Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Başköy
Yaşayış məntəqələri Türkiyə Başköy (Doğubayazit) — Ağrı ilinin Doğubayazit ilçəsində kənd. Başköy (Alanya) — Antalya ilinin Alanya ilçəsində kənd. Gürcüstan Başköy (Barmaqsız) - Tiflis quberniyasının Borçalı qəzasıda, indi Gürcüstanda, Aşağı Kartli diyarının Barmaqsız bələdiyyəsində kənd Ermənistan Başköy (Şörəyel) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Başköy (Ağbaba) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızıl Qoç rayonunda kənd. Moldova Başköy (Qaqauz Yeri) — Moldovanın Qaqaziya muxtariyyətində kənd.
Hasköy
Hasköy (türk. Hasköy) — Muş ilinin ilçəsi. == Əhalisi == === Milli tərkibi === Hasköydə əsasən ərəblər yaşayır.
Maskot
Talisman və ya bəzən maskot (fr. mascotte — «uğur gətirən insan, heyvan və ya əşya») — hər hansı tanınan insanabənzər personaj, kollektivi təcəssüm etdirir: məktəb, idman komandası, icma, hərbi hissə, hadisə və ya brend. İdman dünyasında, maskot kommersiya üçün də istifadə olunur.
Rassel
Rassel — ad. Rassel Kit Rassel Malifant — Rassel Krou — Yeni Zelandiya əsilli Avstraliya və ABŞ kinoaktyoru, rejissor. Kurt Rassel — ABŞ aktyoru. Con Rassel — Vilyam Rassel Sayks — Yeni Zelandiya botaniki. Çarlz Teyz Rassel – katib və baş mühasib.
Rason
Rason (kor. 라선 직할시) — Şimali Koreyada şəhər. Rason şəhəri 1993-2004-cü illər aralığında respublika tabeli şəhər olmuş, 2010-cu ildə isə xüsusi şəhər statusu almışdır. Ölkənin ucqar şimal-şərqində, Yapon dənizi sahilində yerləşən şəhər Çin Xalq Respublikasının Jilin vilayəti və Rusiyanın Primorsk diyarı ilə həmsərhəddir. Şimali Koreya Şimali Koreya coğrafiyası North Korea Uncovered Arxivləşdirilib 2012-01-14 at the Wayback Machine (North Korea Google Earth) Maps out Rason's economic infrastructure, including railways, hotels, tourist destinations, cultural facilities, ports, electricity grid, and electrified perimeter fence on Google Earth.
Elizabet Qaskel
Elizabet Qaskell (ing. Elizabeth Cleghorn Gaskell; 29 sentyabr 1810 — 12 noyabr 1865) — Viktoriya dövrü ingilis roman yazıçısı idi. Əsl soyadı Stivensondur. Mançesterli keşiş Uilyam Qaskel ilə evləndikdən sonra, Mrs. Qaskell olaraq tanınır. Həyat yoldaşının işi sayəsində cəmiyyətin müxtəlif təbəqələrini tanıması və xüsusilə yoxsulluqları görmə şansı qazandı. Romanlarında xüsusilə Mançesterdəki sənaye həyatı və cəmiyyəti təsvir edir. Həmçinin, Şarlotta Brontenin bioqrafiyasını yazmışdır. Çarlz Dikkensın də dəstəklədiyi Qaskelin yazıları jurnallarda nəşr olunurdu. Yaşadığı dövrdə qadın yazıçılara çox nadir rast gəlmək mümkün idi, amma Qaskel ingilis ədəbiyyatında özünə yer əldə edə bilmişdir.
Emi Paskal
Emi Bet Paskal (ing. Amy Beth Pascal) — amerikalı biznesmen və film istehsalçısı. 2006-cı ildən 2015-ci ilə qədər Sony şirkətində işləmişdir. Paskal 2016-cı ildə Pascal Pictures şirkətini qurmuşdur. == Şəxsi həyatı == Paskal keçmiş müxbir Bernard Ueinraub ilə 1997-ci ildə evlənmişdir. Oğulları ilə birlikdə Los-Anceles şəhərinin Brentvud ərazisində yaşayırlar.
Eten Paskal
Etyenn Paskal (ing. Étienne Pascal, 1588 – 1651) — Fransa riyaziyyatçısı Blez Paskalın atasıdır, sonralar onun adı ilə Paskal ilbizi adlanan 4-cü tərtib gözəl bir əyrini tapmışdır.
Etyenn Paskal
Etyenn Paskal (ing. Étienne Pascal, 1588 – 1651) — Fransa riyaziyyatçısı Blez Paskalın atasıdır, sonralar onun adı ilə Paskal ilbizi adlanan 4-cü tərtib gözəl bir əyrini tapmışdır.
Haskel layihələri
Haskel layihələri — Antanta dövlətlərinin "Ermənistan" adlandırılan əraziyə ali komissar təyin etdikləri amerikalı polkovnik V. Haskel tərəfindən 1919 ilin sentyabrında hazırlanmış sənəd. == Haqqında == Həmin sənəddə Amerika Birləşmiş Ştatlarının əlverişli strateji mövqedə yerləşən Naxçıvan bölgəsində möhkəmlənmək planları öz əksini tapmışdı. Layihədə Naxçıvan və Şərur-Dərələyəz qəzalarının əlahiddə bitərəf zona elan edilməsi və bu ərazidə Naxçıvan general-qubernatorluğunun yaradılması nəzərdə tutulurdu. == Xarici keçid == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cildə. I cild.
Kurt Rassel
Kurt Rassel (17 mart 1951)—ABŞ aktyoru. == Həyatı == Kurt Rassel 1951-ci il martın 17-i Spriqfild, Massaçusets ştatında anadan olmuşdur.
Laskou mağarası
Lasko mağarası (fr. Grotte de Lascaux) — Fransada sayına, keyfiyyətinə və saxlanma dərəcəsinə görə ən vacib paleolit abidələrindən biri. Mağaranı "ibtidai icma quruluşunun Sikstin kapellası" da adlandırırlar. Orada olan rəsm və qravyuraların dəqiq yaranma tarixi yoxdur, onun təqribən eramızdan 18-15 əsr əvvəl yarandığını ehtimal edirlər. Əvvəllər onun qədim Madlen mədəniyyətinə aid olduğunu güman edirdilər. Sonradan aparılan tədqiqatlar nəticəsində onun daha erkən Solyutr mədəniyyətinə aid olduğu təsdiq edilmişdir.
Marina Raskova
Marina Mixaylovna Raskova (rus. Мари́на Миха́йловна Раско́ва; 15 (28) mart 1912, Moskva – 4 yanvar 1943, Saratov vilayəti) — Sovet Sosialist Respublikaları İttifaqında peşəkar aeronaviqator diplomunu almış ilk qadın. O, bir çox rekordun müəllifi, eləcə də rekord qıran uçuşların naviqatoru və onun şərəfinə adlandırılan 587-ci borbardmançı aviasiya alayının qurucusu və komandiri olub. Raskova hərbi xidmətdə olan 800 000-dən çox qadından biri idi. O, müharibənin gedişatında üç qadın aviasiya alayı yaratmış, onlardan biri 30 000 döyüş uçuşu keçirmiş və ən azı 30 Sovet İttifaqı Qəhrəmanı yetişdirmişdir. == Erkən həyatı == Marina Malinina orta sinifə məxsus ailədə anadan olmuşdu. Onun atası opera müğənnisi təlimatçısı Mixail Malinin (Михаил Дмитриевич Малинин), anası isə müəllimə idi. Gəmiqayırma ürə mütəxəssis Boris Malinin Raskovanın ögey qardaşı (atası vasitəsilə) idi. Digər qadın pilotların əksəriyyətindən fərqli olaraq Marina aviasiyaya erkən yaşlarından maraq göstərməmişdi. Pilot olmaq onun ikinci seçimi idi.
Paskal Mönye
Paskal Mönye (fr. Pascal Meunier; d.
Paskal Numa
Paskal Olivier Numa (6 yanvar 1972) ― fransalı keçmiş futbolçu. Karyerasına "PSJ"-də başlamışdır.
Paskal Paoli
Filippo Antonio Paskal di Paoli (6 aprel 1725 – 5 fevral 1807, London)—- italyan dövlət xadimi və vətənpərvər. Korsikada Genuyamın hakimiyyətinə son qoymuş və mütərəqqi bir rəhbərlik yaradaraq, müxtəlif islahatlar həyata keçirmişdir. Korsikalıların Genuya qarşı müstəqillik uğrunda mübarizəsinin liderlərindən olan Giacinto Paolinin oğlu idi. 1739-cu ildə atası ilə Neapola sürgünə getmiş və orada hərbi akademiyada oxumuşdur. 1755-ci ildə Korsikaya qayıtdıqdan sonra Genuya tərəfdarlarını məğlub edərək hakimiyyəti ələ aldı. Avropa ölkələrindən daha demokratik bir konstitusiya tətbiq edərək, 9 il ərzində intellektual despotizm olaraq bilinən üsulla ölkəni idarə edərək əhəmiyyətli islahatlar həyata keçirmişdir. Hakimiyyəti dövründə qan ədavətini qadağan etdi, mədənçiliyi təşviq etdi, dəniz donanması və universitet qurdu. Bu vaxt Genuya ilə mübarizəni davam etdirdi və 1764-cü ildə Genuyanın müttəfiqi Fransa krallığına müharibə elan etdi. 1768-ci ildə Korsikanı satın alan Fransa adanı işğal edərək millətçiləri məğlub etdikdə (1769) İngiltərəyə qaçdı və 20 il III Georqdan aylıq götürərək Londonda yaşamışdır. Böyük Fransa inqilabı dövründə briqada generalı vəzifəsini icra edən Paoli 1790-cı ilin iyulunda Korsikaya qayıtdı.
Rassel Krou
Rassel Krou (7 aprel 1964[…], Vellinqton) — Yeni Zelandiya əsilli Avstraliya və ABŞ kinoaktyoru, rejissor. 3 nominasiya üzrə 2001-ci il "Oskar" mükafatı laureatı. Əsas populyarlığı çəkildiyi "Qladiator", "Öz adamı", "Dənizlərin sahibi: Yer üzünün kənarında", "Yumaya gedən qatar", "Ağıl oyunları", "Rədd edilmişlər" və "Nokdaun" kimi filmləri sayəsində qazanmışdır. Rassel Krou 7 aprel 1964-cü ildə Yeni Zelandiyanın Vellinqton şəhərində, Aleks və Cosel Krounun ailəsində anadanolub. Özündən böyük bir qardaşı var – Terri Krou. Rasselin 4 yaşı olanda ailə Sidneyə köçür. 5 yaşında isə Rassel Krou anasının xaç atasının prodüseri olduğu "Spyforce" Avstraliya teleserialında epizodik rola çəkilir. 14 yaşı olanda Rassel Krounun ailəsi yenidən Yeni Zellandiyaya qayıdır və Oklend yaxınlığında məskunlaşır. Ailənin əsas gəliri çox da bahalı olmayan "Uçan səhəng" restoranından çıxırdı. Rassel Krou ailəyə kömək etmək üçün təhsilini yarımçıq qoyur.
Rassel Malifant
Rassel Malifant (18 noyabr 1961 — Ottava, Kanada) Rassel Malifant öz qrupunu 1996-cı ildə təşkil etmiş və bu günə qədər işıq üzrə quruluşçu Maykl Hols ilə yaxından əməkdaşlıq edərək 20-dən çox tamaşanın müəllifi olmuşdur. O, həm də "Lyon Opera Ballet", "George Piper Dances", "Ricochet Dance Company", "The Batsheva Ensemble" və "Nuremberg Ballet" kimi qruplar üçün tamaşalara quruluş vermişdir. "Royal Ballet School" Kral Balet Məktəbində təhsil alan Rassel 16 yaşından oranı tərk edərək karyerasını müstəqil azad rəqsdə davam etdirmək üçün "DV8 Physical Theatre", "Michael Clark & Company", "Laurie Booth" və "Rosemary Butcher" kimi qruplarla işləyir, eyni zamanda bir sıra müxtəlif texnikanı (baletdən tutmuş əlaqəli improvizasiyaya qədər, yoqa, kapoeyra, tay-çi və akrobatika) araşdırır. Rassel anatomiya, fiziologiya, biomexanika və Struktur İnteqrasiya üzrə Rolfinq Metodunu öyrənmiş (bu sahədə o özəl fəaliyyət göstərir), 1994–1995-ci illərdə müəllimlərə iki illik Yoqa təlimində iştirak etmişdir.
Rassel adası
Rassel adası (ing. Russell Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). Rassel adası Uels Şahzadəsi sahillərindəki ən böyük adadır. Ada böyük cənub qonşusunun şimal sahillərində yerləşir və ondan eni 5 km olan Berinq boğazı ilə ayrılır. Adanın şimal sahili Barrou boğazı ilə yuyulur. Şimal qonşuları Kiçik Yanq, Lauter, Qarret adalarıdır, daha şimalda böyük Baterst adası, şimal-şərqdə Qriffit və Kornuallis adaları, şərqdə Somerset adası yerləşir. Adanın sahəsi 940 km²-dir. Sahil xəttinin uzunluğu 214 km-dir. Adanın maksimum uzunluğu 57 km, eni isə 23,5 km-dir.
Rassel dalamazı
Raşmor dağı
Raşmor dağı (ing. Mount Rushmore National Memorial) — ABŞ-nin Cənubi Dakota ştatının Kiston şəhəri yaxınlığında yerləşir. Onun qranitində hündürlüyü 18,6 metr olan barelyef düzəldilib. Barelyefdə ABŞ-nin dörd prezidentinin: Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Avraam Linkoln təsvir edilib. Amerikanın avropallar tərəfindən məskunlaşdırılmasına qədər dağ yerli hinduların dilində "altı baba" (ing. Six Grandfathers) adlanırdı. Ancaq 1935-ci ildə daş 1885-ci ildə bura ekspedisiya təşkil etmiş biznesmen Çarlz Raşmorun adı ilə adlandırılıb. O barelyefin hazırlanmasına o dövr üçün ən böyük məbləğ — $5000 ayırmışdı. Fiqurun hazırlanmasına 14 il, 1927-dən 1941-ci ilədək vaxt sərf edilib. Onun inşasında 400 fəhlə çalışırdı.
Ryaşkov adası
Ryaşkov adası (rus. Ряшков) — Ağ dənizə daxil olan Kandalaşski körfəzində yerləşən ada. İnzibati cəhətdən Murmansk vilayəti, Kandalakşski rayonu ərazisində yerləşir. Adanın 3,89 km² təşkil edir. Kandalaşski körfəzində, Kandalakşa şəhərindən 12 km, sahildən isə cəmi 800 m aralıda yerləşir. Ada 3.3 km uzunluğa və 1,5 km enə malikdir. İki yüksəkliyə sahibdir ki, cənubdakı 73,5 metr, şimaldakı isə ondan bir qədər alçaqdır. Sahilləri düz və daşlıdır. Mərkəsi hissəsində 0,5 ha əraziyə sahib göl vardır. Gölü körfəzlə kiçik bir axar birləşdirir.
Başköy (Amasiya)
Başköy — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km cənub-şərqdə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «böyük, əsas, yuxarı» mənasında işlənən baş sözü ilə, türk dilində «kənd» mənasında işlənən köy sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranmışdır. Quruluşca mürəkkəb toponimdir. XX əsrin 20-cı illərində kəndin adı erməni dilinə kalka edilərək Başqyuğ (Başkənd) qoyulmuşdur. == Əhalisi == Kənddə 1830 - cu ilə kimi qarapapaqlar yaşamışdır. 1830 - cu ildə buraya Türkiyənin Muş vilayətindən ermənilər köçürülüb yerləşdirilmiş və kəndin əsas sakinləri-azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
Rassel bozaqgülü
Rassel bozaqgülü (lat. Phlomis russeliana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinə aid bitki növü.
Rassel Kit
Rassel Kit (ing. Russell Keat; 24 yanvar 1946) — Britaniya siyasi nəzəriyyəçisi və təqaüdçü akademiki. O, 1994-cü ildən 2006-cı ildə təqaüdə çıxana qədər Edinburq Universitetində siyasi nəzəriyyə üzrə professor olmuşdur. Rassel Kit Oksford Universitetində təhsil almış, burada bakalavr dərəcəsini bitirmiş və sonra fəlsəfə üzrə aspiranturanı tamamlamışdır. O, 1970-ci ildə Lankaster Universitetində mühazirə oxumağa başlamış və 24 ili orada keçirmiş, 1994-cü ildə Siyasi nəzəriyyə kafedrasına işləmək üçün Edinburq Universitetinə köçmüşdür. 2006-cı ildə təqaüdə çıxmış və o vaxtdan bəri Edinburq Universitetində fəxri professordur. Departament profilinə görə, Kitin tədqiqat sahəsi "bazar sərhədləri, istehlak suverenliyi, mədəni məhsullar və kapitalizm növləri ilə bağlı məsələlər də daxil olmaqla, bazar institutlarının etik xarakteri və təsiri ilə əlaqədardır". Social Theory as Science (Routledge, 1975; 2nd. ed 1982; 3rd ed., 2012). The Politics of Social Theory (University of Chicago Press, 1981).