yasalamaq
yasavul
OBASTAN VİKİ
Yasamal
Yasamal rayonu (əvvəlki adı: Oktyabr rayonu) — Bakıda rayon. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin Oktyabr rayonu Yasamal rayonu adlandırılmışdır. Səbail, Qaradağ, Binəqədi və Nəsimi rayonları ilə həmsərhəddir. Yasamal rayon Bakı şəhərinin qərb hissəsini təşkil edir. Keçmiş adı Oktyabr rayonu olmuşdur. Oykonim ərazidəki Yasamal dərəsinin adı ilə adlandırılmışdır. Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Yasamal rayonu inzibati-ərazi vahidi kimi 1932-ci ildə yaradılmışdır, rayon cənubdan Səbail (3 km), qərbdən Qaradağ (3,2 km), şimaldan Binəqədi (2,8 km) və şərqdən Nəsimi (5 km) rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 16,22 kv.km-dir. Rayon ərazisindən — cənubdan "Qurd qapısı"ndan və Badamdar qəsəbəsindən keçərək Bakı-Qazax və Bakı-Astara, qərbdən — Yeni Yasamal massivindən keçərək Bakı dairəvi yol vasitəsilə Bakı-Qazax, Bakı-Astara və Bakı-Yalama, şimaldan — Biləcəri enişi vasitəsilə Bakı-Qazax və Bakı-Yalama magistrallarına çıxış vardır. Rayon əhalisinin sayı 245 900 nəfərdir.
Yasamal MFK
Xızı Futzal (keçmiş adı Yasamal fk Minifutbol Klubu) - Azərbaycanda futzal klubudur. | gmail: = [email protected] Klub Rəhbəri : Orxan Allahverdiyev Klub 2014-cu ildə Bakı şəhərində təsis edilib. 2016-2017-ci il mövsümündə 4-cü 2017-2018-ci il mövsümündə 6-cı yeri tutub. 2018-2019-cu il mövsümündə 5-ci yeri tutub. 10 Mahammad Osmanov |Azerbaycan |hücumçu |10.02.1992 Morteza Cahandost bu mövsüm 17 qol vuraraq liqada 15-ci yerdə qərarlaşdı.
Yasamal bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yasamal gölü
Yasamal gölü — Azərbaycan ərazisində göl. Yasamal-1 gölünün ətrafında bir sıra abadlaşdırma və yaşıllaşdırma işləri görülüb, gölə axıdılan məişət-kommunal çirkab sularının qarşısı alınıb. Görülən işlər bilavasitə gölün ekoloji vəziyyətinə müsbət təsirini göstərib. Belə ki, gölün oksigen rejmi tam bərpa olunub və suda həll olmuş oksigenin konsentrasiyası yüksəlib, onun biokimyəvi sərfi digər göllər ilə müqayisədə kəskin şəkildə azalıb. Göl suyunun minerallaşmasına görə Yasamal-1 gölü şortəhər sulu göllər qrupuna aiddir. Əsas ionların konsentrasiyası təbii fon daxilində tərəddüd edir və sanitar normanı aşmır. Suyun spesifik çirkləndiricilərndən ancaq fenollar və misin miqdarı normanı bir qədər aşır, bu da onların uzun illər ərzində gölün dibində toplanması və yenidən suyun üst qatlarına qalxması ilə əlaqədardır (təkrar çirklənmə prosesləri). Yasamal-1 gölünün müasir ekoloji vəziyyəti qənaətbəxşdir.
Yasamal parkı
Yasamal parkı — Bakı şəhərinin Yasamal rayonunda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "+82 Qərb" su anbarının ərazisində yerləşən şəhər parkı. Yasamal rayonunun Akim Abbasov və Zahid Xəlilov küçələrinin kəsişməsində yerləşən Yasamal parkının açılışı 25 dekabr 2014-cü ildə prezident İlham Əliyev tərəfindən baş tutub. Parkda geniş yaşıllıq işləri görülüb, abadlıq-quruculuq işləri həyata keçirilib. Parkda iki uşaq oyun meydançası və böyüklər üçün idman meydançası yaradılıb, çoxillik ağaclar, gül və bəzək kolları əkilib. Bu meydançalarda trenajorlar, müxtəlif əyləncə vasitələri quraşdırılıb. Parkın salınması zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, istirahət məkanı orijinal elementlər və formalarla zənginləşdirilib. Həmçinin parkın ərazisində müxtəlif fəvvarələr, süni şəlalələr və xüsusi dizaynla hazırlanmış bulaqlar quraşdırılıb və iki kafe fəaliyyət göstərir.
Yasamal qəbiristanlığı
Yasamal qəbiristanlığı (bəzən "Qurd qapısı" qəbiristanlığı kimi qeyd olunur) — Azərbaycanın Bakı şəhərində yerləşən qəbiristanlıq. Qəbiristanlıq 1940-cı illərdə salınıb. Qəbiristanlıq əsas üç hissədən ibarətdir. Burada müsəlman, yəhudi və xristian məzarlığı var. Nigar Şıxlinskaya (1878–1931), şəfqət bacısı Əliağa Şıxlinski (1863–1943), general-leytenant, dövlət xadimi Mirvarid Dilbazi (1912-2001), xalq şairi Məşədi Süleyman bəy Mansurov (1872–1955), musiqi tədqiqatçısı, Bakı muğam məclislərinin rəhbəri Mir Cəfər Bağırov (1896–1956), Azərbaycan SSR Kommunist Partiyasının MK rəhbəri, general-polkovnik Mustafa Mustafayev (1895-1972), mühəndis Asəf Zeynallı (1909-1932), bəstəkar Nadir Mansurov (1916–1972), tarzən Həsənağa Turabov (1938-2003), aktyor Vaqif Mustafazadə (1940–1979), bəstəkar, caz pianoçusu Əliağa Ağayev (1913–1983), aktyor Əşrəf Quliyev (1924–1994), teatr rejissoru Rübabə Muradova (1933–1983), xanəndə Bəhram Mansurov (1911–1985), tarzən Səməndər Rzayev (1945–1986), aktyor Ceyhun Mirzəyev (1946–1993), aktyor, rejissor İsmayıl Hacıbəyov (1949-2006), bəstəkar Hamlet Qurbanov (1938–1995), aktyor Eldəniz Zeynalov (1937–2001), aktyor Oqtay Ağayev (1934–2006), müğənni Gülşən Qurbanova (1950–2006), aktrisa Həkim Qəni (1918–2008), şair Vəfa Quluzadə (1940–2015), diplomat, ictimai-siyasi xadim Nurəngiz Gün (1938-2014), şairə Tünzalə Əliyeva (1973-2023), aktrisa, əməkdar artist.
Yasamal rayonu
Yasamal rayonu (əvvəlki adı: Oktyabr rayonu) — Bakıda rayon. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin Oktyabr rayonu Yasamal rayonu adlandırılmışdır. Səbail, Qaradağ, Binəqədi və Nəsimi rayonları ilə həmsərhəddir. Yasamal rayon Bakı şəhərinin qərb hissəsini təşkil edir. Keçmiş adı Oktyabr rayonu olmuşdur. Oykonim ərazidəki Yasamal dərəsinin adı ilə adlandırılmışdır. Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Yasamal rayonu inzibati-ərazi vahidi kimi 1932-ci ildə yaradılmışdır, rayon cənubdan Səbail (3 km), qərbdən Qaradağ (3,2 km), şimaldan Binəqədi (2,8 km) və şərqdən Nəsimi (5 km) rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 16,22 kv.km-dir. Rayon ərazisindən — cənubdan "Qurd qapısı"ndan və Badamdar qəsəbəsindən keçərək Bakı-Qazax və Bakı-Astara, qərbdən — Yeni Yasamal massivindən keçərək Bakı dairəvi yol vasitəsilə Bakı-Qazax, Bakı-Astara və Bakı-Yalama, şimaldan — Biləcəri enişi vasitəsilə Bakı-Qazax və Bakı-Yalama magistrallarına çıxış vardır. Rayon əhalisinin sayı 245 900 nəfərdir.
Yeni Yasamal
Yeni Yasamal — Bakının Yasamal rayonu ərazisində yaşayış massivi. Yeni Yasamal yaşayış massivi 1990-cı illərdə salınmışdır. Yaşayış massivi müxtəlif relyefli ərazidə yerləşir. Massiv Yasamal rayonunun qərbindədir. Bir tərəfi Qaradağ rayonu ilə sərhəddir. Xiyabani küçəsi 25-də yerləşən 39 saylı şəhər poliklinikası massiv sakinlərinə xidmət göstərir. 286 saylı tam orta məktəb 308 saylı tam orta məktəb Şuşa şəhər 1 saylı tam orta məktəb Cəbrayıl rayon Dirili Qurbani adına Soltanlı kənd tam orta məktəbi 98 N-li körpələr evi "Yelləncək" körpələr evi "Albalı" uşaq bağçası "Disney" uşaq bağçası "Nağıllar dünyası" uşaq bağçası Massivdə Əsəd Əhmədov və Xiyabani küçələri 2018-ci ildə əsaslı təmir edilmişdir.
Yasamal (dəqiqləşdirmə)
Yasamal rayonu Yasamal (yaşayış massivi) Yeni Yasamal Yasamal gölü Yasamal vadisi Yasamal (İraq) Yasamal — Şamaxı rayonu ərazisində çay. Yasamal — Gədəbəy rayonunda aşırım. Yasamal dərəsi — Abşeron yarımadasının cənub-qərb kənarında, uzunsov qapalı dərə. Yasamal keçidi — Abşeron yarımadasında Yasamal dərəsindən Yasamal platosuna qalxan yoxuş ustundə süni açılmiş keçid.
Yasamal (yaşayış massivi)
Yasamal — Bakının Yasamal rayonu ərazisində yaşayış massivi. Yasamal termini elmi ədəbiyyatda "dağ döşündə yerləşən, çox geniş olmayan, az meyilli düz sahə" kimi izah edilir. Açıqlıq, meşəsiz sahələrə, dağ belinə də yasamal deyilir. Oronimin yastı və yal sözlərindən ibarət olduğu güman edilir. "Yasamalbaşı", "Yasamal ətəyi" və s. terminləri Şamaxı, Ağsu, Göyçay, Gədəbəy, Şəmkir, Qəbələ rayonlarında işlənir. Əsasən 1959-cu ildən Xızı rayonunun kəndlərindən köçənlər Bakının Yasamal deyilən yerində yaşayış mənzilləri tikməyə başlamışlar. Bakı şəhərinin qərb hissəsində yerləşir. Oykonim ərazidəki Yasamal dərəsinin adı ilə adlandırılmışdır.
Yasamal birinci seçki dairəsi
Yasamal ikinci seçki dairəsi
Yasamal üçüncü seçki dairəsi
İmam Hüseyn məscidi (Yasamal)
İmam Hüseyn məscidi və ya Aşumov məscidi — XIX əsrə aid tarix-memarlıq abidəsi. Azərbaycanın Bakı şəhərində yerləşir. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Restavrasiyadan sonra məscid kimi fəaliyyət göstərir. Məscid 1896-cı ildə xeyriyyəçi Hacı Hacıbaba Haşımovun (Aşumov) sifarişi ilə tikilib. Bakıda Yasamal rayonunun Abdulla Şaiq küçəsində yerləşir. Məscidin memarı Adolf Eyxlerdir. Sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.
Qaradağ–Binəqədi-Yasamal seçki dairəsi
Xanım Fatimeyi-Zəhra məscidi (Yasamal)
Xanım Fatimeyi-Zəhra məscidi və ya Fatimeyi-Zəhra məscidi — Azərbaycanın paytaxtı Bakı şəhərinin Yasamal rayonu sahəsində məscid. Məscid Bakıda, Yasamal rayonunda,Çingiz Mustafayev küçəsi 90-da yerləşir. İbadətgah Kərbəlayi Əli Əşrəf Ələsgəroğlu tərəfindən 1919-cu ildə inşa edilmişdir. Məscid 2010-cu ildə təmir edilib. Məscid iki mərtəbədən ibarətdir. Kişilər üçün ibadət zalı birinci mərtəbədə, qadınlar üçün isə ikinci mərtəbədə yerləşir. Qadınların ibadət zalına giriş və qadınların dəstəmazxanası məscidin arxa tərəfindədir. Kişilərin dəstəmazxanası isə məscidin ön hissəsində giriş qapısının yanında yerləşir. İbadətgahda eyni anda 350 nəfər ibadət edə bilər. İbadət evinin bir minarəsi və bir günbəzi var.
15 saylı Yasamal birinci seçki dairəsi
16 saylı Yasamal ikinci seçki dairəsi
17 saylı Yasamal üçüncü seçki dairəsi
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi
Qoca Yasamalski
Qoca Yasamalski (tam adı: Əlibala Həmidov) — kriminal aləmin tanınmış oğrularından biri Əlibala Həmidov 1972-ci ildə Bakı şəhərində anadan olub. Kriminal aləmdə "Qoca Yasamalski" ləqəbi ilə tanınıb. İlk dəfə Azərbaycanda 1992-ci ildə 14 il azadlıqdan məhrum edilib və 2000-ci ildə azadlığa çıxıb. 2009-cu ilin martında keçirilən əməliyyat zamanı "Qoca" sxodkada saxlanılıb. Sxodkada həmçinin "Masallı Mamed", "Dadaş Novxaninski" və "Yusif Bakinski" saxlanılıb. O narkotiklərin qanunsuz dövriyyəsilə bağlı cinayətlərə görə dövlətlərarası axtarışda olub. Qoca Yasamalski 18 avqust 2013-cü ildə Türkiyədə qətlə yetirilib. Onun meyitinin gətirilməsi kriminal aləmdə tanınan sima olan Adəm Avarskinin müşayiəti ilə həyata keçirilib. Cənazə 30-a yaxın avtoritetin müşayiəti ilə Bakı hava limanında qarşılanıb və Yasamal rayonu Şərifzadə küçəsinə gətirilib. Avqustun 20-də axşam məşhur avtorirtet Qoca Yasamalski həmin ünvandan son mənzilə yola salınıb.

Значение слова в других словарях