yem-alaflı

yem-alaflı
yem-alaf
yem-alafsız
OBASTAN VİKİ
Yem
Yem — kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi üçün becərilən birillik, ikiillik və çoxillik bitkilər. Buraya siloslu və dənli yem bitkiləri aiddir. Azərbaycanda birillik və çoxillik yem otları, şalğam, yemlik, yerkökü, yem çuğunduru, turneps, kartof (yemlik sortları), yerarmudu, yemlik qarpız və qabaq, qarğıdalı, günəbaxan, yem kələmi və s. becərilir. Yaşıl yem üçün dənli-paxlalı (noxud, soya, mərci) və dənli yemlər (çovdar, vələmir, arpa, darı) bitkilər, dənli yemlər almaq üçün çöl noxudu, at paxlası, noxud, vələmir, arpa, qarğıdalı, darı, kalış və s. bitkilərdən istifadə olunur. İstifadə olunan yem kütləsinin, yemi istifadə edənin çəkisinin artımına nisbəti (onların kimyəvi tərkibindən asılı olmayaraq). Yem əmsalı sənaye heyvanlarının inkişafı üçün yem resurslarının effektivliyini göstərir. Heyvanların sağlam saxlanmasını v ə yüksək məhsuldarlığını təmin etmək üçün zəruri qidalı maddələrin miqdarı. Yemləmə məhsuldarlıqdan (südlük, ətlik, yunluq, yumurtalıq), məhsulun tərkibindən (südün yağlılığı) fizioloji vəziyyətdən (böyümə, dölün inkişafı və s.) asılı olaraq normaya salınır.
Yem güldəfnəsi
Samanlıq güldəfnəsi (lat. Trigonella foenum-graecum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güldəfnə cinsinə aid bitki növü. Vətənı Yaxın Şərq, Xüsusən Suriya, Cənubi-Qərbi Avropa, Hindistan və Çindir. Çindən Aralıq dəniziniə qədər geniş sahəyə yayılıb. Toxumları və bəzi ölkələrdə yaşıl yarpaqları göyərti kimi istifadə olunmaqdadır. Dadı acıtəhər və ətirlidir. Efirində 40 növ maddə tapılır. Qədimdən Orta Şərq ve Hind mətbəxində istifadə olunmaqdadır. Sarə-kəhrəba rəngli rombşəkilli güldəfnə toxumları, adətən şoraba və pastaların hazırlanmasında isitfadə olunur. Xüsusən Hindistan subkontinentinin mətbəxində rast olunur.
Yem noxudu
Əkin lərgəsi (lat. Vicia sativa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü.
Yem və dəyişdirmə
Yem və dəyişdirmə — dələduzluğun növü. Bu, əsasən pərakəndə satışda istifadə edilsə də, digər kontekstlərə də aid edilir. İlk növbədə, müştərilər satıcıların reklam etdiyi aşağı qiymətə olan məhsulları və ya xidmətlərinə görə "yemə düşürlər", lakin onlar mağazaya gələndə ya reklam edilən məhsulların mövcud olmadığını aşkar edirlər, ya da satıcılar müştərilərə oxşar, lakin daha yüksək qiymətə olan məhsullara baxmağa məcbur edirlər. Buna "dəyişdirmə" deyilir. "Yem və dəyişdirmə" üsulları kommersiya mədəniyyətinin bir hissəsi kimi uzun və geniş bir tarixə malikdir. Məsələn, məsələn, Çin müəllifi Çjan İnyinin təxminən 1617-ci ildə dələduzluq haqqında yazdığı "Dələduzluq haqqında kitab" əsərində bunun bəzi variasiyalarına rast gəlmək olar. "Yem və dəyişdirmə" İngiltərə və Uelsdə 2008-ci ildə qəbul edilmiş "İstehlakçıları ədalətsiz ticarət təcrübələrindən qorumaq" haqqında qanun çərçivəsində qadağandır. Bu qanunun pozulması cinayət məsuliyyəti daşıyır. Dələduzluğun bu növü Kanadada Rəqabət haqqında qanuna əsasən qadağandır. "Yem və dəyişdirmə" Avstraliyada 2010-cu ildə qəbul edilmiş "Rəqabət və istehlakçı haqqında akt"a görə qadağandır.
Turneps (Yem turpu)
Turneps (Yem turpu) — kələmkimilər (Brassicaceae) fəsiləsinə daxil olan ikiillik çarpaztozlanan bitki. Yem turpu (turneps) insanlar tərəfindən çox qədim zamanlardan becərilən, tezyetişən, soyuğadavamlı, yüksək məhsuldar, az tələbkar bitkidir. Yem turpu yabanı turpdan əmələ gəlmiş və Avroasiyada geniş yayılmışdır. Onun Rusiya ərazisində qida üçün becərilməsi şüurlu əkinçiliyin başlandığı vaxtdan hesab edilir. XIX əsrin əvvəllərindən isə yem bitkisi kimi becərilməyə başlanmışdır. Bu vaxtdan da şalğam bitkisinin iki adı yaranmışdır: 1) şalğam (qida kimi istifadə edilən, məhsuldarlığı aşağı, ancaq nisbətən şirin sortları), 2) turneps (yem kimi istifadə edilən, məhsuldar, az dadlı sortları). Yem turpunun əsas əkinləri Rusiyanın Qeyriqaratorpaq zonasında cəmlənmişdir. Soyuğadavamlılığı və vegetasiya müddətinin qısa olması onun Qütb dairəsinin riskli əkinçilik rayonlarınıda da müvəffəqiyyətlə becərilməsinə imkan verir. Hektardan 500–600 sentnerə qədər kökümeyvə məhsulu verə bilir. Orta məhsuldarlığı isə 300–400 s/ha-dır.
Çoxsahəli Pambıq Əkini Sahələrində Balanslaşdırılmış Yem Bitkiləri (1984)
Çoxsahəli pambıq əkini sahələrində balanslaşdırılmış yem bitkiləri (film, 1984)
Birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini (film, 1986)
Birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini qısametrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1986-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Elmi-kütləvi film respublikada sənaye əsasları üzrə intensiv surətdə inkişaf etdirilən heyvandarlığın möhkəm yem bazası ilə təmin olunmasına həsr edilmişdir. == Məzmun == Elmi-kütləvi film respublikada sənaye əsasları üzrə intensiv surətdə inkişaf etdirilən heyvandarlığın möhkəm yem bazası ilə təmin olunmasına həsr edilmişdir. Filmdə mal-qaranın qidalı yemə tələbatını ödəmək üçün bir sıra müsbət keyfiyyətli birillik dənli, paxlalı bitkilərin becərilməsini genişləndirməyə xüsusi diqqət yetirilməsindən danışılır. Filmdə bu bitkilərin aralıq, təkrar və qarışıq əkinləri ətraflı şəkildə izah olunur. Kinolentdə eyni zamanda birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini barədə Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bölmə və laboratoriyalarında aparılan tədqiqat işləri əsas yer tutur. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.