YUMRUQLAMAQ

f.
1. Əlini yumulmuş vəziyyətə salmaq.
Solmaz əllərini yumruqlayıb balınca dayadı, ancaq qalxa bilmədi. S.Rəhimov.

2. Yumruqla vurmaq (döymək).
// Yumruqla taqqıldatmaq (döymək, döyəcləmək).
[Müəllimə] bir şey lazım olduqda, öz otağı ilə Tellinin sakin olduğu otaq arasındakı divarı yumruqlardı. S.Hüseyn.

// məc. Döyəcləmək.
[Qəhrəman:] Kənarda şiddətlə əsən qış ruzgarı birqat pəncərələri yumruqlayır, kiçik qar və buz zərrələri ilə bombardman edirdi. H.Nəzərli.

Синонимы

  • YUMRUQLAMAQ döymək — vurmaq — döyəcləmək — taqqıldatmaq
YUMRUQLAMA
YUMRUQLANMA

Значение слова в других словарях