YELLƏNƏ-YELLƏNƏ

zərf
1. Yellənərək, dalğalanaraq.
Sürəkdən qurtarmış körpə maraltək; Saçları dağınıq, əlində ətək; Yellənə-yellənə gəlir qaçaraq. H.K.Sanılı.
Qızın saçları, uzun hörüklərlə topuğa sarı; Yellənə-yellənə dalğalanırdı. S.Vurğun.
Qara kişi artıq dayanmadı, ətəkləri yellənə-yellənə idarədən çıxdı. Ə.Əbülhəsən.

2. məc. Nazlana-nazlana, əzilə-əzilə, nazqəmzə ilə. Yellənə-yellənə gələn yar.
YELLƏNDİRMƏK
YELLƏNMƏ

Значение слова в других словарях