Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zəhra
Zəhra — ad. Zəhra Şahtaxtinskaya — Azərbaycan zooloq, helmintoloqu. Biologiya elmləri doktoru (1953), professor (1954). Zəhra Qazıyeva — həkim-terapevt, Azərbaycanın Əməkdar həkimi (1960), Sosialist Əməyi Qəhrəmanı (1969). Zəhra Kərimova — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ictimai təminat komissarı. Zəhra Salayeva — məşhur Azərbaycan nevropatoloqu, tibb elmləri doktoru (1963) Zəhra Qürbət — azərbaycanlı rejissor. Zəhra Cəfərova — alim, musiqiçi, professor, Əməkdar incəsənət xadimi Zəhra Bədəlbəyli — azərbaycanlı aktrisa, şairə və pianoçu.
Behişti-Zəhra
Behişti-Zəhra (fars. بهشت زهرا‎ — behešt-e zahrâ) — Dünyanın və İranın ən böyük qəbiristanlıqlarından biri. == Tarixi == Tehranın sürətlə böyüməsi və şəhər rəhbərliyinin məscidlərdə dəfn praktikasını yığışdırmaq, bunu vahid bir yerdə cəmləmək istəyi yeni qəbiristanlığın açılmağına səbəb olur. Tehrandan 6 km cənubda yerləşən qəbiristanlıq 25 iyul 1970-ci ildə açılır. Qəbiristanlıq İmam Əlinin həyat yoldaşı Fatimeyi-Zəhranın şərəfinə ”Behişti-Zəhra” adlandırılıb. Burada İran-İraq müharibəsinin şəhidləri və o cümlədən bir çox dini və siyasi liderlərin məzarları yerləşir. Qəbiristanlığın 1979-cu il inqilabı tarixində xüsusi yeri var. İnqilabın banisi ayətullah Xomeyni 1979-cu ildə İrana qayıdanda kütlə qarşısında ilk çıxışını şah rejiminə qarşı mübarizədə həlak olmuş şəxslərin şərəfinə məhz bu qəbiristanlıqda edib. == Ümumi məlumatlar == Qəbiristanlığın ümumi ərazisi 534 hektardır. Burada 1.600.000 insan dəfn olunub.
Fatimeyi Zəhra
Fatimə (ərəb. فاطمة ‎) və ya Fatimeyi-Zəhra (ərəb. فاطمة الزهراء‎) (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; ən tezi 604 və ən geci 604, Məkkə, Hicaz – 14 dekabr 632, Mədinə, Hicaz, Səudiyyə Ərəbistanı) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri. Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö.
Zəhra (Germi)
Zəhra (fars. زهر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 161 nəfər yaşayır (40 ailə).
Zəhra Abbasova
Zəhra Fərhad qızı Abbasova — Alim, tibb elmləri doktoru, professor, Respublika Kliniki Xəstəxananın şöbə müdiri, çoxsaylı elmi məqalənin və səmərələşdirici təklifin müəllifi. == Həyatı və elmi fəaliyyəti == 1959-cu ildə Bakıda anadan olmuşdur. Əslən Qazax rayonundandır. 1966-1976-cı ildə Bakıdakı 23 saylı orta məktəbi qızıl medalla bitirmişdir. Həmin il Azərbaycan Dövlət Tibb İnstitutu nun müalicə-profilaktika fakültəsinə daxil olub, 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə Ftiziatriya İnstitutunda başlamışdır. 1990-cı ilə qədər orada işləmişdir. 1990-cı ildən Respublika Kliniki Xəstəxanasında mama-ginekoloq işləmiş, hazırda orada şöbə müdiridir. 1995-ci ildə namizədlik, 2002-ci ildə isə Moskvada doktorluq dissertasiyası müdafiə etmişdir. Tibb elmləri doktoru, professordur.
Zəhra Bədəlbəyli
Zəhra Bədəlbəyli (28 aprel 1983, Bakı) — azərbaycanlı aktrisa, şairə və pianoçu. == Həyatı == Zəhra Bədəlbəyli 1983-cü il aprelin 28-də Bakı şəhərində anadan olub. 1988-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almağa başlayır. Elə məktəb illərində ilk şeirini yazır. 1994–2000-ci illərdə "Səyyah" caz-folklor ansamblının vokal qrupunda iştirak edir, konsert və səfərlərə qoşulur. O, 2000-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olur və 2004-cü ildə Akademiyanı fortepiano ixtisası üzrə bakalavr, 2006-cı ildə fortepiano, musiqişünaslıq ixtisasları üzrə magistr dərəcələrində qırmızı diplomla bitirir. 2005-ci ildə Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatının sədr müavini, 2006–2009-cu illərdə sədri vəzifəsini icra edir. 2005-ci ildə "Один день эпохи равнодушия" ("Laqeydliyik dövrünün bir günü") adlı ilk qısametrajlı filmdə çəkilir. Zəhra Bədəlbəyli 2005–2009-cu illərdə fortepiano solo ifaçı və müşayiətçi kimi çalışır. Paralel olaraq o, 2006–2009 illərdə Bakı Musiqi Akademiyasında konsertmeyster, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci, Studiya məktəbində müəllim vəzifələrində çalışır.
Zəhra Cuya
Zöhrə Cuya(fars. زهره جویا‎)—İran müğənnisi. == Həyatı == Zöhrə Cuya İranın Xorasan ostanının Məşhəd şəhərində anadan olub. Atası əslən Əfqanıstanın Herat şəhərindəndir. Anası isə İranlıdır. Ulu babaları Azərbaycan türklərindəndir. Azərbaycanca "Ay işığında", "Dağları duman alanda" mahnılarını oxuyur.
Zəhra Cəfərova
Zəhra Hüseyn qızı Cəfərova (1924, Bakı – 2005, Bakı) — alim, musiqiçi, professor, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Konservatoriyasının orqan sinfinin təsisçisi və rəhbəri. Azərbaycanda ilk orqan musiqisi Zəhra Cəfərovanın adı ilə bağlıdır. == Həyatı və elmi fəaliyyəti == Zəhra Cəfərova 1924-cü ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax qəzasının Dağkəsəmən (həmin kənd indiki Ağstafa rayonundadır) kəndindəndir. 1947-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında, 1951-ci ildən isə Leninqrad (indiki Sankt-Peterburq şəhəri) konservatoriyasında orqan ifaçısı ixtisası üzrə təhsil almışdır. Oxumaqla yanaşı, geniş konsert fəaliyyəti ilə də məşğul olmuşdur. Azərbaycanda ilk orqan musiqisi Zəhra Cəfərovanın adı ilə bağlıdır. Uzun illər ərzində konservatoriyanın böyük zalında özünün ifaçılığını dinləyicilərə nümayiş etdirmişdir. Musiqiçi Zəhra Cəfərova 1961–1991-ci illər ərzində Azərbaycan Dövlət Konservatoriyasında əsasını qoyduğu orqan sinfinə rəhbərlik etmiş, yüzə qədər orqan ifaçısı yetişdirmişdir. Bu xidmətlərinə görə ona professor adı verilmişdir.
Zəhra Kərimova
Zəhra Adığözəl qızı Kərimova (1909, Eyvazlı, Zəngəzur qəzası – 1990, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ictimai təminat komissarı və naziri (1941–1952), Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri (1952–1954), Azərbaycan Kommunist Partiyası Kirov Rayon Komitəsinin birinci katibi. == Həyatı == Zəhra Adıgözəl qızı Kərimova 1909-cu ildə Zəngəzur qəzasının (hazırda Qubadlı rayonunun) Eyvazlı kəndində anadan olub. 1918-ci ildə erməni daşnaklarının azğınlığı nəticəsində Ağdama köçürlər. Əmək fəaliyyətinə 1920-ci ildə corab artelində başlayır. Gündüzlər işləyib, gecələr oxuyur. Komsomola keçir və 1928-ci ildə Bakıya partiya məktəbində oxumağa gəlir. 1930-cu ildə partiyaya keçir və rayonlara işləməyə göndərilir. Masallı RPŞ-də təşviqatçı, Gəncə RPŞ-də partiya kadrlar şöbəsinin müdiri, 1934-cü ildə Ağcabədi MTS siyasi şöbəsinin müavini işləmişdir.Zəhra Kərimova 1938-ci ildə Azərbaycan Kommunist Partiyası Kirov Rayon Komitəsinin birinci katibi seçilir, 1939–1940-cı illərdə Moskva Ali Partiya Məktəbində oxuyaraq XVIII qurultaya nümayəndə olur. 1942-ci ilin yanvar ayında Azərbaycan SSR xalq ictimai təminat komissarı təyin olunur. 10 ildən artıq nazir olduqdan sonra 1952-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri sədri seçilir.
Zəhra Nemati
Zəhra Nemati (30 aprel 1985, Kirman, İran) — İranlı oxatan. Zəhra Nemati İranı 2012-ci ildə Paralimpiya Oyunlarında təmsil etdi və biri qızıl, digəri gümüş medal olmaqla iki medal qazandı. O, həmdə İranı 2016-cı ildə Olimpiya Oyunları və Paralimpiya Oyunlarında təmsil etdi. Olimpiya Oyunlarında uğursuz çıxış etsə də, Paralimpiya Oyunlarında iki qızıl və bir gümüş medal qazandı. O, həmçinin 2016-cı ilin Olimpiya Oyunlarının açılış mərasimində İran bayrağını apardı.
Zəhra Qazıyeva
Qazıyeva Zəhra Kərim qızı (2 may 1912, Naxçıvan – 1989, Bakı) — həkim-terapevt, Azərbaycanın Əməkdar həkimi (1960), Sosialist Əməyi Qəhrəmanı (1969). == Həyatı == Zəhra Kərim qızı 1912-ci ildə Naxçıvan şəhərində dünyaya gəlmişdir. 1942-ci ildə ADTİ-ni (hazırkı AZTU-nu) tamamlamışdı. Bərdə rayonunun Kolayır kənd sovetinin Otuzikilər kəndinin tibb məntəqəsində həkim işləmişdir. 1959-cu ildə isə həmin sovetliyin Kolayır kənd xəstəxanasının baş həkimi olmuşdur. 30 illik həkimlik falıyyəti ərxzində Zəhra xanımın təklifi ilə artezian quyuları təşkil edilmiş, yaylaqlarda istirahət məntəqələri açəlmış, yeni xəstəxana tikilmişdir. O, SSRİ Ali Sovetinin (6-cı çağırış) deputatı olmuş, nümunəvi əmək fəliyyətinə görə 1969-cu ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. İstedadlı təşkilatçı-həkim Zəhra xanım iki dəfə Lenin ordeni ilə təltif olunmuşdur. Respublikanın əməkdar həkimi (1960), Sosialist Əməyi Qəhrəmanı Zəhra Kərim qızı Qaziyeva 1989-cu ildə vəfat etmişdir.
Zəhra Quliyeva
Zəhra Quliyeva — Əməkdar elm xadimi, Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri (1998–2005). Zəhra Quliyeva — skripkaçı, konsertmeyster, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2008). Zəhra Quliyeva — 2017-ci il 4 iyulda Ermənistan Silahlı Qüvvələrinin minaatan və qumbaratanları tərəfindən açılan atəş nəticəsində ölən 14 aylıq körpə.
Fatimə əz-Zəhra
Fatimə (ərəb. فاطمة ‎) və ya Fatimeyi-Zəhra (ərəb. فاطمة الزهراء‎) (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; ən tezi 604 və ən geci 604, Məkkə, Hicaz – 14 dekabr 632, Mədinə, Hicaz, Səudiyyə Ərəbistanı) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri. Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö.
Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi (kitab)
Həzrəti-Zəhra məscidi
Həzrəti-Zəhra Məscidi – Naxçıvan şəhərinin Sarvanlar məhəlləsində ibadətgah və memarlıq ibadəsi. Xalq arasında "Heydər Məscidi" kimi tanınır. Məscidin heyətində qoyulmuş xatirə qraniti üzərindəki kitabədə onun tikilmə tarixi belə qeyd olunmuşdur: "Heydər Məscidi" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyərkən (1991-1993) möhtərəm Heydər Əliyevlə İran İslam Respublikasının "Bonyade Mostezəfan və Canbazane Enqelabe Eslami" fondunun prezidenti ağayı Mohsen Rəfiq Dust arasında 24 avqust 1992 il tarixdə Tehran şəhərində imzalanmış protokola əsasən Ayətulla Xamenei hyəzrətlərinin və Zati-aliləri Heydər Əliyevin himayəsi ilə tikilmişdir. Ümumi sah. – 6000 m²-dir. Məscidin böyük ibadət salonu (3300 m²) günbəzlə örtülmüşdür; hücrələri var. Bu möhtəşəm abidənin layihəsində Şərq Memarlıq ənənələrindən istifadə edilmişdir. Məscid binasının tikintisi, xaricə açılan dərin həcmli baştağ eyvanları, oyma bəzəkləri, şəbəkələri, xüsusilə minbərdə aparılmış bəzək işləri, həmçinin ümumi quruluşu memarlıq həllinə görə diqqəti cəlb edir. Bu müqəddəs ocaqda eyni vaxtda min nəfər dini ayinləri yerinə yetirə bilər. Burada müqəddəs Qurani-Kərim öyrədilir, islami dəyərlər təbliğ edilir.
Seyidlər-i Zəhra (Germi)
Seyidlər-i Zəhra (fars. سيدلرزهر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 89 nəfər yaşayır (20 ailə).
Xanım Fatimeyi-Zəhra məscidi
Xanım Fatimeyi-Zəhra məscidi və ya Fatimeyi-Zəhra məscidi — Azərbaycanın paytaxtı Bakı şəhərinin Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivində məscid. == Tarixi == Bakı Şəhər İcra Hakimiyyətinin 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncamı ilə Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində “Fatimeyi Zəhra” məscidi dindarlarının dini icmasına 1,3 ha torpaq sahəsi ayrılaraq məscid-mədrəsə komleksinin tikintisinə icazə verilib.Həmin ərazi məscidin daimi istifadəsinə verildiyindən hasara alınıb və məscid inşa edilməyə başlanıb. Məscidin tikintisinə 1990-cı illərin sonunda başlanmışdır.Sonradan məscidin tam olaraq tikintisinə imkan verilməyib. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 31 oktyabr 2002-ci il tarixli sərəncamı ilə əvvəlki - 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncam etibarsız hesab edilib.Bundan sonra məscidi qeyri-legitim hesab edən Suraxanı Rayon İcra Hakimiyyəti məscidi qarşı məhkəməyə verərək, məhkəmədən torpağın qaytarılmasını, məscidin sökülməsini xahiş edib.Dini icma qarşılıqlı iddia qaldıraraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının 31 oktyabr 2002-ci il tarixli sərəncamının ləğv edilməsini və qanunazidd hərəkətlərin dayandırılmasını xahiş edib.Həmin dövrdə dindarların hüquqlarını vəkil Aslan İsmayılov müdafiə edib. Cəmiyyətin təbəqələrinin sərt təpkisinə baxmayaraq 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi, Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə torpaq sahəsinin geri alınaraq məscidin sökülməsinə qərar verib.2009-cu ildə məscidin qanunsuz tikili kimi sökülməsinə dair məhkəmə qərar çıxarsa da, 2010-cu ildə prezident İlham Əliyev məscidi Qafqaz Müsəlmanları İdarəsinin balansına verərək, sökülmə qərarını ləğv etmişdir.Məhkəmə qərarları Ali Məhkəmənin Plenumunda ləğv edilib, Bakı Apelyasiya Məhkəməsində 29.12.2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 613 saylı 31 oktyabr 2002-ci il tarixli sərəncamı etibarsız hesab olunub, Suraxanı rayon İcra Hakimiyyətinin iddiası təmin edilməyib, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi mərkəzi massivində yerləşən 1,3 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş məscid komleksi Qafqaz Müsəlmanlar İdarəsinin balansına verilib.Qətnamə qanuni qüvvəsini alıb və məscid natamam vəziyyətdədir. Buna baxmarayaq məscid fəaliyyət göstərir və orada ibadətlər edilir.Fevral 2017-ci ildə “Fatimeyi-Zəhra” məscidinin söküləcəyi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumatlar yayılıb. Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Əliheydər Zülfüqarov məscidlə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirib ki, məscid 25 sot ərazisi ilə birgə yerli bələdiyyə tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin tam istifadəsinə veriləcək.Sözügedən məsələ ilə bağlı açıqlama verən azərbaycanlı tanınmış vəkil Cavad Cavadov bildirib ki, "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Konstitusiyasını pozur". Bu ərəfədə məscidin imam-cüməsi, ilahiyyatçı alim Hacı Ramil Bədəlov məscidin ərazisilə bağlı geniş çıxış edərək bildirib ki, məscidin 25 sot yox, 130 sot ərazisi var". Daha sonra hadisəyə Məşədi Dadaş məscidinin imam-cüməsi, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli də münasibət bildirib. QMİ-nin mətbuat xidmətindən isə bildirilib ki, "Yeni Günəşli qəsəbəsindəki “Fatimeyi Zəhra” məscidi ilə bağlı yaranmış məsələ məscidin xeyrinə həll olunub.
Xanım Fatimeyi-Zəhra məscidi (Yasamal)
Xanım Fatimeyi-Zəhra məscidi və ya Fatimeyi-Zəhra məscidi — Azərbaycanın paytaxtı Bakı şəhərinin Yasamal rayonu sahəsində məscid. == Tarixi == Məscid Bakıda, Yasamal rayonunda,Çingiz Mustafayev küçəsi 90-da yerləşir. İbadətgah Kərbəlayi Əli Əşrəf Ələsgəroğlu tərəfindən 1919-cu ildə inşa edilmişdir. Məscid 2010-cu ildə təmir edilib. == Haqqında == Məscid iki mərtəbədən ibarətdir. Kişilər üçün ibadət zalı birinci mərtəbədə, qadınlar üçün isə ikinci mərtəbədə yerləşir. Qadınların ibadət zalına giriş və qadınların dəstəmazxanası məscidin arxa tərəfindədir. Kişilərin dəstəmazxanası isə məscidin ön hissəsində giriş qapısının yanında yerləşir. İbadətgahda eyni anda 350 nəfər ibadət edə bilər. İbadət evinin bir minarəsi və bir günbəzi var.
Xanım Fatimeyi-Zəhra məscidi (Yeni Günəşli)
Xanım Fatimeyi-Zəhra məscidi və ya Fatimeyi-Zəhra məscidi — Azərbaycanın paytaxtı Bakı şəhərinin Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivində məscid. == Tarixi == Bakı Şəhər İcra Hakimiyyətinin 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncamı ilə Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində “Fatimeyi Zəhra” məscidi dindarlarının dini icmasına 1,3 ha torpaq sahəsi ayrılaraq məscid-mədrəsə komleksinin tikintisinə icazə verilib.Həmin ərazi məscidin daimi istifadəsinə verildiyindən hasara alınıb və məscid inşa edilməyə başlanıb. Məscidin tikintisinə 1990-cı illərin sonunda başlanmışdır.Sonradan məscidin tam olaraq tikintisinə imkan verilməyib. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 31 oktyabr 2002-ci il tarixli sərəncamı ilə əvvəlki - 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncam etibarsız hesab edilib.Bundan sonra məscidi qeyri-legitim hesab edən Suraxanı Rayon İcra Hakimiyyəti məscidi qarşı məhkəməyə verərək, məhkəmədən torpağın qaytarılmasını, məscidin sökülməsini xahiş edib.Dini icma qarşılıqlı iddia qaldıraraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının 31 oktyabr 2002-ci il tarixli sərəncamının ləğv edilməsini və qanunazidd hərəkətlərin dayandırılmasını xahiş edib.Həmin dövrdə dindarların hüquqlarını vəkil Aslan İsmayılov müdafiə edib. Cəmiyyətin təbəqələrinin sərt təpkisinə baxmayaraq 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi, Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə torpaq sahəsinin geri alınaraq məscidin sökülməsinə qərar verib.2009-cu ildə məscidin qanunsuz tikili kimi sökülməsinə dair məhkəmə qərar çıxarsa da, 2010-cu ildə prezident İlham Əliyev məscidi Qafqaz Müsəlmanları İdarəsinin balansına verərək, sökülmə qərarını ləğv etmişdir.Məhkəmə qərarları Ali Məhkəmənin Plenumunda ləğv edilib, Bakı Apelyasiya Məhkəməsində 29.12.2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 613 saylı 31 oktyabr 2002-ci il tarixli sərəncamı etibarsız hesab olunub, Suraxanı rayon İcra Hakimiyyətinin iddiası təmin edilməyib, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi mərkəzi massivində yerləşən 1,3 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş məscid komleksi Qafqaz Müsəlmanlar İdarəsinin balansına verilib.Qətnamə qanuni qüvvəsini alıb və məscid natamam vəziyyətdədir. Buna baxmarayaq məscid fəaliyyət göstərir və orada ibadətlər edilir.Fevral 2017-ci ildə “Fatimeyi-Zəhra” məscidinin söküləcəyi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumatlar yayılıb. Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Əliheydər Zülfüqarov məscidlə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirib ki, məscid 25 sot ərazisi ilə birgə yerli bələdiyyə tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin tam istifadəsinə veriləcək.Sözügedən məsələ ilə bağlı açıqlama verən azərbaycanlı tanınmış vəkil Cavad Cavadov bildirib ki, "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Konstitusiyasını pozur". Bu ərəfədə məscidin imam-cüməsi, ilahiyyatçı alim Hacı Ramil Bədəlov məscidin ərazisilə bağlı geniş çıxış edərək bildirib ki, məscidin 25 sot yox, 130 sot ərazisi var". Daha sonra hadisəyə Məşədi Dadaş məscidinin imam-cüməsi, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli də münasibət bildirib. QMİ-nin mətbuat xidmətindən isə bildirilib ki, "Yeni Günəşli qəsəbəsindəki “Fatimeyi Zəhra” məscidi ilə bağlı yaranmış məsələ məscidin xeyrinə həll olunub.
Xanım Zəhra məscidi (Yeni Günəşli)

Zəhra Quliyeva (dövlət xadimi)
Zəhra Quliyeva (18 yanvar 1923, Bakı – 28 noyabr 2005, Bakı) — Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin keçmiş sədri (1998–2005), tibb elmləri doktoru (1967), professor. (1968), əməkdar elm xadimi (1981) == Həyatı == Zəhra Quliyeva 1923-cü il yanvarın 18-də Bakı şəhərində mühəndis Tahir bəylə, Camal xaımın ailəsində anadan olmuşdur. Tahir Quliyev həm də Neft və Kimya İnstitutunun professoru idi. Zəhra xanım orta təhsilini Bakı şəhəri 132 saylı məktəbdə aldıqdan sonra 1940-cı ildə məkətbi yaxşı qiymətlərlə bitirdiyi üçün Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə imtahansız qəbul edilən tələbələrdən biri olmuşdur. 1944-cü ildə ali məktəbi əla qiymətlərlə bitirən Zəhra Quliyevaya Dövlət Komissiyasının vəsitəsilə Göz xəstəlikləri kafedrasında saxlayıb ordinator vəzifəsini tapşırırlar. Zəhra xanım xatirələrində yazırdı: Beləliklə, 1958-ci ildə o, "Müxtəlif üsulla büllurun çıxarılmasında buynuz qişanın sferikliyinin və refraksiyasının dəyişilməsi" adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. Bundan sonra alim "Görmə itiliyinin, refreksiyanın və akkomadasiyanın rəng duyğusuna təsiri" mövzusu üzərində işləməyə başlamış, bununla əlaqədar Moskvaya ezam olunmuşdur. Burada bir müddət Ümumittifaq Elmi-Tədqiqat Dəmir Yolu Gigiyenası İnstitutunun rəng duyğusu laboratoriyasında araşdırmalar aparan Zəhra xanım, 1967-ci ildə həmin mövzuda müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etmişdir. == Fəaliyyəti == 1968-ci ildə Zəhra xanım Azərbaycan Dövlət Tibb İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir, 1975-ci ildə həmin kafedranın müdiri olur. Alimin tədqiqatları o zaman oftalmologiyanın ümdə problemləri sayılan refraksiya-akkomadasiya, rəngin qavranılması, traxoma, tor qişa və görmə siniri xəstəliklərinin öyrənilməsinə həsr olunur.1971-ci ildə Tibb İnstitutuna tədris hissə üzrə prorektor vəzifəsinə təyin olunan Zəhra Quliyeva yüksək ixtisaslı kadrların hazırlanması ilə bağlı genişmiqyaslı fəaliyyət göstərməyə başlamışdır.
Zəhra Quliyeva (körpə)
Alxanlı hücumu və ya Alxanlı faciəsi — 2017-ci il iyulun 4-də saat 20:40 radələrində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı yaşayış məntəqəsinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində törədilən hücumdür.Bu hücum nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həyatını itirmişdir. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə hərbi hospitala çatdırılaraq əməliyyata götürülmüşdür.Hücum zamanı həyatını itirən yaş yarımlıq Zəhra Quliyeva 1994-cü ildə Birinci Qarabağ müharibəsinin başa çatmasından sonra Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində öldürülən sayca üçüncü azərbaycanlı uşaq idi. Bu hücum beynəlxalq ictimaiyyət və bir-sıra xarici dövlətlərin rəsmiləri, parlament üzvləri tərəfindən qınanmışdır. == Zəmin == 1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər davam edən Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itgin düşmüşdür.1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2017-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir. Sonuncu belə silahlı toqquşma 2016-cı iin 2-5 aprelində Dağlıq Qarabağ təmas xəttində baş vermişdir.Bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı da hücumlar olmuşdur. 2011-ci ilin martında 9 yaşlı Fariz Bədəlov qarşı tərəfin snayper gülləsi nəticəsində öldürülmüşdür. Həmin ilin iyulunda isə 13 yaşlı Aygün Şahmalıyeva qarşı tərəfin çaya buraxdığı oyuncağın partlaması nəticəsində həyatını itirmişdir. == Hadisə == === Azərbaycan tərəfinin versiyası === 4 iyul 2017-ci il, saat 22:30 radələrində Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin cəbhə xəttində növbəti irimiqyaslı təxribat törətməsi barədə məlumat yaymışdır.
Zəhra Quliyeva (siyasətçi)

Zəhra Quliyeva (skripkaçı)
Zəhra Teymur qızı Quliyeva (d. 23 avqust 1951, Bakı) — skripkaçı, konsertmeyster, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2008). == Həyatı == Zəhra Quliyeva 23 sentyabr 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini 1959–1970-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində almışdır. 1970-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olduqdan sonra burada Sərvər Qəniyev və M.Tağıyevin siniflərində təhsil almış və buranı 1975-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Zəhra Quliyeva 1976–1978-ci illərdə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının aspiranturasında assistent-stajor bölməsində Boris Qutnikovun sinfində təhsilini davam etdirmişdir. == Fəaliyyəti == Zəhra Quliyeva Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı müddətdə Rostov şəhərində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlə çıxış etmiş, Leninqrad Dövlət Konservatoriyasında təhsilini davam etdirdiyi zaman isə burada bir sıra konsert salonlarında çıxış etmiş və Qərb bəstəkarlarının əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərini də ifa etmişdir. O, 1978-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyətə başlamışdır. Həmin ildən 1993-cü ilədək burada "Simli alətlər" kafedrasında müəllim işləmişdir.Zəhra Quliyeva 1983–1990-cı illər arasında Azərbaycan Dövlət Televiziyasında "Zəriflik" adlı müəllif proqramını yaradır. O, burada həm Azərbaycan, həm də dünya şöhrətli rəssam və musiqiçilərin sənətindən, onların həyat və yaradıcılığından söhbət açır.
Zəhra Quliyevanın ölümü
Alxanlı hücumu və ya Alxanlı faciəsi — 2017-ci il iyulun 4-də saat 20:40 radələrində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı yaşayış məntəqəsinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində törədilən hücumdür.Bu hücum nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həyatını itirmişdir. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə hərbi hospitala çatdırılaraq əməliyyata götürülmüşdür.Hücum zamanı həyatını itirən yaş yarımlıq Zəhra Quliyeva 1994-cü ildə Birinci Qarabağ müharibəsinin başa çatmasından sonra Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində öldürülən sayca üçüncü azərbaycanlı uşaq idi. Bu hücum beynəlxalq ictimaiyyət və bir-sıra xarici dövlətlərin rəsmiləri, parlament üzvləri tərəfindən qınanmışdır. == Zəmin == 1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər davam edən Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itgin düşmüşdür.1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2017-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir. Sonuncu belə silahlı toqquşma 2016-cı iin 2-5 aprelində Dağlıq Qarabağ təmas xəttində baş vermişdir.Bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı da hücumlar olmuşdur. 2011-ci ilin martında 9 yaşlı Fariz Bədəlov qarşı tərəfin snayper gülləsi nəticəsində öldürülmüşdür. Həmin ilin iyulunda isə 13 yaşlı Aygün Şahmalıyeva qarşı tərəfin çaya buraxdığı oyuncağın partlaması nəticəsində həyatını itirmişdir. == Hadisə == === Azərbaycan tərəfinin versiyası === 4 iyul 2017-ci il, saat 22:30 radələrində Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin cəbhə xəttində növbəti irimiqyaslı təxribat törətməsi barədə məlumat yaymışdır.
Bəhr
Bəhr — əruz vəzninin tərkib hissələrindən biri. Əruz altı ünsürdən (rükndən) ibarətdir və bu ünsürlər də on doqquz bəhrə bölünür. Klassik Azərbaycan poeziyasında əruzun on iki bəhrindən istifadə edilmişdir. Həmin bəhrlər aşağıdakılardır: həcəz, rəməl, rəcəz, müctəs, müzare, mütəqarib, münsərih, xəfif, səri, mütədarik, kamil, müqtəzəb. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Məhr
Məhr — "məhriyyə" sözündən olub, nikahpulu deməkdir. Miqdari kəbinkəsdi mərasimində təsdiq olunub təzə mənzilə köçürüləcək gəlinə, gələcəkdə o boşanarsa, ərinin ona verəcəyi pulun adı. Babalarımızın inancma görə, mehriyyəsiz kəbin batildir. Başqa sözlə, bu, kəbin kağızında "talaq" üçün müəyyən edilmiş kəbinhaqqıdır. Onun miqdarı toydan çox-çox qabaq, elçilik vaxtı, oğlan evinin maddi vəziyyətindən asılı olaraq müəyyən olunur və heç vaxt geriyə alınmır. Qız tərəf, adətən, onun yüksək olmasma, oğlan evi isə onun aşağı salınmasına çalışır. Qaydaya görə, bu məbləğ toydan bir neçə gün əvvəl ödənilməlidir, amma çox vaxt oğlan evi buna yalnız söz verməklə kifayətlənir, molla da kəbin kağızında bunları qeyd edərək imzalayır. Həmin vəsait qadının şəxsi mülkiyyəti sayılır, boşanma qadının təşəbbüsü ilə baş verərsə, qayda-qanuna görə, o bu pulun yalnız yarısını alır. Vaxtilə bəzi varlı ailələrdə pul əvəzinə yarızarafat, yarıgerçək sayaraq, həyatda mümkün olmayan miqdarda, məsələn, bir pud söyüd ağacının külü, yaxud quru soğan qabığı, bəzən isə 22 pud mis yazdırılır. Bəllidir ki, söyüd ağacı yandırıldıqda onun heç vaxt külü qalmır, soğanın qabığı isə çox yüngül olduğuna görə, boşanma zamanı kişi qadına bu "miqdarda" kül-qabığı vermək iqtidarında olmur.
Zər
Zər — işarəli tərəfləri olan, atmaq üçün nəzərdə tutulan, oyunlarda təsadüfün mənbəsi kimi işlənilən alət. Ənənəvi zər kub formasında olur və beləliklə, altı tərəflidir. == Tarix == Zərlər yazılı tarixdən əvvəl dövründən bəri mövcuddur və onların mənşəyi naməlumdur. Ehtimal olunur ki, falçılıq üçün işlənilən falus sümükləri zərlərin əcdadlarıdır. Qədim Misirə aid olan senet oyunu (e.ə. 3000 - b.e. II əsri) üçün ikitərəfli taxta zər kimi işlənilirdi. Ən qədim (e.ə. 2800 - 2500) zər tapıntısı İranın Şəhr-i Suxtedə aşkar olunan nərdə oxşar oyunun hissəsi idi.Riqveda, Atarvaveda, Mahatbarata və Buddanın oynamadığı oyunların siyahısı kimi qədim hind mənbələrində zərli oyunlar qeyd olunur.
Zöhr namazı
Zöhr və ya günorta namazı 4 rəkətdir. Əvvəl vaxtı günortadır, son vaxtı isə şam azanına 4 rəkətlik namaz qılmaq üçün vaxt qalana qədərdir. == Zöhr namazının qılınma qaydası == Niyyət Qiyam; Təkbirətul-ehram; Həmd və surə oxumaq; Ruku; Rukudan qalxmaq; Bir cüt səcdə; Ayağa qalxma; Həmd və surə oxumaq; Ruku; Rukudan qalxmaq; Bir cüt səcdə; Təşəhhüd; Ayağa qalxmaq Həmd surəsi, yaxud 3 dəfə təsbihati-ərbəə oxumaq; Ruku; Rukudan qalxmaq; Bir cüt səcdə; Ayağa qalxma; Həmd surəsi, yaxud 3 dəfə təsbihati-ərbəə oxumaq; Ruku; Rukudan qalxmaq; Bir cüt səcdə; Təşəhhüd; Salam.Qeyd: Müstəhəbdir ki, 2-ci rəkətdə həmd-surə oxuduqdan sonra rukudan qabaq qunut tutulsun. === Niyyət === Zöhr namazı qılıram qürbətən iləllah. === Qiyam === Ayaq üstə üzü qibləyə dayanmaq. === Təkbirətul-ehram === Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir. === Həmd və surə oxunmaq === Həmd surəsi ilə ondan başqa bir surə (vacibi səcdə ayəsi olmayan) oxunmalı. === Ruku === Rukuda, yəni normal adamın əlləri dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir. === Bir cüt səcdə === Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları. Alının qoyulduğu əşya torpaqdan alınan, yeməli, içməli olmayan əşya olmalıdır.
Zəhra Qürbət
Zəhra Qürbət (Zəhra Talıbova) — azərbaycanlı rejissor. == Həyatı == Zəhra Qürbət Bakı şəhərində ziyalı ailəsində doğulub. Orta təhsilini Yasamal rayonu 172 saylı orta məktəbdə alıb. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinin "Dram rejissoru" ixtisası üzrə xalq artisti Cənnət Səlimovanın kursunda təhsil alıb. 2003-2005-ci illərdə eyni ixtisas üzrə magistr dərəcəsinə yiyələnib. Universitetin 3-cü kursundan etibarən (2000-ci ildən) rejissor Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Dövlət Gənclər Tearında rejissor assistenti kimi fəaliyyətə başlayıb. 20-dən artıq tamaşada ikinci rejissor kimi çalışıb. 2001-ci ildən həmin teatrda quruluşçu rejissor, 2002-ci ildən isə paralel olaraq truppa müdiri vəzifəsində fəaliyyət göstərib. Dövlət Gənclər Teatrının səhnəsində 2001-ci ildə Firuz Mustafanın "Tabut", 2002-ci ildə Rüstəm İbrahimbəyovun "Qum üzərində ev", 2004-cü ildə isə Batislav Nuşiçin "Nazirin xanımı" əsərlərinə quruluş verib. Teatrla paralel olaraq 2001-ci ildən LİDER TV-də televiziya fəaliyyətinə başlayıb.
Zəhra Sai
Zəhra Sai-İranlı siyasətçi, tədqiqatçı və İran parlamentinin onuncu dövründə Təbrizi təmsil edən nümayəndələrdən biridir.
Zəhra Salayeva
Zəhra Məmməd qızı Salayeva (d. 15 mart 1922-ci il, Bakı – 28 noyabr 2005-ci il, Bakı) - məşhur Azərbaycan nevropatoloqu, tibb elmləri doktoru (1963), professor (1967), Azərbaycan Əməkdar Elm Xadimi (1981). == Həyatı == Zəhra Salayeva 15 mart 1922-ci ildə Bakı şəhərində anadan olub. 1943-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1967-ci ildən N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun sinir xəstəlikləri kafedrasının müdiri olmuşdur. Tədqiqatı, əsasən, Azərbaycanda neyromalyariyaya, hemorragik ensefalitin klinika və patomorfologiyasına həsr edilmişdir. 1979-cu ildən Azərbaycan Tibbi Genetiklər Cəmiyyətinin sədri olmuşdur. 3 monoqrafiya, 4 dərslik və 4 dərs vəsaitinin müəllifidir. SSRİ Ali Sovetinin (7-ci çağırış) deputatı olmuşdur. 28 noyabr 2005-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Zəhra Şahtaxtinskaya
Zəhra Mustafa qızı Şahtaxtinskaya və ya Zəhra xanım Mustafa bəy qızı Ağayeva (17 noyabr 1895, Xankəndi, Şuşa qəzası – 16 sentyabr 1977, Bakı) — Azərbaycan zooloq, helmintoloqu. Biologiya elmləri doktoru (1953), professor (1954). Azərbaycan SSR əməkdar elm xadimi (1960). "Lenin Ordeni" laureatı. == Həyatı == Zəhra Şahtaxtinskaya 17 noyabr 1895-ci ildə Xankəndində anadan olub. Əmək fəaliyyətinə 1916-cı ildə qadın gimnaziyasında müəllimliklə başlamışdır. 1922-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda işləmiş, biologiya fakültəsinin dekanı olmuşdur. 1937-ci ildən zoologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Tədqiqat sahəsi əsasən, Azərbaycanda yaşayan su və bataqlıq quşlarında parazitlik edən qurdlar olmuşdur.Bir çox elmi əsərin, dərsliyin müəllifidir. 1977-ci ildə Bakıda vəfat edib.
Şəhr Babək
Şəhr Babək — İranın Kirman ostanının şəhərlərindən və Şəhr Babək şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43,916 nəfər və 10,401 ailədən ibarət idi.
Zəhra Sayers
Zəhra Sayers (türk. Zehra Sayers; 1953) — Molekulyar biologiya, struktur biologiya və biofizika sahələrində çalışan türk-ingilis alimi. Sabancı Universitetinin Molekulyar Biologiya, Genetika və Biomühəndislik proqramının qurucu üzvü olan Sayers bir müddət Sabancı Universitetinin rektoru vəzifəsini də icra edib. Eyni zamanda, Elm Məsləhət Şurasının sədri kimi Yaxın Şərq Sinxrotron Radiasiya Təcrübə Elmi və Tətbiqləri (SESAME) layihəsində iştirak edib. O, 2019-cu ildə AAAS Diplomacy in Science Award mükafatına layiq görülüb. == Təhsil == Sayers 1974-cü ildə Boğaziçi Universitetinin Fizika fakültəsini bitirmiş və 1979-cu ildə London Universitetində biofizika üzrə doktorluq dərəcəsini tamamlamışdır. Daha sonra Open Universitetində və Uppsala Universitetində doktoranturadan sonrakı tədqiqatçı kimi çalışmışdır. 1986-cı ildə Avropa Molekulyar Biologiya Laboratoriyasında (EMBL) çalışmışdır. 1996-cı ildə Almaniyanın Hamburq Universitetində habilitasiya diplomu almışdır. == Karyera == 1998-ci ildə Türkiyəyə qayıdan Sayers Sabancı Universitetinin qurucu professoru olur, 2011-ci ildə Vəqflərin İnkişafı Proqramının direktoru, 2018-ci ildə isə rektor seçilir.
Zəhər tuluğu
Zəhər tuluğu — Ssenari müəllifləri Taleh Yüzbəyov, Orxan Mərdan, Pərviz Həsənov və Cəlil Cavanşir olan, Taleh Yüzbəyovun və Orxan Mərdanın rejissorluğu ilə çəkilən, tammetrajlı bədii Azərbaycan filmi. == Məzmun == Bıçaqlandıqdan sonra sağ qalan Adil (Taleh Yüzbəyov), müalicə olunduğu xəstəxanadan çıxıb öz monoton həyatına geri dönməyə hazırlaşır. O hər zamanki kimi, "zəhər tuluğudur" – iş yoldaşlarını, dostlarını, onu müalicə edən həkimi və tibb bacılarını acılamağa, incitməyə, kobudluğa davam edir. Dostu Şakirin və artıq həyat tərzini dəyişdiyini iddia edən tələbə yoldaşı, keçmiş "həyat qadını" Rənanın müşayəti ilə xəstəxanadan çıxıb normal həyatına davam etməyi düşünən Adil inanılmaz bir sınaqla qarşılaşır. Xəstəxananın həyətindən çıxmamış Şakirin maşınına tanımadıqları hamilə qadın əyləşir. Dünyaya gətirəcəyi qız övladını qorumaq üçün ərindən və onun ailəsindən, daha doğrusu abortdan qaçan qadını qorumaq üçün Şakir və Rəna israr edir. Adil bu işə mane olmağa çalışsa da, getdikcə bütün şərtlər onu dünyaya gələcək körpənin xilaskarına çevirir.
Zəhra Günəş
Zəhra Günəş (7 iyul 1999, Qartal[d], İstanbul ili) mərkəz blokçu mövqeyində oynayan türk voleybolçusudur. O, VakıfBank SK və Türkiyə qadın voleybol milli komandasının üzvüdür.
Behr
Hans Herman Behr (alm. Hans Hermann Behr‎; 18 avqust 1818 – 6 mart 1904, San-Fransisko, Kaliforniya) — Almaniya botaniki, entomoloqu, antropoloqu və həkimi. == Elmi fəaliyyəti == Hans Herman Behr bir çox bitki və həşərat növü təsnif etmişdir.. == Əsərləri == Denis Papins Dampfdruckpumpe von 1707 und ihr Nachbau: mit dem Faksimile und der Übersetzung seiner Veröffentlichung in der französischen Fassung. The hoot of the owl. Report of the committee appointed to prepare and present an account of the life and services of Doctor Hans Herman Behr. Beiträge zur pathologischen Geographie Californiens. On certain butterflies of California: Our Californian Argynides. On Californian lepidoptera. Entomological contributions.
Mehr
Mehr (fars. مهر‎) — İran və Əfqanıstanın rəsmi təqviminin yeddinci ayı. Mehr ayında 30 gün var. Bu ay sentyabr ayında başlayıb oktyabr ayında sona çatır. Mehr payızın ilk ayıdır.
Zebr
Zebr (lat. Hippotigris) — atlar fəsiləsinin atlar cinsinin Dağ zebri (Equus (Hippotigris) zebr), Səhra zebri (Equus (Hippotigris) grevyi) və Düzənlik zebri (Equus (Hippotigris) quagga) növlərini əhatə edən yarımcins. Zebr və əhliləşdirilmiş atların hibridindən alınan zebrlər zebroid, eşşəklərlə hibridindən alınan zebrlər isə zebrul adlanır. Dağ zebrları onların ən kiçikləridir. Hündürlükləri 118-132 santimetrə, çəkiləri 204-257 kiloqrama çatır. Zebra balaları doğulduqdan 20 dəqiqə sonra yeriyir, 45 dəqiqə sonra isə tullana bilirlər. 3 aylığına kimi bala zebrlar su içməyə getmirlər. Anaları su içməyə gedən zaman onlar erkək zebrların yanında qalırlar. == Rəng çaları == Zebr ağ zolaqlı atdır. Ümumi ağ-qara zolaqlara malik olmasına baxmayaraq hər üç növ bir-birinə digər atlarla müqayisədə o qədər də yaxın hesab olunmur.
Sehr
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. == Tərif və Məna == Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.Fövqəlbəşər gücləri istifadə ilə təbii prosesə müdaxilə edilməsi, təbiət qanunlarına zidd nəticələr əldə etmək üçün bəzi gizli və sirrli əməliyyatlar edilməsidir.
Akula-zebr
Zebrli akula, akula-zebr (lat. Stegostoma fasciatum) — Zebrli akulalar fəsiləsinə aid yeganə balıq növü. Sakit və Hind okeanlarının tropik və subtropik sularında, bəzən isə Yapon dənizinin cənub hissələrində rast gəlinir. Zebrli akulasının uzunluğu 3,3 m-ə qədər çata bilər. Zəhər vəziləri olan kəskin tikanlı axçalara malikdir. Akula xərçəngkimilər və molyusklarla qidalanın və insan üçün təhlükəli hesab olunmur. Zebrli akula yumurta qoymaqla çoxalır.
Mehr (dəqiqləşdirmə)
Mehr — İran və Əfqanıstanın rəsmi təqviminin yeddinci ayı. Kabud Mehr (Talış) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd.
Mehr Mərdan
Mehr Mehran — Təbəristan şahı. == Hakimiyyəti == 717-755-ci illər arasında hökmranlıq etməyindən əlavə haqqında məlumat yoxdur. == Mənbə == Madelung, W. (1975). "The Minor Dynasties of Northern Iran". In Frye, R.N. The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. pp. 198–249. ISBN 978-0-521-20093-6.
Pehr Loefling
Pehr Löflinq (Pehr Löfling; 31 yanvar 1729 – 22 fevral 1756) — İsveç botaniki.
Pehr Löflinq
Pehr Löflinq (Pehr Löfling; 31 yanvar 1729 – 22 fevral 1756) — İsveç botaniki.
Sehr Nazirliyi
Magiya Nazirliyi — Coan Roulinqin Harri Potter romanında yaratdığı dünyada, London'da qurulmuş olan uydurma bir nazirlikdir. Bu təşkilat, Britanya'daki sehrbaz dünyasının rəhbərliyindən məsuldur. Əsas vəzifəsi, Maqlları cadugər dünyasından uzaq tutmaqdır. Bu kompleks və çox bürokratiya tələb edən bir vəzifədir. Nazirlik binası yerin altındadır və girmək üçün, yer üstündəki telefon daxmasında 6-2-4-4-2 kodunu girmək lazımdır. Əlavə olaraq ora cisimlənmək və yaxud "uçan barıt" ilə buxarlaşmaq olur. == Quruluşu və vəziyyəti == === "Maql" dünyası ilə əlaqəsi === Maql baş naziri sehr dünyasından xəbərdardır. Və digər dünya liderləri də Sirius Blek ve 10 ölüm yeyənin Azkaban həbsxanasından qaçması ilə birlikdə, Kornelius Fac (ing. Cornelius Fudge) bunun maqllara qarşı da bir təhlükə yaratdığını düşündükdən sonra bu barədə maql baş nazirinə olanları demişdir. Həm də Nazirlik bəzi Sehrli məxluqların əldən qaçması kimi xüsusi hallarda da, Səhv Məlumatlandırma Ofisi (Sehrli Məxluqların Təşkil Edilməsi və Nəzarət Dairəsinin alt hissəsidir) maql baş nazirinə, maqlları inandırabiləcək hekayələr uydurma mövzusunda köməkçi olmaqdadır.