XƏMR

Quranda qeyd edilən şərab növüdür. Tərkibində alkol olan sərxoşedici maddədir. Müsəlman fəqihlərinin əksəriyyətinə görə içkilərin içilməsi və ya daxilə qəbul edilməsi müsəlmanlar üçün qadağandır. Bu ayədə sözü keçən “xəmr” sözünü müsəlman alimləri bütün spirtli içkilərə aid edirlər. Spirtli içkilərin içilməsi Əhdi-Ətiq (Lev, 10: 8) və Əhdi-Cədiddə (Matta, 26: 29) bəyənilməmiş, ancaq qadağan da olunmamışdır. Məhəmməd peyğəmbərin həyatının Məkkə dövründə sərxoşedici içkilərin içilməsi qadağan edilməsə də, sonrakı dövrlərdə spirtli içkilərin istifadəsi müsəlmanlara haram qılınmışdır. Bir ayədə deyilir ki, içkidə müəyyən qədər xeyir vardır, ancaq onun zərəri xeyrindən çoxdur (Quran, 2: 219). Daha birində isə namaza sərxoş halda yaxınlaşmamaq əmri edilmişdir (Quran, 4: 43). Fiqhdə insanı az olsa belə normal durumdan çıxardan hər bir maddə sərxoşedici hesab edilir. Beləliklə, İslamda insanı sərxoş edən təkcə spirtli içkilər deyil, həm narkotiklər, eləcə də başqa bu qəbildən olan maddələr yasaqlanmışdır. Spirtli içkilərin (sərxoşedici maddələrin) ticarəti də müsəlman üçün haramdır.
XƏLVƏTİLƏR
XƏNDƏK
OBASTAN VİKİ
Qatı xəmrə
Qatı xəmrə – nəmliyi 48-50%, son turşuluğu: kəpəkli çovdar unundan hazırlandıqda 13-180N, kəpəksiz çovdar unundan hazırlandıqda isə 11-140N, “kürəciyin suyun üzünə çıxmasına” görə qaldırma qüvvəsi 18-25 dəq. olan qatı konsistensiyalı yarımfabrikatdır (fazadır).. Qatı xəmrə əvvəlcə becərmə dövründə, sonra istehsalat dövründə hazırlanır. Becərmə dövründə qatı xəmrə yalnız bir dəfə hazırlanır, sonrakı istehsalat dövründə isə təkrar istehsal olunaraq təzələndirilir və bu yolla fəal vəziyyətdə saxlanılır. Becərmə dövründə qatı xəmrə üç fazada hazırlanır: I fazada – mayalı xəmrə, II fazada – aralıq xəmrə, III fazada – əsas xəmrə. I fazanın xəmrəsi üç variantda hazırlanır. Birinci variantda mayaların və süd turşulu bakteriyaların təmiz kulturalarından, ikinci variantda quru laktobakterindən, üçüncü variantda isə əvvəl hazırlanmış istehsalat xəmrəsindən (yetişdirilmiş xəmrədən) və preslənmiş mayalardan istifadə edilir. I fazanın xəmrəsini hazırlamaq üçün mayaların və süd turşulu bakteriyaların təmiz kulturaları, yaxud əvvəl hazırlanmış istehsalat xəmrəsi və preslənmiş mayalar müəyyən miqdarda su və un ilə yoğrulur, qıcqırmağa qoyulur. Müəyyən qıcqırma müddətindən sonra I fazanın xəmrəsinə su və un əlavə edilərək yoğrulur, qıcqırmağa qoyulur və II fazanın xəmrəsi alınır. Müəyyən qıcqırma müddətindən sonra II fazanın xəmrəsinə su və un əlavə edilərək yoğrulur, qıcqırmağa qoyulur və III fazanın xəmrəsi alınır.
Xəmriyyə
Xəmriyyə (ərəb. خمريات‎, fars. خمریه‎ — şərab poeziyası) - ərəbdilli və farsdilli ədəbiyyatda İslamın qadağan etdiyi şərabı mədh edən ədəbi hərəkatdır. Esat Ayyıldız, "Ebû Nuvâs’ın Şarap (Hamriyyât) Şiirleri". Bozok Üniversitesi İlahiyat Fakültesi Dergisi 18/18 (Aralık 2020): 147-173.
Xəmrə
Xəmrə - buğda unu, maya və sudan hazırlanan, müəyyən hissəsi xəmirin yoğrulmasına, qalan hissəsi isə xəmrənin özünün təzələnməsinə (yenidən istehsalına) sərf olunan yarımfabrikatdır. Qatılığına görə xəmrə üç cür olur: qatı xəmrə, çox qatı xəmrə və maye xəmrə. Bütün xəmrələr əvvəlcə becərmə dövründə, sonra isə istehsalat dövründə hazırlanır. Çovdar unundan, çovdar və buğda unları qarışığından çörək istehsalı zamanı xəmir çox qatı xəmrə ilə; dəm tətbiq et-məklə maye xəmrə ilə; dəm tətbiq etmədən maye xəmrə ilə; qa-tılaşdırılmış mayasız süd turşulu xəmrə ilə hazırlanır. Xəmrələr tam becərmə dövrü üzrə hər bir müəssisədə müəyyənləşdirilmiş qrafik üzrə ildə 1÷2 dəfə, yaxud qaldırma qüvvəsi pisləşdikdə, turşuluğun toplanması kifayət etmədikdə, dadı və qoxusu pisləşdikdə, məcburi boş dayanmalar nəticəsində, yaxud müəyyənləşdirilmiş texnoloji rejimin pozulması zamanı digər qüsurlar meydana çıxdıqda yenidən hazırlanır .

Значение слова в других словарях