Yasamal parkı — Bakı şəhərinin Yasamal rayonunda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "+82 Qərb" su anbarının ərazisində yerləşən şəhər parkı.[1]
Yasamal parkı | |
---|---|
| |
Məlumatlar | |
Parkın tipi | park |
Ölkə | |
Yerləşməsi | Yasamal rayonu, Bakı, Azərbaycan |
Koordinatları | 40°23′16″ şm. e. 49°48′43″ ş. u.HGYO |
Yaradılıb | 25 dekabr 2014 |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Yasamal rayonunun Akim Abbasov və Zahid Xəlilov küçələrinin kəsişməsində yerləşən Yasamal parkının açılışı 25 dekabr 2014-cü ildə prezident İlham Əliyev tərəfindən baş tutub. Parkda geniş yaşıllıq işləri görülüb, abadlıq-quruculuq işləri həyata keçirilib. Parkda iki uşaq oyun meydançası və böyüklər üçün idman meydançası yaradılıb, çoxillik ağaclar, gül və bəzək kolları əkilib. Bu meydançalarda trenajorlar, müxtəlif əyləncə vasitələri quraşdırılıb. Parkın salınması zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, istirahət məkanı orijinal elementlər və formalarla zənginləşdirilib. Həmçinin parkın ərazisində müxtəlif fəvvarələr, süni şəlalələr və xüsusi dizaynla hazırlanmış bulaqlar quraşdırılıb və iki kafe fəaliyyət göstərir.[2]