YETİK

sif.
1. Bələd, tanış, xəbərdar, vaqif, yaxın.
Ələsgərəm, mən yetiyəm hər işə; İki könül bir-biriynən barışa. Aşıq Ələsgər.
[Sona:] Görmüşəm, sifətdən gözəldir, ancaq təbiətini bilmirəm, anam onlara çox yetikdir. A.Şaiq.

2. Yetişmiş, yetkin.
Yetik yelinli mayalar isə ehtiyatla, tələsmədən yeriyib sallana-sallana sürünün dalında gəlirdi. M.İbrahimov.

Синонимы

  • YETİK bələd — tanış — xəbərdar
  • YETİK yetik bax 1. xəbərdar; 2. yetkin

Этимология

  • YETİK Yetikmək feilindən kəsik qəlibi üzrə əmələ gəlib. “Filankəsə yetikliyin var­mı?”deyirik. Yetik “tanıma”, “bələdolma” (əlaqə) deməkdir
YETƏRLİK
YETİKLİK

Значение слова в других словарях