YATAQXANA

is.
1. Adətən bir müəssisədə işləyən adamların, yaxud bir məktəbdə oxuyan tələbələrin bir yerdə yaşadığı ev. Fəhlə yataqxanası. Tələbə yataqxanası. Yataqxana növbətçisi. Yataqxanada yaşamaq.
– Özü kimi iri bir oğlanın rayon mərkəzindəki ümumi yataqxanada müftə yeyib-içib yaşaması nədənsə [Fərmana] ağır gəlirdi. Ə.Sadıq.

2. Yataq otağı.
YATAQ
YATAQLI
OBASTAN VİKİ
Yataqxana (teleserial, 2017)
Yataqxana - ARB kanalında efirə gedən 2017-ci il istehsalı Azərbaycan serialı. Serialda "Qız Ana Kimi" realiti şousunun iştirakçıları da iştirak edir. == Süjet xətti == Serial təhsil almaq üçün Bakıya gələn gənclərin macəralarından bəhs edir.
Tələbə yataqxanası
Tələbə yataqxanası, tələbə evi və ya sadəcə yataqxana; tələbələrin təhsil müddətində kütləvi qaldıqları məkanlara verilən addır. Yataqxanalar ümumiyyətlə ailələrinin yaşadığı şəhərdən fərqli bir şəhərdə yaşayan tələbələr tərəfindən istifadə olunur. Yataqxana tələbələri əsasən universitet tələbələridir. Yataqxanalar, həm universitetin bir hissəsi ola bilər, həm də şəxsi ola bilər.

Значение слова в других словарях