XIRDAYARPAQ

I
прил. мелколистный, мелколистый, мелколиственный (с мелкими листьями). Xırdayarpaq ağaclar мелколиственные деревья, xırdayarpaq kol мелколиственный куст
XIRDAVATÇILIQ
XIRDAYARPAQLI
OBASTAN VİKİ
Xırdayarpaq ağcaqayın
Xırdayarpaq ağcaqayın (lat. Acer pictum subsp. mono) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinin acer pictum növünə aid bitki yarımnövü. Yaponiya, Koreya, Çin, Monqoliyada bitir. Hündürlüyü 20–25 m-ə çatan, piramidal — şaxələnmiş çətirli, yarpağı tökülən ağacdır. Qabığı hamar, sonradan isə sarı-boz olur. Yarpaqları beş və ya yeddi pərli, eni 8–15 sm, hər tərəfdən yaşıl, zəif və ya mərkəzinədək kəsik, kənarları hamar, alt tərəfi tükcüksüz və ya əsas borucuqlarda yumşaq tükcüklüdür. Pərləri üçkünc, bərabər, ucu bizdir. Saplaqları uzundur. Payızda sarı, qırmızı rəng alır.
Xırdayarpaq dovşanalması
Xırdayarpaq dovşanalması (lat. Cotoneaster microphyllus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Himalayda yayılmışdır. Hündürlüyü 50-100 sm-dək, diametri 3 m-dək olan həmişəyaşıl yarımkoldur. Zoğları tükcüklüdür. Yarpaqların uzunluğu 0,6-0,8 sm, yumurtavaridən əks-yumurtavariyədək, ensiz bünövrəli, ucu yumru və ya oyuqlu, möhkəm, dərili, üstü parlaq, sıx yaşıl, alt tərəfi ağımtıl və ya bozumtuldur. May-iyunda çiçəkləyir. Çiçəklərin diametri 0,8 sm, ağ, əsasən tək, bəzən 2-4 ədəd qalxanvari dəstələrə yığılmışdır. Meyvələri sentyabrda yetişir, diametri 0,6 sm, şarşəkillidir. -290C-dək şaxtaya davamlıdır.
Xırdayarpaq murdarça
Xırdayarpaq mürgəkotu
Epipactis microphylla (lat. Epipactis microphylla) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin mürgəkotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Çoxillik ot bitkisidir.Kökümsovları kiçikdir. Gövdənin hündürlüyü 15-40 sm-dir. Yarpaqları lansetşəkilli, xırdadır, uzunluğu 1,5 - 3,5 sm, eni 1 sm-ə qədərdir. Çiçək qrupu oxu salxım şəklindədir, uzunluğu 3-12 sm-ə qədər çatır. Çiçəkləri xırdadır, zəif qərənfil ətirlidir. Çiçəkyanlığının ləçəkləri itidir, uzunluğu 5-6 mm, yaşılımtıl, qırmızı, bənövşəyi-kölgəli, içəri hissədə ağımtıl-yaşılımtıldır. Çiçək dodaqlarının kənarları ağımtıl, arxa hissəsi dərinləşmiş, ön hissəsi ürəkşəkilli-yumurtşəkilli, ziyillidir.
Xırdayarpaq qarağac
Xırdayarpaq qarağac (lat. Ulmus parvifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. Şimali və Cənubi Cində, Yapоniyada və Kоrеyada təbii halda yayılmışdır. Hündürlüyü 10-12 m, nazik, sallaq budaqlı, dağınıq çətirli ağacdır. Yarpaqları iti və ya küt uclu, еllipsvari, 2-5 sm uzunluğunda, üstü hamar və parlaqdır. Alt səthi azca qabarıqdır, kənarı dişlidir. Yarpaq saplağı 2-6 mm uzunluğundadır. Qanadcığı dairəvi, еllipsvaridir, 1 sm uzunluğundadır. Çiçəkləri sarımtıl rəngdə оlub, salхım çiçək qrupunda tоplanır. Mart ayının aхırında çiçəkləyir, tохumları aprеldə yеtişir.
Xırdayarpaq xostək
Xırdayarpaq xostək (lat. Caragana microphylla) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü. Aspalathus microphyllus (Lam.) Kuntze Robinia microphylla (Lam.) Pall.
Xırdayarpaq yemişan
Xırdayarpaq yemişan (lat. Crataegus microphylla) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Təbiətdə növün arealı Krım, Qafqaz, Kiçik Asiya və İranı əhatə edir. Hündürlüyü 1-1,5 m-dək olan kiçik ağacdır. Budaqları açıq boz, kiçik budaqları al qırmızı qonurdur, zoğları nazik, əsasən çılpaq və ya ancaq cavan budaqlarda tükcüklüdür. İynələri çox vaxt çoxsaylı, uzunluğu 5-12 mm, nazikdir. Yarpaqları nazik, uzunluğu 1,2-3 sm, eni 1-2,8 sm (uzunluğu 5,5 sm-dək və eni 3,5 sm), uzunsov-yumurtavari, bəzən enli-yumurtavari, 5-7 yerə bölümlü və ya dərin pərli, hissələri yumurtavari, küt, bəzən ucu biz, bünövrədən dişlidir. Çiçək qrupu sadə, çətirvari, 4-10 çiçəkli, çiçək saplağı çılpaq, uzunluğu 2-3.5 sm-dir. Çiçəklərin diametri 13-16 mm, ağ ləçəkli, kasayarpaqları uzun ucu-biz, meyvə yumurtalığı bəzən tüklüdür; erkəkcikləri 20; sütuncuğu 1, düzdür. Meyvələri uzunsov-ellipsvari, yumurtavari və armudvari, bəzən təxminən şarşəkilli, uzunluğu 9-12 mm, al qırmızıdır.
Xırdayarpaq çərən
Xırdayarpaq çərən İranda və Orta Asiyada yayılmış,Terek və Kumey çayları arasından təsvir edilmişdir. Hündürlüyü 20-90 sm olan çoxbudaqlı kolcuqdur,cavan zoğları rənglidir.Yarpaqları xırda və ətli olub,saplağa tərəf qısa,ensizləşəndir.Çiçəkləri ikicinsli,şarvarı,uzunsov-yumurtavarı,qaidədən bir biri ilə bitişikdir.Çiçəkyanlığı yaşıldır,əksər hallarda ətlidir,sərbəst və ya yarıya qədər bitişmişdir.Erkekciyi 5-dir.Dişiciyi 2-5 ağızcıqlı,çiçəkaltlıqları içində topa şəklində 2-6 (20) ədəd olur.May ayında çiçəkləyir,oktyabrda meyvə verir.Toxumları 0,75-1,25 mm uzunluğunda,ovalşəkilli hamar,qara,parlaqdır. İstiyə və duzadavamlı bitkidir.Şoranlaşmış torpaqlarda bitir. Abşeron,Kür-Araz ovalığı və onun şərq hissəsində Salyan,Muğan çölündə,Cənub-şərqi Şirvanda,Naxçıvan düzənliyində yayılmışdır.Xırdayarpaq çətənə cəngəlliklərdə rast gəlmək olar.Müstəqil qruplaşmalar əmələ gətirir və şoran səhra və yarımsəhralarda bitir. Potaş hazırlanmasında istifadə olunur.Tərkibində alkaloidlər vardır. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Xırdayarpaq şümşad
Xırdayarpaq şümşad Yaponiyada təbii halda bitir. Hündürlüyü 6-8 m olan yığcam çətirli koldur.Cavan zoğları çılpaqdır və dördtillidir.Yarpaqları 0,5-2 sm uzunluğunda,0,3-1,2 sm enində,tərs yumurtavari və ya neştərşəkillidir,dəyirmi və ya oyuq təpəli olub,qaidəsi pazvaridir.Oturaq çiçəklərdən ibarət çiçək qrupu budaqların ucunda yerləşmışdir.Erkək çiçəklərinin uzunluğu dişi çiçəklərin uzunluğuna bərabərdir.Kolun bölünməsi və qələm vasitəsilə çoxaldılır. Quru və yarımrütubətli subtropik rayonlarda normal böyüyüb inkişaf edir. Zaqatalada,Şəkidə,Gəncədə park və bağlarda rast gəlinir. Canlı çəpər yaradılmasında,bordür salınmasında istifadə edilir. Tofiq Məmmədov (botanik), "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Xırdayarpaq mürdəşər
Xırdayarpaq mürdəşər (lat. Frangula microphylla) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. Qafqazda yayılıb. Budaqları pırpızlaşmış, alçaq boylu yerə yatan koldur. Cavan budaqlarının qabığı tünd qəhvəyi rəngdədir. Yarpaqları topa halında yerləşərək oturan, oval və ya ellipsvari, uc tərəfdən sivrilənmiş olur. Qaidə tərəfdən dəyirmi və ya enli pazvaridir, üstdən tünd yaşıl, altdan qızılı sarı, parlaqdır. Çiçəkləri xirda, ensiz zəngvari, yarpaq qoltuğunda 2-3-ü birgə yerləşir. Meyvəsi tünd qonurdur. May-iyun aylarında çiçəkləyir, meyvəsi avqust ayinda yetişir.

Значение слова в других словарях