YANINCA

zərf
1. Öz yanı ilə, yanında, özü ilə bərabər. Oğlunu yanınca aparmaq.
– Həmin vəkillər yanlarıyca uzun-uzadı ərizələr, siyahılar gətirmişdilər. C.Məmmədquluzadə.

2. Biri ilə bərabər, yanaşı, bir yerdə, yanı ilə, yan-yana. Yanınca getmək. Yanınca qaçmaq.
– Mən aşiqəm narınca; Gül əkdim kənarınca; Sonam sallandı, gəldi; Laçın da bir yanınca. (Bayatı).
At çox dincdir.
Adamyıxan deyil, [Nurəddin] yavaş-yavaş faytonun yanınca sürər. S.S.Axundov.

3. …boyu, …boyunca. Sahil yanınca. Divar yanınca.
YANIMLIQ
YANQILICI

Значение слова в других словарях