Yem
Yem — kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi üçün becərilən birillik, ikiillik və çoxillik bitkilər. Buraya siloslu və dənli yem bitkiləri aiddir. Azərbaycanda birillik və çoxillik yem otları, şalğam, yemlik, yerkökü, yem çuğunduru, turneps, kartof (yemlik sortları), yerarmudu, yemlik qarpız və qabaq, qarğıdalı, günəbaxan, yem kələmi və s. becərilir. Yaşıl yem üçün dənli-paxlalı (noxud, soya, mərci) və dənli yemlər (çovdar, vələmir, arpa, darı) bitkilər, dənli yemlər almaq üçün çöl noxudu, at paxlası, noxud, vələmir, arpa, qarğıdalı, darı, kalış və s. bitkilərdən istifadə olunur.
İstifadə olunan yem kütləsinin, yemi istifadə edənin çəkisinin artımına nisbəti (onların kimyəvi tərkibindən asılı olmayaraq). Yem əmsalı sənaye heyvanlarının inkişafı üçün yem resurslarının effektivliyini göstərir.
Heyvanların sağlam saxlanmasını v ə yüksək məhsuldarlığını təmin etmək üçün zəruri qidalı maddələrin miqdarı. Yemləmə məhsuldarlıqdan (südlük, ətlik, yunluq, yumurtalıq), məhsulun tərkibindən (südün yağlılığı) fizioloji vəziyyətdən (böyümə, dölün inkişafı və s.) asılı olaraq normaya salınır.