YELİN

is. Məməli heyvanlarda süd yığılan (süd vəziləri və məmələri yerləşən) orqan. Bu inəyin yelinində süd çoxdur.
– Salxımsalxım olacaqdır ağ üzümü tənəklərin; Yelinləri dolacaqdır yenə sağmal inəklərin. S.Vurğun.
Yelini südlə dolu qoyunlar ağıllardakı quzuların mələşməsini eşitdikcə daha yanıqlı bir səslə onlara hay verərək, yatağa çatmağa tələsirdi. M.İbrahimov.

□ Yelin salmaq – yelini böyümək (doğmağa bir neçə gün qalmış heyvanın). Boz inək yelin salıb.
Qızıl (qırmızı) yelin – boğaz inək.
[Qədim:] Xırda, bir sən o qırmızı yelini görürsənmi? S.Rəhimov.

Синонимы

  • YELİN YELİN (heyvanlarda: inəkdə, qoyunda, keçidə və s.) Tut qoyunun belini; Ələ gəlmir yelini; Bir doyunca görəydim; Onu sağan gəlini (Bayatı); ƏMCƏK [Bağı

Этимология

  • YELİN Bəzi türk dillərində cilim, celim, cilen, celin kimi işlədilir. Ci(ce) isə “su” de­məkdir. Cibin - höyüş deməkdir
YELGƏ
YELİNLƏMƏ
OBASTAN VİKİ
Elfrida Yelinek
Elfride Yelinek (alm. Elfriede Jelinek‎; 20 oktyabr 1946[…])) — Avstriya yazıçısı, dramaturq, şair və ədəbi tənqidçi, Ədəbiyyat üzrə Nobel mükafatı (2004), Henrix Böll mükafatı (1986), Georq Büxner mükafatı (1998), Henrix Heyne mükafatı (2002), Frans Kafka mükafatı (2004) laureatı. == Həyatı == Avstriya yazıçısı və dramaturqu Elfrida Yelinek ölkənin cənubunda, Sloveniya ilə sərhəddə yerləşən Ştıria torpağında, qarışıq yəhudi-çex ailəsində doğulmuşdu. Yazıçının soyadı da çex-slavyan mənşəlidir. "Yelinek" çex dilində "maral" mənasını ifadə edir. Atası kimyaçı idi. Məhz peşəsinə zərurət olduğuna görə Hitlerin hakimiyyəti dönəmində yəhudi soyqırımından – Holokostdan salamat qurtara bilmişdi. Yelinek ailəsinin bir çox üzvlərinin həyatına isə həbs düşərgələrində son qoyulmuşdu. Görünür, bütün bunlar təsirsiz ötüşməmiş və aradan illər keçəndən sonra atasının psixikasının pozulması ilə nəticələnmişdi. Müalicə nəticə verməmişdi.

Значение слова в других словарях