1. İpindən tutub öz arxasınca çəkmək. Atı yedəkləmək.
– Bir azdan sonra bəyin də atını yedəkləyib gətirdilər.
2. Əlindən tutub öz dalınca aparmaq.
Üçüncüsü vaxtında müalicə etməyib göz ağrısından əbədi kor olmuş atasını yedəkləyirdi.
3. Bir yerindən tutub saxlamaq.
4. məc. dan. Bir işə qoşmaq, calamaq. Uşaq bir az böyüyən kimi onu bir işlə yedəkləmək lazımdır.