Yatmış hermafrodit

Yatmış hermafrodit (it. L'Ermafrodito dormiente) — həyat ölçülü, Hermafroditin təsvir edildiyi qədim mərmər heykəl. 1620-ci ildə italyan heykəltaraşı Covanni Lorenso Bernini heykəlin indi üzərində uzandığı döşəyi yonmuşdur. Heykəlin forması Veneranın təsvir edildiyi qədim heykəllərdən, həmçinin digər qədim çılpaq qadın heykəlləri, o cümlədən Dionis/Baxusun feminin ellinist heykəllərindən götürülmüşdür. Əsər ellinizm və Qədim Roma dövrlərində tez-tez müraciət edilən mövzulardan birində işlənmişdir və bu mövzuda işlənmiş bir neçə incəsənət nümunəsi dövrümüzə çatmışdır. Romadakı Santa-Mariya-della-Vittoriya kilsəsinin ərazisindən aşkarlanmış “Yatmış Hermofrodit” heykəli Kardinal Skipione Borgeze tərəfindən bəyənilmiş və Borgeze kolleksiyasına qatılmışdır. Sonradan “Borgeze Hermofroditi” fransızlara satılmış və bu günə kimi Luvr muzeyində sərgilənməkdədir.

Yatmış hermafrodit
it. L'Ermafrodito dormiente
Luvrda saxlanan Borgeze nüsxəsi
Xəritə
48°51′37″ şm. e. 2°20′15″ ş. u.HGYO
Ölkə Fransa Fransa
Yerləşir Luvr muzeyi
Heykəltaraş naməlum
Covanni Lorenso Bernini (matras)
Tikilmə tarixi naməlum
1620 (matras)
Kəşf tarixi 1608
Texnikası yonma
Hündürlüyü 46,5 sm
Uzunluğu 169 sm
Eni 1,69 m
Material mərmər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

“Yatmış Hermofrodit” ellinizm dövrü yunan heykəltaraşı Polikles (təxm. e.ə. 155) tərəfindən hazırlanmış orijinal bürünc heykəl əsasında Roma imperiyası dövründə hazırlanmışdır.[1] Orijinal heykəl Plini tərəfindən Təbii tarix əsərində təsvir edilmişdir.[2]

Orijinal Borgeze nüsxəsi

[redaktə | mənbəni redaktə et]

Qədim heykəl XVII əsrin əvvəllərində, Diokletiyan hamamı yaxınlığında yerləşən Santa-Mariya-della-Vittoriya kilsəsinin təməlində qazalntılar zamanı aşkarlanmış, həmin ərazinin vaxtilə Sallust bağlarının tərkibində olması bildirilmişdir. Heykəl kilsənin təməlinin qoyulması və ya şpaleraların qazılması zamanı üzə çıxarılmışdır.[3]

Heykəl Kardinal Skipione Borgezeyə təqdim edilmiş, o isə öz növbəsində memar Covanni Battista Sorianın kilsənin fasadnı işləməsi üçün maddi yardım etmişdir. Skipione Borgeze yeni inşa etdirdiyi villanın otaqlarından birini “Hermofrodita otağı” adlandırmış və heykəl həmin otağa yerləşdirilmişdir.

1620-ci ildə Skipionenin protejesi Covanni Lorenso Bernini altmış skudi ödəniş qarşılığında heykəl üçün döşək hazırlamış və ağ mərmərdən yonulmuş həmin döşək o qədər realistik görünüşə malik olmuşdur ki, ziyarətçilər onun həqiqiliyinə inanaraq yumşaqlığını yoxlamaq istəmişlər.[4]

Paulina Bonapartla evlənmiş şahzadə Kamillo Borgeze ailə kolleksiyasından olan bir neçə incəsənət nümunəsi ilə birlikdə “Borgeze Hermofroditi”ni də 1807-ci ildə fransızlara satmış, Fransada Luvr muzyində yerləşdirilmiş əsər ingilis şairi Alcernon Çarlz Suinberni 1863-cü ildə “Hermofrodit” adlı poemasını yazmağa ilhamlandırmışdır.[5]

Qədim nüsxələri

[redaktə | mənbəni redaktə et]

1781-ci ildə “Yatmış Hermofrodit”in ikinci əsrə aid nüsxəsi aşkarlanaraq, Borgeze qalereyasında satılmış nüsxənin yerində yerləşdirilmişdir. 1880-ci ildə Romanın birləşdirilmiş İtaliyanın yeni paytaxtı elan edilməsi üçün aparılan inşaat işləri zamanı əsərin üçüncü mərmər variantı tapılmışdır. Həmin nüsxə hazırda Roma Milli Muzeyinin tərkibinə daxil olan Palaçço Massimo Alle Terme muzyində sərgilənir.

Heykəlin digər üç qədim nüsxəsi isə Florensiyadakı Uffitsi qalereyasında, Vatikandakı Vatikan muzeylərindəSankt-Peterburqdakı Ermitaj muzeyində saxlanılır.

Müasir nüsxələri

[redaktə | mənbəni redaktə et]

İntibah dövründən başlayaraq heykəlin müxtəlif materiallardan olan kopyaları hazırlanmışdır. İspaniya kralı IV Filippin sifarişi ilə Velaskes tərəfindən tuncdan hazırlanmış tam ölçülü nüsxə Prado muzeyində, Martin Karlier tərəfindən hazırlanmış nüsxə isə Versal sarayında saxlanılır. Kompozisiyann təsiri Velaskesin hazırda London Milli Qalereyasında saxlanan Venera güzgü ilə əsərinin kompozisiyasında hiss olunur.[6]

Covanni Françesko Susini tərəfindən bürüncdən hazırlanmış kiçik ölçülü kopya Nyu-Yorkun Metropoliten muzeyində saxlanılır. Fransua Dükenua tərəfindən fil sümüyündən hazırlanmış kiçik ölçülü kopya 1640-cı illərdə Con Evelin tərəfindən Romada alınmışdır.[7]

ABŞ sənətkarı Barri X Ball Karrara mərmərindən hazırlanmış döşək üzərində uzanmış qara Belçika mərmərindən hazırlanmış versiyanıı Luvr nüsxəsi əsasında işləmiş və 2010-cu ildə tamamlamışdır.[8] 10 may 2016-cı ildə heykəl “Christies” Nyu-York hərracında satışa çıxarılmış və $500,000-800,000 qiymətində dəyərləndirilmişdir.

  1. Robertson, A History of Greek Art, (1975), vol. I:551-52.
  2. Pliny, Hist. Nat., XXXIV.19.
  3. According to two seventeenth-century accounts noted in Haskell and Penny 1981:234.
  4. Haskell and Penny, 1981:235.
  5. Text of "Hermaphroditus" Arxiv surəti 17 mart 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2008-03-17 at the Wayback Machine
  6. According to Clark, in The Nude: A Study in Ideal Form. Princeton University Press, 1990. ISBN 0-691-01788-3, the Rokeby Venus "ultimately derives from the Borghese Hermaphrodite". Clark, p. 373, note to page 3. See also the entry in: MacLaren, Neil; revised Braham, Allan. The Spanish School, National Gallery Catalogues. National Gallery, London, 1970. pp. 125–9. ISBN 0-947645-46-2
  7. Francis Haskell and Nicholas Penny, Taste and the Antique (Yale University Press) 1981, cat. no. 48 (pp 234ff) et passim
  8. "Barry X Ball's black marble "Sleeping Hermaphrodite" after the Louvre's Hermaphrodite Endormi". 2015-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-11.
  • Haskell, Francis and Nicholas Penny (1981). Taste and the Antique: The Lure of Classical Sculpture, 1600-1900. New Haven: Yale University Press.
  • Avery, Charles. Bernini: Genius of the Baroque. London: Thames and Hudson. 1997. ISBN 9780500286333.
  • Baldinucci, Filippo. The Life of Bernini. University Park: Pennsylvania State University Press. 2006. ISBN 9780271730769.
  • Bernini, Domenico. The Life of Giano Lorenzo Bernini. University Park: Pennsylvania State University Press. 2011. ISBN 9780271037486.
  • Mormando, Franco. Bernini: His Life and His Rome. Chicago: University of Chicago Press. 2011. ISBN 9780226538525.
  • Robertson, Martin (1975).A History of Greek Art, vol. I:551-52, New York: Cambridge University Press.
  • Wittkower, Rudolf. Gian Lorenzo Bernini: The Sculptor of the Roman Baroque. London: Phaidon Press. 1955. ISBN 9780801414305.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]