1. Göyərərək yarpaq açmaq; yaşıllanmaq. Ağaclar yarpaqlamışdır.
– Bir-iki gündən sonra pambıq yarpaqladı, bitki yuxarı – Günəşə tərəf boylandı, kollar yoğun və güclü oldular.
2. İpəkqurduna yarpaq vermək, yarpaq yedirtmək. İpəkqurdunu yarpaqlamaq vaxtıdır.
3. Vərəqləmək. Kitabı o qədər yarpaqlayıblar ki, cırıq-cırıq olub.