YETİMLİK

is. Ata-anası olmayan uşağın halı, vəziyyəti. Yetimlik çəkmək.
– Yetimliyi halətindən bəllidir; Fəqirliyi zillətindən bəllidir. A.Səhhət.
Biz ki yetimliklə böyüdük qoşa; Birgə qonaq getdik yara, yoldaşa. S.Vurğun.
Durnanın yetimlik, yalqızlıq iztirabları ilə pərvəriş tapmış qəlbi bu sakit sevginin sadə, mehriban axşamları ilə bəxtiyar idi. İ.Əfəndiyev.

Синонимы

  • YETİMLİK fağırlıq — yazıqlıq
YETİMLƏŞMƏK
YETİRİCİ

Значение слова в других словарях