1. sif. Yer qazımaqla məşğul olan, torpaq işləri görən. Yerqazan fəhlə.
– Həqiqətin qırmızı yanağını toz basmış, başının tükləri bir neçə yerdən pırtlamış, özü isə bikef halda dayanıb … yerqazan yoldaşlarına baxırdı.
// Yer qazıyan, torpaq qazıyan, torpaq çıxardan. Yerqazan maşın.
2. is. Yer qazımaqla məşğul olan işçi, torpaq işləri görən fəhlə. Yerqazanlar yer qazırdılar.
3. is. Yer qazımaq üçün lazım olan alət (külüng, bel və s.). Yerqazanla yer qazımaq.