YƏD

ə. 1) əl; 2) kömək; 3) vasitə; 4) m. zor, güc, qüvvət. Yədi-beyza’ 1) ağ əl (Musanın möcüzə göstərdiyi ağ əli); 2) m. bacarıqlı əl; 3) m. qəribə iş, görünməmiş hadisə; yədi-təzvic «izdivac əli» m. nikah razılığı.

YƏCUC-MƏCUC
YƏHTƏMİL
OBASTAN VİKİ
Yədulla Ağazadə
Yədulla Ağazadə (azərb. Ağazadə Yədulla Bədir oğlu‎) — folklorşünas, ədəbiyyatşünas, yazıçı-publisist, filologiya elmləri doktoru (2014), professor (2019) Yədulla Bədir oğlu Ağazadə 1950-ci il iyulun 1-də Lənkəran şəhərində anadan olmuşdur. Orta təhsilini Lənkəran şəhər 5 nömrəli (1957–1961) və Lənkəran şəhər internat (hazırda gimnaziya) (1961–1967) orta məktəblərində almışdır. Bir müddət Lənkəran şəhər meyvə-tərəvəz konserv (1967), Bakı tikinti materialları (1968) və Azərbaycan Boru prokatı zavodlarında fəhlə işləmişdir (1968–1969). 1969–1970-ci illərdə ordu sıralarında xidmət etmişdir. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini (qiyabi) bitirmişdir (1975). Pedaqoji fəaliyyətə Lənkəran rayonunun ucqar Gəgiran kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlamışdır (1971–1973). Daha sonra Gəgiran kənd orta məktəbinin direktoru vəzifəsində (1973–1981), rayonun Ləj kənd orta məktəbində tədris işləri üzrə direktor müavini (1981–1990), Lənkəran şəhər 5 nömrəli orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifələrində çalışmışdır (1990–1998). Lənkəran Dövlət Universitetində fəaliyyətə başladığı gündən (1992) burada baş müəllim(1992–1998), dosent (1998–2015), professor (2016-cı ildən) vəzifələrində çalışmış, hazırda LDU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professorudur. "Teymur bəy Bayraməlibəyovun folklorşünaslıq fəaliyyəti" mövzusunda namizədlik (1998), "Azərbaycan poeziyasında satirik poeziyasının təşəkkülü və inkişafı" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir (2013).
Yədulla Bayandur
Yədulla Ələkbər xan oğlu Bayandur (1913, Tehran - 1942, Ənzəli) — İranın Hərbi-Dəniz qüvvələrinin zabiti. Yədulla Ələkbər xan oğlu Bayandur 1913-cü ildə Tehran şəhərində anadan olmuşdu. İbtidai və orta təhsilini doğma şəhərində almışdı. Sonra Hərbi-Dəniz qüvvələrinin məktəbində oxumuşdu. Məktəbi leytenant rütbəsi ilə tamamlayaraq Xəzər dənizində xidmətə başlamışdı. Vəzifəsində yüksələrək gəmi komandiri olmuşdu. Almaniya təyyarələri tez-tez İran səmasında görünür, bəzi yerləri bombalayırdılar. 1942-ci ildə baş verən belə hücumların birində Yədulla Bayandurun gəmisi sıradan çıxarıldı. Özü isə əbədi gözlərini yumdu.
Yədulla Səmədi
Yədulla Səmədi (1951, Marağa, Şərqi Azərbaycan ostanı – 25 sentyabr 2018, Şiraz) — İran kinosu və televiziyasının tanınmış azərbaycanlı rejissoru. Yədulla Səmədi 1952-ci ildə Marağa şəhərində dünyaya gəlib. Yədulla Səmədinin çəkdiyi bir çox kino-filmin mövzusu türk dili və mədəniyyəti, həmçinin Azərbaycan vilayətlərində baş verən hadisələrə həsr edilib. Rejissorun 1986-cı ildə çəkdiyi "Avtobus" kinofilmi o dövrün ən çox satılan filmlərindən olub. İran Azərbaycanının kəndlərində iki tayfa arasındakı qarşıdurmanı təsvir edən "Avtobus" filminin hekayəsi əslində Səfəvilər dönəmindən bəri davam edən "Heydəri-Neməti" münaqişəsinin bir təmsilidir. Avtobus filmindən 3 il sonra çəkilən "Savalan" filminin hekayəsi də İran Azərbaycanında baş verən hadisələrə əsaslanır. Filmin baş qəhrəmanı Koroğlu Savalan kəndinin əhalisini basqınçıların hücumundan qoruyur. Urmiyə Aşıq Məktəbinin iki böyük ustadı Aşıq Dərviş və Aşıq Yusuf müvafiq olaraq ‘Avtobus’ və ‘Savalan’ filmlərində rol alıb və mahnı ifa ediblər. Rejissorun 1994 və 1997-ci illərində çəkdiyi "Dəli Domrul" və "Saray" filmləri İran Azərbaycanında türk dilində, ölkənin digər bölgələrində isə fars dilində nümayiş olunub. "Saray" filminin musiqisini məşhur günenyli sənətkar Aşıq Çingiz Mehdipur bəstələyib.
Yədulla xan Bəydili
Yədulla xan Hüseynqulu xan oğlu Bəydili (1883, Tehran – 1960, Tehran) — Hərbçi Yədulla xan Şamlı elinin Bəydili oymağındandır. Onların oymağı Zəncan vilayətinin Xərqan mahalında yerləşirdi. Atası Hüseynqulu xan hərbçi olduğundan Yədulla xan Tehran şəhərində dünyaya gəlmişdi. Babi-Hümayunda hərb məktəbində oxumuşdu. Rza şah Pəhləviyə xidmət etmişdi. Əsləhədarbaşı kimi tanınırdı. Qaradağda Əyyub xanla bərtabər vuruşmuşdu. Yədulla xan Azərbaycan Milli hökumətinə qarşı vuruşmuşdu. Qulam Yəhya özxatirələrində yazır: Şiri-Xurşid ordeni ilə təltif olunmuşdu.

Значение слова в других словарях