yəni
yəsavər 2021
OBASTAN VİKİ
Yəsavol
Yasavul (rütbə)
Yəsavol (Komican)
Yəsavol (fars. یساول‎; azərb. Yasavul‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 103 ailədə 177 nəfəri kişilər və 188 nəfəri qadınlar olmaqla cəmi 365 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Yəsna
Yəsna - ("ehtiram", "pərəstiş", "qurban vermə") "Avesta"nın 72 fəsildən ibarət olan, ibadət, müxtəlif adətlər, mərasimlər və qurban verilməsi zamanı oxunan ayrı-ayrı duaları özündə ehtiva edən ən həcmli hissəsidir. Metrik formada tərtib olunmuş və xarakterinə görə Bibliya peyğəmbərlərinin nitqlərini xatırladan "Qatlar" ("himnlər", nəğmələr") onun ən mühüm qismidir (17 fəsildən ibarətdir). Yasnanın qismən şeirlərlə tərtib olunmuş Yeddi fəsli (35-41-ci fəsillər) Qatlara yaxınlaşır. Bu fəsillərdə ən qədim zamanların ruhu duyulmaqdadır. Yasnanın nəticə hissəsində dualar vardır.
Yəsr
Yəsr (ərəb. يسر‎, fr. Issers) — Əlcəzairin şimalında şəhər, Bumerdes vilayətinin ərazisində kommuna. Kommuna vilayətin orta hissəsində, dəniz səviyyəsindən 35 metr yüksəklikdə yerləşir. Kommuna paytaxt Əlcəzairdən təqribən 68 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 30 km cənub-şərqdə yerləşir. 2008 -ci ildə əhalinin sayı 32 580 nəfər idi.
Yəsrib
Mədinə — Səudiyyə Ərəbistanında şəhər. (Qədimdə Yəsrib adlanırdı (ərəbcə: يثرب Yəsrib). Erkən orta əsrlərdən isə Mədinə, Mədinətü 'n-Nəbi [ مدينة ال نبي Mədinət əl-Nəbi] (Nəbi/Peyğəmbər şəhəri) ya da Mədinətü 'l-Münəvvərə (المدينة المنورة) (işıqlandırılmış şəhər) olaraq adı dəyişdirilmişdir. Məhəmməd peyğəmbərin qəbri də bu şəhərdədir. Məkkədən 300 km şimalda yerləşir. Müsəlman aləmində Məkkə ilə birlikdə iki müqəddəs şəhərdən biri hesab olunur. Qeyri-müsəlmanların şəhərə daxil olması qadağandır.
Yəsser Al-Həbıb
Yasir Əl-Həbib (ərəb. ياسر الحبيب‎) — Küveytli İslam alimi. 1979-ci ildə anadan olmuşdur. Hazırda Londonda yaşayır. O "Mehdi bəndələri təşkilatı"nın (ərəb. هيئة خدام المهدي‎ - Khoddam Al-Mahdi) lideridir. Yasir Əl-Həbib dünya miqyasında tanınmış və hörmət qazanmış, nüfuzlu islam alimlərindəndir.
Yəsə
Bu böyük peyğəmbərin adı Qur`anda iki dəfə gəlib, bir dəfə "Ə`nam" surəsinin 86-cı ayəsində, bir dəfə isə "Sad" surəsinin 48-ci ayəsində. Qabaqda qeyd olunduğu kimi, bütün müfəssirlər və tarixçilər onu İlyasın şagirdi və canişini bilirlər. Tövratda ibri olduğuna görə onun adı Yəşədir. Amma ərəb dilində ona Yəsə deyirlər. Müfəssirlərin nəzərinə görə, o Uxtubun oğludur. "Qamusi-müqəddəs"də isə onu Şafatın oğlu bilirlər və Abil Mühəvvələdə sakin oldu. Nuhu təsdiqləyirlər. "E`lami-Qur`anda" "Kitabe-padşahan" kitabının on doqquzuncu fəslində nəql olunur: İlya (deyəsən həmin İlyas) öz səfərində Yəsə ilə rastlaşır. Yəsə yer şumlayırdı. İlya Yəsəyə dedi ki, gəl mənimlə gedək.
Yəsəvilik
Yəsəvilər — sufi təriqəti Bu sufi təriqəti əslən türk olan Əhməd Yəsəvinin (vəfatı: 1166-cı il) adı ilə bağlıdır. O, məşhur sufi Yusif Həmədaninin davamçılarından olmuş və Mərkəzi Asiyada türk xalqlarının İslamı qəbul etmələri prosesində böyük rol oynamışdır. Dünyagörüşü və hüquqi məsələlərdə hənəfi məzhəbinə mənsub olan Yəsəvi, ənənəvi İslamla sufilikdəki mənəvi təcrübə arasındakı ziddiyyətləri aradan qaldırmağa çalışmışdır. Əhməd Türküstanda (müasir Qazaxıstanın Çimkənt şəhərinin yaxınlığında) anadan olmuş, təhsilini Buxarada almış və təsəvvüf yoluna qədəm qoymuşdur. Sonra o Yasiyə (Türküstana) gedərək ömrünün sonuna qədər orada yaşamışdır. Onun qələmə aldığı çoxsaylı kitablar arasında türk dilində ibrətamiz şeirlər toplusu olan «Divani Hikmət» əsəri dövrümüzədək gəlib çatmışdır. Bundan başqa o, tədrislə məşğul olaraq çoxlu tələbələr yetişdirmişdi. Onların sırasında türk soylu Süleyman Hakim Ata və Mənsur Ata kimi sufi xadimləri də olmuşdur. İlk vaxtlar Əhməd Yəsəvinin təriqəti Məvarənnəhr və Xarəzmdə məşhurlaşmışdır. Sonra isə bu təriqət Qafqazda, Anadoluda və Balkanlarda yayılmışdır.
İsmayıl ibn Yəsar
İsmayıl ibn Yəsar (?-744/749) — VII-VIII əsr Azərbaycan əsilli, Hicazda yaşamış ərəb ədəbiyyatı şairi; Azərbaycan şairi Musa Şəhəvatın qardaşı. VII-VIII əsrlərdə yaşayıb yaratmağına və öz dövrünün məşhur şairi olmasına baxmayaraq, orta əsr mənbələrində onun adı nadir hallarda çəkilir. Əbul-Fərəc əl-İsfəhaninin "Nəğmələr Kitabı" sayəsində müasir ərəbşünaslar İsmayıl ibn Yəsarın zəngin irsi haqqında zəruri məlumat verilir. İbn Quteybə (828-889) İsmayıl ibn Yəsarı əslən azərbaycanlı kimi təqdim etmişdir. Ərəbşünas alim, professor Malik Mahmudov da məhz ona istinadən bu faktı təsdiqləyir. Müasir tədqiqatçılardan ərəb alimi Əhməd Əmin və fars tədqiqatçısı Zabihulla Safa heç bir əsas olmadan İsmayıl ibn Yəsarı fars şairləri siyahısına daxil etmişlər. Məhəmmədəli Tərbiyət isə onun azərbaycan şairi olduğunu təsdiqləmişdir. Ülkər Zakirqızı şairin etnik mənşəyindən bəhs edərkən yazmışdır: İsmayıl ibn Yəsarı Azərbaycandan olduğunu göstərən mənbə və tədqiqatlar da vardır. İbn Quteybənin (828-889) “Şeir və şairlər” (“الشعر و الشعراء”) əsərində şairin Azərbaycandan olduğunu bildirmişdir. Filoloqun bu fikrini əsas götürən tədqiqatlar da vardır.
İsmayıl ibn Yəssar
İsmayıl ibn Yəsar (?-744/749) — VII-VIII əsr Azərbaycan əsilli, Hicazda yaşamış ərəb ədəbiyyatı şairi; Azərbaycan şairi Musa Şəhəvatın qardaşı. VII-VIII əsrlərdə yaşayıb yaratmağına və öz dövrünün məşhur şairi olmasına baxmayaraq, orta əsr mənbələrində onun adı nadir hallarda çəkilir. Əbul-Fərəc əl-İsfəhaninin "Nəğmələr Kitabı" sayəsində müasir ərəbşünaslar İsmayıl ibn Yəsarın zəngin irsi haqqında zəruri məlumat verilir. İbn Quteybə (828-889) İsmayıl ibn Yəsarı əslən azərbaycanlı kimi təqdim etmişdir. Ərəbşünas alim, professor Malik Mahmudov da məhz ona istinadən bu faktı təsdiqləyir. Müasir tədqiqatçılardan ərəb alimi Əhməd Əmin və fars tədqiqatçısı Zabihulla Safa heç bir əsas olmadan İsmayıl ibn Yəsarı fars şairləri siyahısına daxil etmişlər. Məhəmmədəli Tərbiyət isə onun azərbaycan şairi olduğunu təsdiqləmişdir. Ülkər Zakirqızı şairin etnik mənşəyindən bəhs edərkən yazmışdır: İsmayıl ibn Yəsarı Azərbaycandan olduğunu göstərən mənbə və tədqiqatlar da vardır. İbn Quteybənin (828-889) “Şeir və şairlər” (“الشعر و الشعراء”) əsərində şairin Azərbaycandan olduğunu bildirmişdir. Filoloqun bu fikrini əsas götürən tədqiqatlar da vardır.
Əhməd Yəsəvi
Əhməd Yəsəvi (təq. 1100, Sayram – 1166, Türkistan) — XII əsrin məşhur mütəfəkkir-şairi, ortaq türk ədəbiyyatında ilk mütəfəkkirlərdən, türk dilində sufizm ədəbiyyatının ilk yaradıcılarından. Əhməd Yəsəvi Qərbi Türküstanın Çimkənd şəhəri yaxınlığındakı Sayram qəsəbəsində dünyaya gəlmişdir. Orta Asiya Türkləri arasında İslamı yayan, Anadolunun türkləşməsində və müsəlmanlaşmasında böyük rolu olan Əhməd Yəsəvinin doğum tarixi dəqiq bilinmir. Əhməd bin İbrahim bin İlyas Yəsəvi - Pir Sultan, Xoca Əhməd, Kul Xacə Əhməd kimi də tanınmışdır. O, ilk təlim və tərbiyəsini Yəsi şəhərində almış və bu şəhərin adını özünə təxəllüs götürmüşdür. Kiçik yaşlarında anasını itirən Əhməd ilk dərslərini Sayramın ən məşhur vəlilərindən olan atası Şeyx İbrahimdən almışdır. Amma o 7 yaşında ikən atası da vəfat etmişdir. Atası öləndən sonra əvvələcə Yəsidə Arslan Babadan dərs alan Əhməd, qısa zaman içində təhsildə böyük uğurlar qazanmışdır. Arslan Baba dünyasını dəyişəndən sonra o, Buxaraya yollanmış və burada böyük övliya Yusif Həmədaninin şagirdi olmuşdur.
Əhməd Yəsəvi Universiteti
Əhməd Yəsəvi Universiteti(qaz. Қожа Ахмет Ясауи атындағы Халықаралық қазақ-түрік университеті,türk. Hoca Ahmet Yesevi Uluslararası Türk-Kazak Üniversitesi)—on iki əsr Sufi şairi Əhməd Yəsəvi adlandırılan Qazaxıstandakı Türkistan şəhərində universitetdir. 1993-cü ildə qurulan, təxminən 20.000 tələbə var, onlardan təxminən 10% -i Türkiyədəndir.Əhmet Yəsəvi Universiteti Tibb Mərkəzi Xəstəxanası universitetin Türkistandakı əsas şəhərciyində fəaliyyət göstərir.Universitet Qazaxıstan və Türkiyə arasında 1993-cü ildə Nursultan Nazarbayev və Süleyman Dəmirəl arasında bağlanmış bir razılaşma yolu ilə "qarşılıqlı universitet" olaraq yaradılmışdır.Universitetin nizamnaməsinə əsasən, universitetin rektoru Qazaxıstan Respublikası Ali Təhsil Şurası tərəfindən, birinci prorektor isə Türkiyə Respublikası Ali Təhsil Şurası tərəfindən təyin edilir. Qəyyumlar Şurasının yarısını hər bir ölkə təyin edir və Türkiyə İdarə Heyətinin Başçısını təyin edir. .Universitetin nizamnaməsinə əsasən, universitetin rektoru Qazaxıstan Respublikası Ali Təhsil Şurası tərəfindən, birinci prorektor isə Türkiyə Respublikası Ali Təhsil Şurası tərəfindən təyin edilir. Qəyyumlar Şurasının yarısını hər bir ölkə təyin edir və Türkiyə İdarə Heyətinin Başçısını təyin edir.Universitet Qafqaz Universitetləri Assosasiyasının üzvüdür. Bunların MKTU-nun kəşfi və yaranma tarixi. H.A.Yasavi, türk sivilizasiyasında özünəməxsus yer tutan Türküstan şəhərinin 1500 illik tarixi ilə bağlıdır. Qədim şəhərin xüsusi geosiyasi yerini və türk xalqlarının tanınmış mənəvi mərkəzi kimi əhəmiyyətini nəzərə alaraq, müasir yüksək ixtisaslı mütəxəssislərin hazırlanması ilə yanaşı bir universitetin yaradılmasında əsas məqsəd həm də türkdilli xalqların qədim elm və mədəniyyət mərkəzi olan Türkistan şəhərinin dirçəlməsi və inkişafı idi.
Zənd-i Vəhmən yəsn
Zənd-i Vəhmən yəsn — pəhləvi dilində orta əsr zərdüşti apokaliptik mətni. Bu, Ahura Mazdanın Zərdüştə behdinlərin ("yaxşı din"dən olanların, yəni zərdüştilərin) və gələcəkdə onların dininin başına gələcəklər haqqında məlumat verən peyğəmbərlik əsəridir. Saxlanılmış ən qədim əlyazma (K20, Kopenhagendə) təxminən 1400-cü ilə aiddir, lakin mətnin özü daha qədimdir. Bu, bir neçə nəsil ərzində yazılmış və redaktə edilmişdir. Əsər "Bəhmən Yəşt" və "Zənd-i vəhmən yəşt" kimi də tanınır. Bu başlıqlar sxolastik səhvlərdir. Onlar birinci halda XVIII əsrdə Anketil-Düperron, ikincisi isə XIX əsrdə Edvard Vilyam Vestlə bağlıdır.

Значение слова в других словарях