yukka

yukka
yukagirlər
yuqoslav 2021
OBASTAN VİKİ
Yukka
Yukka (lat. Yucca) — qulançarkimilər fəsiləsinə aid bitki cinsi. Clistoyucca (Engelm.) Trel. Samuela Trel. Sarcoyucca (Engelm.) Linding. Yukka bitkisinin üzərində böyük yarpaqlardan ibarət xonça forması, onun da mərkəzində krem rəngli çiçəkləri olan bir sap yerləşir. Avizə ağacının xüsusiyyəti tozcuqlarının maili olmasıdır. Buna görə bitkinin erkəkciklərindəki çiçək tozunu ancaq maili ağız quruluşuna malik güvə növü toplaya bilir. Yukka ağacının güvəsi topladığı çiçək tozlarını bir-birinə sıxıb top formasına salır və bunu başqa yukka ağacının çiçəyinə daşıyır. Əvvəlcə çiçəyin dibinə enir və öz yumurtalarını qoyur.
Göyümtül yukka
Göyümtül yukka (lat. Yucca glauca) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikanın şərq rayonlarında yayılmışdır. == Botaniki təsviri == Bitki gövdəsizdir. Yarpaqların uzunluğu 70 sm-dək, göyümtül-yaşıl, ağ haşiyəli və kənarlarında seyrək, nazik buruq saplıdır. Çiçək süpürgəsi ensiz, az budaqlıdır. Çiçəkləri yaşılımtıl-ağ və ya sarımtıl rəngli, uzunluğu 7 sm-dək, sallaq, müxtəlif formalı, çox vaxt zəngvaridir. Çiçək saplağının uzunluğu 300 sm-dir. Toxum və kök pöhrələri ilə çoxaldılır. == Ekologiyası == Günəşli, isti yerlərdə bitir.
Lifli yukka
Lifli yukka (lat. Yucca filamentosa) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikada Missisipi, Cənubi Karolina və Floridada geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2-4 m-ə qədərdir. Gövdəsi yoxdur və ya çox zəif inkişaf etmişdir. Yarpaqları göyümtül-yaşıl rəngli, uzunluğu 70 sm-ə qədər, eni 4 sm olub, ucu biz xətvaridir, kənarlarında şoxsaylı ağ, nazik, buruq saplaqları, çoxlu yarpaq rozetləri vardır. Sarı və ya ağ yarpaqları olan alabəzək yarpaqlı formaları vardır. Çiçək süpürgəsinin hündürlüyü 1-3 m-ə çatır, süpürgə oxu çılpaqdır. Çiçəkləri sallaq, sarımtıl-ağ rəngdədir, 5-7 sm uzunluqdadır. Çiçəkləmə dövründə dekorativ görünür.
Qısayarpaq yukka
Qısayarpaq yukka (lat. Yucca brevifolia) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. ABŞ-da, Yutanın cənub-qərbindən Kaliforniyanın ortalarınadək yayılmışdır. Hündürlüyü 4-9 m, gövdəsinin diametri 50 sm-ə qədər olan, çox şaxələnmiş budaqsız kiçik ağac və ya koldur. Gövdəsinin yerə yaxın hissəsi yoğundur. Yarpaqları lansetvari, sərt, üst tərəfi çökək, kənarları xırda iti dişli, uzunluğu 20-35 sm, eni 7-25 mm-dir. Yaşıl, göyümtül, oxşəkilli-xətvari yarpaqları gövdənin ucunda dəstəyə yığılmışdır. Süpürgə çiçək qrupunun oxu tüklüdür, çiçəkləri sıx, yaşılımtıl ağdır, çiçək saplağı qısadır. İyul-avqust aylarında çiçək açır. Gövdə zoğları, bəzən də toxumla çoxaldılır.
Yukka Poyka
Yukka Rousu (19 iyul 1980, Haukipudas, Oulu əyaləti[d]) və ya Yukka Poyka — fin reqqi sənətçisi.
Şərəfli yukka
Şərəfli yukka (lat. Yucca gloriosa) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. Yavaş böyüyür, təbii mühitdə hündürlüyü 2 m-ə çatan, şarşəkilli kol və ya ağac formasını alır. Tək və ya zəif şaxələnmiş, cod və əyri yarpaqlı rozetləri olan ağacşəkilli gövdəsi vardır. Kökümsov gövdəsi yaxşı inkişaf edir, qısadır, torpaşın səthinə yayılır. Yarpaqların uzunluğu 40-50 sm, eni 6-13 mm, ensiz xətvarı, göyümtül-yaşıl kənarları ağ və ya boz rənglidir, liflidir. Cavan yarpaqları düzünə yuxarıya, kənar yarpaqları isə aşağıya əyilir. Bu yarpaqlar bitkinin aşağı hissəsində narın dişli, təpə hissəsində isə bərk sivri uclu olur. Süpürgə çiçək qrupunun hündürlüyü 1-2 m-dir, qol-budaqlıdır, zəngşəkilli çiçəkləri ağ rəngli, qonur və ya yaşılımtıl çalarlı olub, 6-7 sm uzunluqdadır. Aprel-may aylarında çiçək açır.
Əyilmişyarpaq yukka
Əyilmişyarpaq yukka (lat. Yucca recurvifolia) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. Vətəni ABŞ-dır. Meksika körfəzində Georgi ştatında və Missuri gölünə qədər təbii halda yayılmışdır. Hündürlüyü 2 m-ə qədər olan həmişəyaşıl koldur. Gövdəsi kifayət qədər yumşaq, tünd-yaşıl rənglidir. Təpə hissəsi xətvari yarpaqların sıx topası ilə qurtarır. Qısa, şaxələnmiş gövdəsi 1-1,5 m-ə qədərdir. Cod lifli yarpaqları gövdənin ucunda rozetə yığılmışdır. Yarpaq ayası uzunsov-lansetvari, dərili, boz-yaşıl, uzunluğu 90 sm-ə çatan, sallaq, kənarları dişli və ucu iynəlidir.
Əzvayyarpaq yukka
Əzvayyarpaq yukka (lat. Yucca aloifolia) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. Şimali Amerika, Bermud adaları və Yamaykaya qədər təbii halda yayılmışdır. Yavaş böyüyür və tədricən hündürlüyü 8 sm olan şarşəkilli kol və ya kiçik ağac formasını alır. Gövdələrinin aşağı hissəsi çılpaqdır. İri bitkilərin oduncaqlı gövdəsi çox şaxələnmiş olur. Budaqların uclarında cod lifli yarpaqların möhkəm rozetləri vardır. Yuxarı hissəsi köhnə yarpaqların qalıqları ilə örtülmüşdür; təpəsində tünd-yaşıl rəngli, sərt, lətli yarpaq topası yerləşir. Yarpaq ayası uzunsov lansetvari, tünd-yaşıl dərili, uzunluğu 40–75 sm, eni 30–40 mm-dir. Yanları xırda dişli, təpəsində uzunluğu 50 mm olan iti tikanları var, kənarları dişli olub, bir iynə ilə qurtarır.
Cənub yukkası
Cənub yukkası (lat. Yucca faxoniana) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Meksikada bitir. == Botaniki təsviri == Təbiətdə hündürlüyü 8–10 m olan ağac və ya koldur. Cavan bitkilərin gövdələri zəif olur. Yaşlı bitkilərdə gövdənin diametri 20-60 sm-dək çatır. Yarpaqları gövdədə sıx yerləşir, rəngi tünd yaşıldır, kənarlarında sapları vardır. Yarpağin yuxarı hissəsində şaxələnmiş dərili, qısa yarpaqların uzunluğu 25-30 sm, eni 2-3 sm-ə çatır. == Ekologiyası == Şoran, qələvi torpaqlarda yaxşı bitir. İşıqsevəndir.
Trekul yukkası
Trekul yukkası (lat. Yucca treculeana) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. Vətəni Şimali Amerikadır (Texasdan Şərqi Meksikaya qədər). Hündürlüyü 5 m-ə qədər, oduncaqşəkilli, zəif şaxələnmiş, yavaş böyüyən həmişəyaşıl növdür. Gövdəsi düz, ağımtıl rəngdədir. Yarpaq rozetləri ilə qurtaran budaqlı balaca ağacdır. İynəyarpaqları 30 dərəcəlik bucaq altında düzünə, dairəvi şətir əmələ gətirir. Mavi-yaşıl rəngli düz və ya bir az əyilmış yarpaqları sıx rozetlərə yığılmışdır. Sıx yerləşmış yarpaqları qılıncşəkilli, uzunluğu 120 sm-ə qədər, ortasında eni təxminən 7-9 sm olub, bünövrəsində tərəf ensizləşir. Yarpaqları dərili, hər iki tərəfdən çıxıntılı, xətvarıdır, tünd-yaşıl rəngdədir, uzunluğu 60-80 sm, süpürgə oxu çılpaqdır.
Şotta yukkası
Şotta yukkası (lat. Yucca schottii) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. Kanada, Amerikanın Arizona ştatının cənubunda qumlu torpaqlarda bitir. Hündürlüyü 3-5 m-ə, diametri 1-3 m-ə çatan həmişəyaşıl kol bitkisidir. Budaqları düz və ya bir az əyilmışdir. Göyümtül, düz yarpaqlarının uzunluğu 0,2-0,5 m, eni 4 sm-dək olub coddur, kənarları dişciksizdir, bünövrəsində bir az daralır. Yarpağın kənarları nazik saplarla örtülmüşdür. Budaqları və çiçəksaplağı əyilmışdir. Çiçəkləri ağ olub, süpürgə çiçək qrupunda toplanmışdır. Abşeron şəraitində çiçəkləməsi iki dəfə: 1-ci çiçəkləmə aprel-may ayında, 2-ci çiçəkləmə isə avqust-sentyabr aylarında müşahidə edilir.

Значение слова в других словарях