yəsəvilik
yəzdan 2021
OBASTAN VİKİ
Yəşəm
Yəşəm — kvars və ya xalsedonla sementləşmiş mikroskopik kvars dənələrindən ibarət bərk süxurdur. Tərkibində böyük miqdarda dəmir, alüminium, kalsium oksidlərinin və həmçinin qranat, xlorit, epidot kimi mineral qarışılqların olması ona çox müxtəlif rənglər verir. Yəşəmin ən yaxşı növlərindən istənilən rəng və çarlara rast gəlinir. Görkəmli mineroloq – alim A.Y.Fersman bu daş haqqında belə yazmışdır: “Mən öz rəng zənginliyinə görə yəşəm qədər fərqlənən ikinci bir mineralk növü tanımıram ; təmiz göy rəngdən başqa , yəşəmdə bütün rəng çalarları var və onlar birləşərək nağılvari mənzərə yaradır” Çinlilər yəşəmi ilahiləşdirmişlər.Yəşəmlər qədim dənizlərin dibində, sualtı bazalt-liparit vulkanlatının yaxınlığında əmələ gəlmidir. Qərbi Avropa ölkələrində yəşəmdən bəzık daşı kimi XV-XVİ əsrlərdə istifadə etmişlər.Rusiyada I Pyotr dövründə filiz bilicilərini yəşəm arxasınca Urala, ya da Sibir göndərirdilərXVIII əsrdə Urala Orsk şəhəri yaxınlığında Polkovnik dağında müstəsna dərəcədə gözəl, ala-bəzək yəşəm daşları tapıldı.Bəzək əqiqlərinin ehtiyatı praktiki olaraq tükənməzdir.Bu , planetimizdə ən geniş yayılmış süxurlardandır. Rusdiyada , təkcə Uralda 250-dən çox yataq məlumdur.Burada onlar Qütb Uralından Qazaxıstana qədər eni 50 km zolaq şəklində uzanan ərazidə rast gəlir. Əvvəllər olduğu kimi, indi də bu daşlardan bir çox ölkələrdə suvenirlər düzəldilir. Astroloqlar hesab edirlər ki, yəşəm insanlara gələcəyi görmək qabiliyyəti varir və uğur gətiri.Bu daş dolça, balıq və qoç bürcü altında doğulan insanlara kömək edir. Yəşəmdə skeleti opaldan və ya əhəngdən olan dəniz heyvanlarının qalıqları rast gəlinir. Yəşəm vulkanik süxurlarla bir yerdə tapılır; qiymətli məmulatların hazırlanmasında və zərgərlikdə istifadə edilir.
Yəşəm çimərliyi
Yəşəm çimərliyi — Sevastopol şəhərinin Balaklan rayonu ərazisində yerləşən çimərlik. Bir çoxları bu çimərliyi Krımın ən gözəl çimərliyi hesab edir. Yəşəm çimərliyi öz növbəsində ensiz olaraq 450 m məsafədə uzanır. Çimərlik təmizliyi ilə seçilir. 150 mln il öncə fəaliyyətdə olan vulkanın yerində olan çimərlik. Dənizin fəaliyyəti nəticəsində meydana gələn çimərlik minerallarla zəngindir (Yəşəm, Halsedron və b.). Burada olan yəşəm mineralına görə bu cür adlandırılmışdır. Çimərliyin yaxınlığında Qeorqievski qayası yerləşir. Çimərlikdən bir qədər aralıda Balaklavski Müqəddəs-Qeoeqievski məbədi vardır. Məbədə gediş-gəlişi asanlaşdırmaq məqsədi ilə 800 pilləkən inşa edilmişdir.
Yəşəmi qablar
Yəşəmi qablar (ing. Jasperware) — Cozaya Vedcvud tərəfindən 1770-ci illərdə kəşf edilmiş dulusçuluq məhsulları. Yəşəmi qablar adətən yüksək tempraturlu keramika (keramoqranit) kimi təsvir edilsə də, biskvit çinisinə xas mat səthə malik olur və müxtəlif rəng tonlarında istehsal edilir. Yəşəmi qabların ən məşhur rəng tonu solğun mavidir ki, bu ton sonradan Vedcvud mavisi kimi tanınmışdır. Yəşəmi qablar üçün kontrastlı rənglərdən (adətən rənglərdən biri həmişə ağ olsa da, digər rənglərin istifadəsinə də rast gəlinir) istifadə edərək kameo effekti yaradan relyefli naxışlar xarakterikdir. Relyeflər qəliblər vasitəsi ilə hazırlanmaqla, yapma texnologiyası ilə məhsula əlavə edilir. Bir neçə il davam edən təcrübələrdən sonra 1770-ci illərdə "Wedgwood" yəşəmi qabları əvvəlcə kiçik elementlər şəklində, 1780-ci illərdən etibarən isə həm də böyük güldanlar kimi satışa çıxarır. Satışa çıxdığı vaxtdan etibarən yəşəmi qablar çox məşhurlaşır və bir neçə il sonra digər dülgərlər də yəşəmi qabların yeni versiyalarını təqdim etməyə başlayırlar. XXI əsrdə "Wedgwood" yəşəmi qabların istehsalını davam etdirir. Dekor zamanı əsasən dəbli neoklassik üslub istifadə edilsə də, bəzi hallarda başqa tərzlərə də rast gəlinir.

Значение слова в других словарях