YANIB-YAXILMAQ

f.
1. Ürəkdən heyifsilənmək, çox acımaq, ağır mənəvi əzab və iztirab keçirmək.
Vaqif bu mənzərəyə baxıb düşünür və düşündükcə də yanıb-yaxılırdı. Çəmənzəminli.
İndi yanıb-yaxılıram; Sərt dilləndim sənə niyə? M.Dilbazi.

2. məc. Aşiq və məftun olmaq, eşq mübtəlası olmaq.
Fərhad Şirin ucundan; Yandıyaxıldı, ay gözəl! Aşıq Ələsgər.

3. Acığından, hirsindən boğulmaq, yanıbtökülmək, bərk hirslənmək.
Alı xan ağa özü yanıb-yaxılır, söyüb-söylənir və muzdurlardan şikayətlənirdi. S.Rəhimov.
Kişi yanıbyaxılaraq bu dəfə cavab verməyə söz tapmadı. İ.Əfəndiyev.

YANIB-TÖKÜLMƏK
YANICI

Значение слова в других словарях