YAYLA
YAYLAQLAMAQ
OBASTAN VİKİ
Yaylaq
Yaylaq — mal–qaranın yay zamanı otarıldığı ərazi, yer. Maldarlıq meydana gəldikdən sonra yaylaqlardan geniş istifadə olunur. Azərbaycanda yaylaqların əksəriyyəti dəniz səviyyəsindən orta hesabla 2800 m-ə qədər yüksəklikdədir. Böyük və Kiçik Qafqaz dağlarındakı alp və subalp çəmənlikləri qoyunçuluğun qədim yaylaqları sayılır. Yaylaq həm də sərinliyinə görə yay istirahəti üçün əlverişli olan dağ yeridir. Azərbaycanda təqribən 6 minillik tarixi olan yaylaqlardan indi də geniş istifadə olunur. Yaylaq Azərbaycanda geniş yayılmış müvəqqəti yaşayış məskənlərindən biridir. Yaylaqlar, adətən, yüksək dağlıq yerlərdə, alp çəmənliklərində yerləşir. İlin 3-4 ayını yaylaqlarda keçirən maldar elatlar burada alaçıq və dəyələrdə yaşayırdılar. Yaylaqlara köçmə və yurdsalma qaydalarında, əsasən, su mənbələrinə yaxınlıq və otlaq qayğıları, həmçinin qohumluq münasibətləri üstün yer tuturdu.
Abaran (yaylaq)
Abaran yaylağı - Alagöz (Ələyəz) və Pəmbək dağ silsilələri arasında Kasax (əsli Qazax) çayının yuxarı axınında yaylaq adı Qədim türk mənşəli Abaran tayfasının adını əks etdirir.
Darfur (yaylaq)
Darfur düzənliyi Afrikada Nilin qolu(Ağ Nil) ilə Çad gölü arasında yerləşir. Həmçinin bir çox xəritələrdə "Marra Platosu" kimi qeyd edilir.Onun cənubunda Himbala dağı(3088m), Şimalında Tibesti yaylası, Qərbində Çad gölü,Şərqində isə Ağ Nil yerləşir.
Əyricə (yaylaq)
Əyricə — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda yaylaq. Dərələyəz və Göyçə mahalları arasında, sərhəddə yerləşir. İbrahim Bayramov.
Milli Yaylaq Festivalı
Milli Yaylaq Festivalı (ing. The National Highland Festival) — Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği, tarixi adət və milli ənənələrə söykənən ən böyük etnoqrafik-mədəni-idman tədbirlərindən birini həyata keçirməklə, ölkənin və regionun sosial, iqtisadi, mədəni inkişafına dəstək məqsədilə ilk dəfə 2019-cu ilin iyulun 26-da Gədəbəy rayonunda keçirilən festival. “Milli Yaylaq Festivalı” - xalqımızın kökü min illərə söykənən zəngin yaylaq ənənələrinin və elat mədəniyyətinin yaşadılması və təbliği məqsədilə genişmiqyaslı el şənliyi formatında düşünülüb hazırlanmış orijinal layihədir. Azərbaycan xalqı olduqca zəngin və çoxşaxəli mədəniyyətə malik bir xalqdır. Zəngin şəhərsalma ənənələri ilə yanaşı, onun yüz illərlə, min illərlə formalaşan həyat tərzi və unikal mədəniyyət nümunələri sırasına yaylaq mədəniyyəti və elat ənənələrini də cəsarətlə aid etmək olar. Əzəldən əsasən əhalimizin heyvandarlıqla məşğul olan hissəsinə xas olan bu maraqlı mövsümi köçərilik ənənəsi bütün tarixi Azərbaycanın torpaqlarında geniş yayılmışdır. Bu ənənələrə uyğun olaraq, hər bir bölgənin özünün ənənəvi yaylaq əraziləri formalaşmışdır. ”Milli Yaylaq Festivalı” - bu zəngin yaylaq ənənələrinin və unikal elat mədəniyyətinin yaşadılması, tanıdılması və təbliği məqsədilə hazırlanmış layihədir. “Milli Yaylaq Festivalı” həm də geniş coğrafi məkanda yaşayan türksoylu xalqların ortaq tarixi ənənələrinin və mədəniyyətlərinin qarşılıqlı tanıdılması və bu istiqamətdə xalqlararası mədəni-etnoqrafik, elmi-praktiki əməkdaşlıq üçün uğurlu və əlverişli platformadır. Festivalın əsas hədəfləri dayanıqlı turizm məkanı olan orijinal etnoqəsəbə yaratmaqla, ölkədə müasir turizm sektoruna yenilik və unikallıq bəxş etmək, eyni zamanda hər il ənənəvi şəkildə “Milli Yaylaq Festivalı”nı təşkil etməklə, ölkəmizin turizm cazibədarlığının artırılmasına və beynəlxalq aləmdə tanıdılmasına töhfə verməkdir.
Harami yaylaqları
Harami yaylaqları — Ermənistan Respublikasının cənubunda, keçmiş Qafan rayonunda, Gığı dərəsi ərazisində yerləşən yaylaq. Yaylaqdan qədim zamanlardan Sovet dövrünə kimi Cəbrayıl, Füzuli elləri mal-qara otarılması üçün istifadə edib. Gığı dərəsində Acıbac kəndindən yuxarıda Sarıdərə çayının başında yerləşən Harami yaylaqları qədim yaylaq yerlərindən biridir. Yaylaq ərazisində eyniadlı ərazicə iri Harami qəbiristanlığı da yerləşib ki, burada yaylaq vaxtı dünyadan köçənlər dəfn ediliblər. Erməni qadağalarına baxmayaraq Azərbaycanlıların Qafan rayonu ərazisindən deportasiyasına kimi Cəbrayıl rayonunun Hovuslu, Horovlu (Horavlı), Şahvəlli (Şahvəlili), Qovşudlu (Qovşud), Mahmudlu, Çərəkən fermaları Harami yaylaqlarına gəliblər. Yaylaq yaxınlığındakı azərbaycanlı kəndləri ilə Cəbrayıl rayonunda yerləşən kəndlər arasında qohumluq münasibətləri bugünə kimi qalır.
Yaylaqda (rəsm əsəri)
Yaylaqda — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1966-cı ildə çəkdiyi rəsm əsəri. Toğrul Nərimanbəyovun 1966-1967-ci illərdə çəkdiyi Yaylaqda rəsm əsərində rəssam yaylağı təsvir edib. Rəsm əsərinin mərkəzində xalçanın üzərində iki qadın əyləşib, onlardan arxada isə yüklənmiş arabalar, ön planda isə qoyunla birlikdə papaqlı oğlan təsvir edilib. Nurəddin Həbibov qeyd edir ki, Nərimanbəyov özünün bu əsərində digər rəsmlərində olduğu kimi rənglərin ən yüksək emosionallığına çatıb. Sənətşünas İvan Qorin yazır ki, bu rəsm əsərində fırça burulur, şişir hərəkət edir, mübarizə aparır həyatın mübarizə nəticəsində güclü olduğunu təsdiq edir. Cisimlər elastik rənglər isə şəndir.
Yaylaqlar
Yaylaq — mal–qaranın yay zamanı otarıldığı ərazi, yer. Maldarlıq meydana gəldikdən sonra yaylaqlardan geniş istifadə olunur. Azərbaycanda yaylaqların əksəriyyəti dəniz səviyyəsindən orta hesabla 2800 m-ə qədər yüksəklikdədir. Böyük və Kiçik Qafqaz dağlarındakı alp və subalp çəmənlikləri qoyunçuluğun qədim yaylaqları sayılır. Yaylaq həm də sərinliyinə görə yay istirahəti üçün əlverişli olan dağ yeridir. Azərbaycanda təqribən 6 minillik tarixi olan yaylaqlardan indi də geniş istifadə olunur. Yaylaq Azərbaycanda geniş yayılmış müvəqqəti yaşayış məskənlərindən biridir. Yaylaqlar, adətən, yüksək dağlıq yerlərdə, alp çəmənliklərində yerləşir. İlin 3-4 ayını yaylaqlarda keçirən maldar elatlar burada alaçıq və dəyələrdə yaşayırdılar. Yaylaqlara köçmə və yurdsalma qaydalarında, əsasən, su mənbələrinə yaxınlıq və otlaq qayğıları, həmçinin qohumluq münasibətləri üstün yer tuturdu.
Yaylaqmarşun (Əbhər)
Yaylaqmarşun (fars. ييلاق مرشون‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 432 nəfər yaşayır (77 ailə).
Yaylaqda
Yaylaqda — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1966-cı ildə çəkdiyi rəsm əsəri. Toğrul Nərimanbəyovun 1966-1967-ci illərdə çəkdiyi Yaylaqda rəsm əsərində rəssam yaylağı təsvir edib. Rəsm əsərinin mərkəzində xalçanın üzərində iki qadın əyləşib, onlardan arxada isə yüklənmiş arabalar, ön planda isə qoyunla birlikdə papaqlı oğlan təsvir edilib. Nurəddin Həbibov qeyd edir ki, Nərimanbəyov özünün bu əsərində digər rəsmlərində olduğu kimi rənglərin ən yüksək emosionallığına çatıb. Sənətşünas İvan Qorin yazır ki, bu rəsm əsərində fırça burulur, şişir hərəkət edir, mübarizə aparır həyatın mübarizə nəticəsində güclü olduğunu təsdiq edir. Cisimlər elastik rənglər isə şəndir.

Значение слова в других словарях