XƏRQ

ə. yarıq, deşik, dəlik.

XƏRİYYƏT
XƏRMƏN
OBASTAN VİKİ
Seyid Əsədulla Xərqani
Seyid Əsədulla Xərqani (d. 1838 - ö. ?) — müctəhid. Seyid Əsədulla Mir Səlami 1838-ci ildə Qəzvinin Şiznəd kəndində anadan olmuşdu. Əslən Xərqanın Mir Səlami seyidlərindəndir. Musəvi kökənlidir. Atası Seyid Zeynalabdin ibn Seyid İsmayıl bin Seyid Həsənxandır.Babaları Qəzvinə Marağa şəhərindən köçmüşdülər. Marağalı Mir Səlam bu silsilənin kökündə dayanır.Mir Səlam Səfəvi sultanlarının yaxını idi. Seyid Əsədulla Xərqani 15 yaşında Qəzvinə gələrək dini təhsilə yiyələnmişdi. 1858-ci ildən 1860-cı ilədək Tehran şəhərində mədrəsədə ali təhsil almışdı.Mirzə Əbülhəsən Cilvənin şagirdlərindən idi.
Şeyx Əbülhəsən Xərqani
Şeyx Əbülhəsən Xərqani (963–1033)— sufi şair, arif. Bu görkəmli arif 351 ya 352-ci hicri ilində Qəleno kəndində anadan olub və 425-ci hicri ilində 73 yaşında anadan olduğu kənddə əbədiyyətə qovuşub. Şeyx Əbülhəsən Xərqaninin tanınmış şagirdlərindən olan Xacə Abdullah Ənsari 5-ci hicri əsrinin tanınmış ariflərindən olub. Maraqlı bir dastanda deyilir ki, Xərəqan vilayətində Şeyx Əbülhəsən Xərəqani adlı arif yaşayarmış. Onun şöhrəti yaxın və uzaq ətrafa yayılıbmış. Bir gün həqiqət axtarışında olan bir şəxs nəsihət almaq üçün şeyxin görüşünə gəlir. Şeyxin arvadı qapıya çıxıb yolçunun istəyini soruşur. Öz ziyarət qəsdini açıqlayan şəxs qadının təhqirlərinə mə᾽ruz qalır. Qadın hətta öz əri haqqında nalayiq sözlər işlədir. Yolçunun əl çəkmədiyini görüb şeyxin səhraya çır-çırpı yığmağa getdiyini deyir.