YAFƏT

genişlik, açıqlıq (Nuh peyğəmbərin oğlu); etnonim.
YAFƏS
YAĞMUR
OBASTAN VİKİ
Yafət
Yafət və ya Yafəs (ivr. ‏יָפֶֿתֿ,יֶפֶֿתֿ‏‎ ; yun. Ἰάφεθ; lat. Iafeth və ya Iapetus ; ərəb. يافث‎) — İbrahimi ənənəyə görə Nuhun oğlanlarından biridir. Ərəbdilli mənbələrdə adı, adətən Yafəs ibn Nuh şəklində qeyd edilir. Yafəs daha çox Nuhun ən kiçik övladı kimi yad edilsə də, bəzən onun ən böyük övlad olduğu da qeyd edilir. Yaradılış 5:32[5:32] və 9:18[9:18]-də Nuhun övladları ardıcıllıqla Sam, Ham və Yafəs şəklində qeyd edilir. Lakin onuncu fəsildə bu sıralama sondan əvvələ doğru təqdim edilir. Yaradılış 10:21–də[10:21] Yafəs və onun qardaşının təxmini yaşları qeyd edilmiş, müxtəlif tərcümələrin olması isə bu məsələdə qarışıqlıq yaratmışdır.
Yafət Xeyirov
Yafət Xeyirov — Azərbaycanlı kino montajçısı Yafə Xeyirov 1965-ci il mayın 16-da Quba rayonunun Susay kəndındə ziyalı ailəsində anadan olub. 1980-ci ildə Bakı Rabitə Elektrotexnikumuna daxil olub. 1984-cü ildə oranı qırmızı diplomla bitirib. Həmin il Azərbarcan Televiziya və Radio Verilişləri Komitəsində videomühəndis vəzifəsinə işə qəbul olunub və Moskva şəhərinə hərbi qulluğa göndərilib. Hərbi qulluğu bitirdikdən sonra televiziyada əmək fəaliyyətinə başlayıb. 1987-ci ildə Moskvada Ostankinoda ixtisas artırma inistitutunda oxuyub. 240-a yaxın sənədli televiziya filmlərinin montaj rejissorudur. Hal-hazırda Aztv-nin Xəbərlər departamentində ölkə başçısının xarıcı və daxili siyasətinin tamaşaçı kütləsinə çatdırılması ilə məşğul olur. Əmək fəaliyyəti, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətininin sədri Arif Alışanov və prezident İlham Əliyev tərəfindən qiymətləndirilərək 2011-ci il noyabrında 10-da "Tərəqqi medalı" ilə təltif olunub. Ailəlidir, iki övladı var. 20 il. Müstəqillik (film, 2011) Abbas Səhhət (film, 2007)(qısametrajlı sənədli film)(Aztv)-montaj Afurca nağılı (film, 2007) Ağ adam (film, 2004) Ağdamlı günlərimiz (film, 2001) Ah, ədalət!
Maday (Yafətin oğlu)
Maday (ivr. ‏מָדַי‏‎ [maˈdaj], yun. Μηδος [mɛːˈdos]) — İvrit Müqəddəs Kitabının Yaradılış Kitabında Nuhun 16 nəvəsindən biridir. Bibliya alimləri ümumiyyətlə Madayı, daha sonralar qeyd olunan Madaylarla eyni biliblər. İosif Flavi və ondan sonrakı yazıçılar, Midiyalıları onun nəslindən hesab edirdilər, həm Assur, həm də İbrani mənbələrində də Maday kimi tanınırdılar. Daha müasir dövrdə bəzi alimlər Mitanni, Maday (Matiene) və Manna kimi müxtəlif əvvəlki xalqlarla da əlaqə yaratmağı təklif etdilər. Jubilees Kitabına görə (10: 35-36), Maday Şem adlı bir qızıla evləndi və Qara dənizin kənarında Yafətin mirasında yaşamaqdansa, Şem nəsilləri arasında yaşamağı üstün tutdu; Beləliklə, qardaşı Elam, Aşşur və Arfaksada yalvardı ki, sonunda, onun adını daşıyan ərazi - Midiyan aldı.