Mən yekcəhətəm təriqətimdə.
[Molla Vəli:] Hamı yekdil, yekcəhət bu yolda qan tökməyə amadə olar.
□ Yekcəhət olmaq köhn. – həmrəy olmaq, yekdil olmaq, bir olmaq, birləşmək.
[Xanzadələr və bəyzadələr] birləşib, yekdil və yekcəhət olub, ümumi məsələlər irəli yetirmək əvəzinə neçə-neçə firqəyə bölünüb bir-biri ilə büğz və ədavət başladılar.