X Piy
X Piy (İtalyanca: Giuseppe Melchiorre Sarto) (d. 2 iyun 1835, Venetia, Avstriya imperiyası - 20 avqust 1914, Vatikan) - 4 avqust 1903 və 20 avqust 1914 tarixləri arasında Roma-Katolik Kİlsəsinə başçılıq edən 257. Roma Papasıdır.
Giuseppe Melchiorre Sarto 2 iyun 1835 tarixində Avstriya imperiyası sərhədləri daxilində yerləşən, İtaliyanın şimalındakı Venetia bölgəsində dünyaya gəlmişdir. O, kənd poçtalyonu olan Giovanni Battista Sarto (1792–1852) və evdar qadın Marqarita Sansonun (1813–1894) 10 övladından ikincisi idi. 3 iyun 1835 tarixində vəftiz olunan Giuseppe yoxsul bir ailədə böyüsə də, mükəmməl təhsil almışdır.
Giuseppe`nin 3 qardaşı və 3 bacısı var idi. Ancaq gələcəkdə yüksəldiyi vəzifələrə baxmayaraq ailə fərdlərinə qarşı heç bir imtiyaz görməmişdir. Qardaşlarından biri yaşadıqları bölgənin kənd poçtalyonu, digər qardaşının oğlu isə kənd keşişi olaraq yaşadı. Bacıları isə heç vaxt evlənməmiş və kilsədə rahibə olaraq yaşamışdır.