərini bu xütbəyə cəlb etmişdir. çoxlarıda bu xütbəni hökumətin salmasına əsasən söylənmiş sözlər kimi tanıyırlar. == Sənədləri == Bu xütbənin ən qədim sənədi Bəlağatü Nisa(بلاغات‌النساء) Əbülfəzl Əhməd ibni Əbitahir Mərvzi(204.208h.q) 11-ci cilddədir.bu kitabın ikinci danışığında Ayişənin Əbu Bəkr ölümünün oxşamasından sonra gəlibdir. Əllamə Məclisinin Biharül Ənvar kitabı 8-ci cilddə gəlibdir, Əllamə məclisi bu xütbənin sözcüklərinin məna və açıqlamalarını yazmışdır. Seyyid Cəfər Şəhidi iki qeyri-şiədə İbni əbil Hədəd və Nəqibi Bəsəridən ad aparıb və deyir: bunlar bu hədisi nəql edib və onu doğrulayıblar bunlar şiə deyillər ki bunu doğrulamaqdan xeyr aparsınlar buna görədə bu hədisi sənədli və doğru sayıbdır.
Vəda xütbəsi
Vəfat etməzdən əvvəl Məhəmməd peyğəmbər həcc ziyarətindən qayıdarkən Ərəfat vadisində on minlərlə müsəlmana xitab edərək son tövsiyələrini verdi. Bu tövsiyələr "Vəda xütbəsi" adı ilə İslam tarixinə düşdü. Bu, peyğəmbərin sonuncu həcc və xütbəsi idi. Bundan qısa müddət sonra peyğəmbər vəfat etdi. Xütbəyə təqribi 124.000 müsəlman qulaq asmışdır. Dinləyənlərin sayı baxımından ən güclü hədis hesab olunur. "Vəda xütbəsi"ndə bütün insanların bərabər olduğu və eyni mənşədən, yəni torpaqdan gəldiyi bildirilir, can və mal toxunulmazlığına diqqət çəkilir, qan davası və sələmçilik kimi islamaqədərki əməllərin ortadan qaldırıldığı vurğulanır. Həmçinin "Vəda xütbəsi"ndə qadınlarla şəfqət və mehribanlıqla rəftar etmək, dində ifratçılığa yol verməmək, əmanəti qoruyub saxlamaq tövsiyə olunur. Peyğəmbərin orada işlətdiyi bu cümlə çox məşhurdur: "…Ey möminlər, ərəbin ərəb olmayana, ərəb olmayanın da ərəbə heç bir üstünlüyü yoxdur!
Zeynəbin Kufədə xütbəsi
Zeynəbin Kufədəki xütbəsi — Zeynəb binti Əli tərəfindən Kufə camaatına edilən çıxış. Hüseyn ibn Əlinin şəhadətindən sonra qadınlar və uşaqlar əsir götürüldü. Əsirlər karvanı Kufəyə daxil olanda insanlar karvanı görmək üçün toplaşırdılar. Zeynəb bu xütbədə Kufə camaatını Hüseynə verdikləri vədləri pozduqları və imamı dəstəkləmədikləri üçün xəbərdar etdi. O, Allaha həmd etdi, Onun elçisinə salam göndərdi və Kufə camaatını ikili davranışlarına və Hüseyn ibn Əliyə kömək etmək vəzifəsini əsirgədiklərinə görə xəbərdarlıq etdi və "Cənnət cavanlarının ağası"nı öldürdükləri üçün onlara böyük bir əzabın gələcəyini vəd etdi. Zeynəbin xütbəsindən sonra insanlar heyrətləndilər və həyəcanlandılar. Zeynəb binti Əli xütbəsinə Allaha həmd ilə başladı. Allaha həmd olsun, babam Məhəmmədə və onun pak və seçilmiş nəslinə salavat və salam olsun. Sonra davam etdi: Ey Kufə camaatı, aldadan, tərk edən və hiylə işlədən, ağlayan sizsiniz. Allah göz yaşlarınızı saxlamasın, sinəniz qəm və qəm atəşi ilə dayanmadan yansın.
Sabanisdze "xütbəsi"
İohann Sabanisdze — VIII əsrdə yaşamış gürcü yazıçı. VIII əsrdə yaşamış İohann Sabanisdze Kartlidə baş vermiş xalq hərəkatının əsas ideoloqlarından biri idi. İ. Sabanisdze xristianlığı qəbul edən və gürcülərə xidmət göstərən Abonun şəhadətindən istifadə edərək həmyerlilərində milli qürur hissi yaradan "Abo Tbileleli şəhidliyi" povestini yazır. Burada qeyd edilir: "İman və ölkəmizin adət-ənənələri necə də ucadır, hakim xalqın oğlu ərəb müsəlman olsa belə, gürcülərin tərəfinə keçib Kartli uğrunda canını qurban verir". İ. Sabanisdze zəif və qeyri-sabit düşüncədə olanları, həvəsləndirməyə çalışır və onlar ərəblərin hökmranlığından xilas etmək istəyirdi. İohann Sabanisdze və digər təbliğatçıların çağırışı milli azadlıq mübarizlərinin vətənpərvərlik və ruhunun formalaşmasında əhəmiyyətli rol oynadı və xalqın özünüdərkini sürətləndirdi.
Vida xütbəsi
Vəfat etməzdən əvvəl Məhəmməd peyğəmbər həcc ziyarətindən qayıdarkən Ərəfat vadisində on minlərlə müsəlmana xitab edərək son tövsiyələrini verdi. Bu tövsiyələr "Vəda xütbəsi" adı ilə İslam tarixinə düşdü. Bu, peyğəmbərin sonuncu həcc və xütbəsi idi. Bundan qısa müddət sonra peyğəmbər vəfat etdi. Xütbəyə təqribi 124.000 müsəlman qulaq asmışdır. Dinləyənlərin sayı baxımından ən güclü hədis hesab olunur. "Vəda xütbəsi"ndə bütün insanların bərabər olduğu və eyni mənşədən, yəni torpaqdan gəldiyi bildirilir, can və mal toxunulmazlığına diqqət çəkilir, qan davası və sələmçilik kimi islamaqədərki əməllərin ortadan qaldırıldığı vurğulanır. Həmçinin "Vəda xütbəsi"ndə qadınlarla şəfqət və mehribanlıqla rəftar etmək, dində ifratçılığa yol verməmək, əmanəti qoruyub saxlamaq tövsiyə olunur. Peyğəmbərin orada işlətdiyi bu cümlə çox məşhurdur: "…Ey möminlər, ərəbin ərəb olmayana, ərəb olmayanın da ərəbə heç bir üstünlüyü yoxdur!

Значение слова в других словарях