Yasamal qəbiristanlığı
Yasamal qəbiristanlığı (bəzən "Qurd qapısı" qəbiristanlığı kimi qeyd olunur) — Azərbaycanın Bakı şəhərində yerləşən qəbiristanlıq. Qəbiristanlıq 1940-cı illərdə salınıb. Qəbiristanlıq əsas üç hissədən ibarətdir. Burada müsəlman, yəhudi və xristian məzarlığı var.
Nigar Şıxlinskaya (1878–1931), şəfqət bacısı
Əliağa Şıxlinski (1863–1943), general-leytenant, dövlət xadimi
Mirvarid Dilbazi (1912-2001), xalq şairi
Məşədi Süleyman bəy Mansurov (1872–1955), musiqi tədqiqatçısı, Bakı muğam məclislərinin rəhbəri
Mir Cəfər Bağırov (1896–1956), Azərbaycan SSR Kommunist Partiyasının MK rəhbəri, general-polkovnik
Mustafa Mustafayev (1895-1972), mühəndis
Asəf Zeynallı (1909-1932), bəstəkar
Nadir Mansurov (1916–1972), tarzən
Həsənağa Turabov (1938-2003), aktyor
Vaqif Mustafazadə (1940–1979), bəstəkar, caz pianoçusu
Əliağa Ağayev (1913–1983), aktyor
Əşrəf Quliyev (1924–1994), teatr rejissoru
Rübabə Muradova (1933–1983), xanəndə
Bəhram Mansurov (1911–1985), tarzən
Səməndər Rzayev (1945–1986), aktyor
Ceyhun Mirzəyev (1946–1993), aktyor, rejissor
İsmayıl Hacıbəyov (1949-2006), bəstəkar
Hamlet Qurbanov (1938–1995), aktyor
Eldəniz Zeynalov (1937–2001), aktyor
Oqtay Ağayev (1934–2006), müğənni
Gülşən Qurbanova (1950–2006), aktrisa
Həkim Qəni (1918–2008), şair
Vəfa Quluzadə (1940–2015), diplomat, ictimai-siyasi xadim
Nurəngiz Gün (1938-2014), şairə
Tünzalə Əliyeva (1973-2023), aktrisa, əməkdar artist.