YATMIŞ

прил.
1. спящий. Yatmış uşaq спящий ребёнок; yatmış tumurcuqlar бот. спящие глазки (почки)
2. лежалый, залежалый (о товаре)
YATMALI
YATMIŞLIQ
OBASTAN VİKİ
Yatmış hermafrodit
Yatmış hermafrodit (it. L'Ermafrodito dormiente) — həyat ölçülü, Hermafroditin təsvir edildiyi qədim mərmər heykəl. 1620-ci ildə italyan heykəltaraşı Covanni Lorenso Bernini heykəlin indi üzərində uzandığı döşəyi yonmuşdur. Heykəlin forması Veneranın təsvir edildiyi qədim heykəllərdən, həmçinin digər qədim çılpaq qadın heykəlləri, o cümlədən Dionis/Baxusun feminin ellinist heykəllərindən götürülmüşdür. Əsər ellinizm və Qədim Roma dövrlərində tez-tez müraciət edilən mövzulardan birində işlənmişdir və bu mövzuda işlənmiş bir neçə incəsənət nümunəsi dövrümüzə çatmışdır. Romadakı Santa-Mariya-della-Vittoriya kilsəsinin ərazisindən aşkarlanmış “Yatmış Hermofrodit” heykəli Kardinal Skipione Borgeze tərəfindən bəyənilmiş və Borgeze kolleksiyasına qatılmışdır. Sonradan “Borgeze Hermofroditi” fransızlara satılmış və bu günə kimi Luvr muzeyində sərgilənməkdədir. “Yatmış Hermofrodit” ellinizm dövrü yunan heykəltaraşı Polikles (təxm. e.ə. 155) tərəfindən hazırlanmış orijinal bürünc heykəl əsasında Roma imperiyası dövründə hazırlanmışdır.
Yatmış vulkan
Yatmış vulkan (ing. dormant volcano) — püskürməsi barədə məlumat olmayan lakin öz formasını saxlayan vulkan. Qafqazda Elbrus vulkanı bu qəbildən olan vulkanlara nümunədir.
Yatmış gözəl (nağıl)
Yatmış gözəl (nağıl) — ənənəvi Avropa nağılıdır. Nağılın 1697-ci ildə Şarl Perro tərəfindən nəşr edilmiş versiyası dərsliyə çevrildi. Nağılın Qrimm qardaşlarının versiyası da məlumdur. Aarne-Tompson təsnifatına görə, bu süjet 410 rəqəminə malikdir və süjeti fövqəltəbii qohumlar (kralın arvadı, baş qəhrəmanın ögey anası) üzərində qurulmuş nağıllara aiddir. Bu nağıl üçün çoxlu rəsmlər, baletlər, filmlər var. Kral və kraliçanın çoxdan gözlənilən qızı dünyaya gəlir və bir pəridən başqa krallığın bütün pərilərini bayrama dəvət edirlər - çünki o, yarım əsridi ki, öz qəsrindən ayrılmamışdı və hamı onun öldüyünü düşünürdü. Vəftiz ziyafətinin qızğın vaxtında çağırılmamış pəri peyda olur, ona elə gəlirdi ki, ona hörmətsizlik edilir, çünki onun üçün kifayət qədər qiymətli qab-qacaq qoyulmayıb. Çağırılmamış pərilərdən və digər birindən başqa, bütün pərilər şahzadəyə sehrli hədiyyələr təqdim etdikdə, qoca pəri Karabos şokedici kəhanətini söylədi: şahzadə barmağını cəhrənin iynəsinə sancaraq öləcək. Sonuncu pəri hökmü yumşaldır: “Bəli, şahzadə barmağını iynəyə sancacaq, amma düz 100 il yatacaq” (Perronun orijinal variantında şahzadənin adı çəkilmir). Padşah bütün cəhrələri və iynələri yandırmaq üçün fərman verir, amma boş yerə: 16 ildən sonra şahzadə şəhərdən kənar qəsrdə, kral fərmanı haqqında heç nə eşitməyən və ip əyirən yaşlı bir qadın tapır.
Yatmış gözəl (film, 2011)
«Yatmış gözəl» (ing. Sleeping Beauty) — avstraliyalı rejissor Culiya Linin, erotika elementləri ilə çəkilmiş dram janrında film. Baş rolda Emili Brauninq çəkilib. Film dolanacaq qazanmaq üçün özəl klubda işləyən cavan tələbə qız haqda danışır. Filmin beynəlxalq premyerası 11 may 2011-ci ildə Kann kinofestivalında keçirilib. Filmin süjeti «Susanna və qocalar» adlı bibley tarixcəsinin allüziya və reminissensiyasıdır. Bir neçə yerdə işləyən, yaşayış yeri ilə əlaqədar problemləri olan Avstraliyalı tələbə Lüsi student qəzetində özəl elitar gecə klubunda, klientlər üçün alt paltarında yemək verən offisiant işi tələb olunan elan görür. Başqa-başqa vaxt ərzində telefon zəngi ilə onu şəhərətrafında yerləşən villaya dəvət alır. Orada güclü narkotikların təsiri ilə o səhərə kimi yatır, qoca klientlər isə bu zaman onun bədəni ilə istədiklərini edirlər. Yeganə tabu — vaginal seksin qadağasıdır və bu haqda klientlər salonun sahibəsi tərəfindən əvvəlcədən xəbərdar olunurlar.

Значение слова в других словарях