zastava
zatən
OBASTAN VİKİ
Lilita Zatlere
Lilita Zatlere — Latviyanın 2-ci Birinci xanımı (2007—2011). == Həyatı == Lilita Zatlere 1953-cü il fevralın 24-də Riqa şəhərində anadan olub. == Ailəsi == Lilita Zatlere birinci həyat yoldaşı rəssam Ayvaru Manquli idi. Həmin nigahdan onun Agnese adında qız övladı var. 2007-2011-ci illərdə Latviya Prezidenti olan Valdis Zatlers ilə nigahdan isə, Karlis adında oğul övladı var.
Lilite Zatlere
Lilita Zatlere — Latviyanın 2-ci Birinci xanımı (2007—2011). == Həyatı == Lilita Zatlere 1953-cü il fevralın 24-də Riqa şəhərində anadan olub. == Ailəsi == Lilita Zatlere birinci həyat yoldaşı rəssam Ayvaru Manquli idi. Həmin nigahdan onun Agnese adında qız övladı var. 2007-2011-ci illərdə Latviya Prezidenti olan Valdis Zatlers ilə nigahdan isə, Karlis adında oğul övladı var.
Nikolay Zateyev
Nikolay Vladimiroviç Zateyev (30 iyun 1926, Nijni Novqorod – 28 avqust 1998, Moskva) — Rusiyalı Hərbi sualtı gəmisinin kapitanı,Nobel mükafatı laureantı. 30 iyun 1926-cı ildə Rusiyanın Nijni Novqorod şəhərində anadan olub. O 1943-cü ildə Qırmızı Orduya səfərbərliyə alındı və Bakı Ali Hərbi Dəniz Məktəbində təhsil aldı.1940-cı illərin sonunda o Qara dəniz Flotuna qoşuldu və naviqasiya zabit kimi əvvəl sualtı gəmilərdə xidmət etdi və sonra vəzifəli şəxsin vəzifəsinə qalxdı. 1954-cü ildə o Qabaqcıl Xüsusi Zabitlər Kursunu bitirdi və şəxsi əmri K-19 Hərbi sualtı gəmisinin kapitanı vəzifəsinə verildi. 28 avqust 1998-ci ildə Moskva şəhərində 72 yaşında vəfat etmişdir.
Osman Zati Korol
Osman Zati Korol (türk. Osman Zati Korol) (d. 1880 İzmir, Osmanlı İmperiyası – ö. 21.09.1946, Ankara, Türkiyə) — Türk əsgəri. 1897-ci ildə hərbi məktəbə daxil olmuş və 1901-ci ildə oranı bitirmişdir. İtaliya-Osmanlı müharibəsində , Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 27 aprel 1921-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə təltif edildi. 29 iyul 1938-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. 21 sentyabr 1946-cı ildə Ankarada vəfat etdi.
Tatyana Zatulovskaya
Tatyana Zatulovskaya (rus. Татьяна Затуловская; d. 8 dekabr 1935, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 2 iyul 2017, Aşkelon, İsrail) — ardıcıllıqla SSRİ-ni, Rusiyanı və İsraili təmsil etmiş keçmiş şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (1976), SSRİ-nin əməkdar idman ustası (1967), mühəndis-geoloq. Tatyana Zatulovskaya 8 dekabr 1935-ci ildə Bakıda yəhudi ailəsində anadan olub. Şahmat karyerasına kifayət qədər gec — 14 yaşı tamam olduqdan sonra başlayıb. Tatyanaya şahmat oyununu yaşıdı olan qonşusu öyrədib. Onun ilk məşqçisi, sonralar Azərbaycan çempionu, fizika professoru və Korçnoyla görüşdə Kasparovun nümayəndə heyətinin rəhbəri olacaq Azər Zeynallı olub. Zeynallı o zaman şagirdindən cəmi bir neçə yaş böyük idi. İlk uğurlar əldə etməsindən sonra onunla Bakı pioner evinin baş mütəxəssisi, respublikanın əməkdar məşqçisi Suren Abramyan məşğul olmağa başladı.
Valdis Zatlers
Valdis Zatlers (22 mart 1955, Riqa) — Latviya Respublikasının 7-ci Prezidenti (8 iyul 2007 – 8 iyul 2011) olub.
Zatoiçi (film, 2003)
Zatoiçi (座頭市, Zatōichi) — Takeşi Kitano rejissoru və ssenari müəllifi olan, Yoşinori Ota ilə redaktə etdiyi və baş rolu oynadığı cidaygeki döyüş filmi. Kitano açıqlayıb ki, bu filmi onnan bunu xahiş edən insanlar üçün yaratdığına görə, təmiz əyləncəli film çəkib, onları razı salmaq üçün, öz texnikanın əvəzinə, ənənəvi film çəkmə texnikaları iştədib. Venesiya Film Festivalı. Gümüş Şir (2003, sentyanrın 6-sı). Leone Del Pubblico. Tamaşaçılar Mükafatı (2003).
Zatoka
Zatoka (ukr. Затока) — Ukraynanın Odessa vilayətinin Bilqorod-Dnestrovski rayonunda yerləşən şəhər tipli qəsəbə. Məntəqə yerli bir çimərlik kurortudur. Əlavə olaraq, qəsəbədə Buqaz adlı kiçik bir dəniz limanı var. 2017-ci ildə Zatokada 1,869 nəfər yaşayırdı. Qəsəbə Dnestr estuarisinin çayın Qara dənizə axdığı dilində yerləşir. Qəsəbə Odessa şəhərindən 60 kilometr, Bilqorod-Dnestrovski şəhərindən isə 18 kilometr uzaqlıqla yerləşir. İnzibati və ərazi baxımından Zatoka qəsəbəsi Bilqorod-Dnestrovski şəhər şurasının tərkibindədir. Zatoka qəsəbəsi üç əraziyə – "Limanski", "Solneçi", "Tsentralnıy" rayonlarına bölünmüşdür Qəsəbənin yaxınlığında Tripol mədəniyyəti dövründən qalma bir abidə yerləşir. Zatoka qəsəbəsinin əsası 1827-ci ildə qoyulmuşdur.
Zatura: Kosmik macəra
Zatura: Kosmik macəra (ing. Zathura: A Space Adventure) — Con Favronun rejissorluğu ilə 2005-ci ildə çəkilmiş amerikan elmi fantastik, macəra filmi. Film Kris Van Ollsburqun 2002-ci ildə yazdığı eyniadlı uşaq kitabı əsasında çəkilmişdir. Kris həmçinin 1981-ci ildə işıq üzü görmüş Cumanci kitabının müəllifidir. Zatura "Cumanci" filminin spin-offudur. Film, zirzəmilərində Zatura adlı sirli stolüstü oyun tapan iki gənc qardaş, Volter və Dennidən bəhs edir. Cumancidə olduğu kimi, bu oyunda da edilən hər bir seçim canlanır. Qardaşlar oyunu oynayarkən, onların evi kosmosa daşınır və onlar robotlar, yadplanetlilər və digər müxtəlif təhlükələrlə dolu kosmosa sürüklənirlər. sonypictures.com/movies/… — Zatura: Kosmik macəranın rəsmi saytı Zatura: Kosmik macəra — Internet Movie Database saytında.
Zatheria
Zatheria — plasentalı (Eutheria) və kisəli (Metatheria) məməliləri, habelə onların nəsli kəsilmiş qohumlarını əhatə edən bir məməli kladıdır. Bu kladın adı qədim yunan dilindən tərcümədə "fərqli heyvanlar" mənasını verir və ilk dəfə 1975-ci ildə Malkolm McKenna tərəfindən təklif edilmişdir. == Xüsusiyyətləri == Zatheria kladının üzvləri bir sıra ortaq xüsusiyyətlərə malikdirlər: Tribosfenik azı dişləri: Zatheria'nın ən vacib xüsusiyyətlərindən biri, tribosfenik azı dişlərinə sahib olmasıdır. Bu dişlər, üç əsas hissədən ibarətdir: protokon, parakon və metakon. Bu diş quruluşu, qidanı daha səmərəli şəkildə çeynəməyə və həzm etməyə imkan verir. Dentary-squamosal çənə oynağı: Zatheria, dentary-squamosal çənə oynağına malikdir. Bu oynaq, daha güclü bir çeynəmə qüvvəsi təmin edir. Üç orta qulaq sümüyü: Zatheria, üç orta qulaq sümüyünə malikdir: çəkic, zindan və üzəngi. Bu sümüklər, səs dalğalarının daha səmərəli şəkildə daxili qulağa ötürülməsini təmin edir. == Təsnifatı == Zatheria kladı, iki əsas qrupa ayrılır: Tribosphenida: Bu qrup, müasir məməlilərin əksəriyyətini, o cümlədən kisəlilər (Metatheria) və plasentalılar (Eutheria) daxil olmaqla, əhatə edir.
Zatarendia
Qaraqınıq (lat. Origanum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Qaraqınıq dalamazkimilər fəsiləsinə, qaraqınıq cinsinə aiddir. Qaraqınıq bitkisinə xalq arasında qara yarpız və ya kəkotu da deyirlər. Onun boyu 90 sm hündürlüyə qədər qalxa bilir. Qaraqınıq möhkəm kök və budaq sisteminə malikdir. Onun ətri kəklikotunun ətrinə çox bənzəyir. Qaraqınıq otunun gövdəsi düz, yarpaqları kiçik, tünd yaşıl rəngdə, yumurta formasında və yumşaq olur. Qaraqınıq otunun çiçəkləri xırda, qoxulu, bənövşəyi-qırmızı və ya bənövşəyi-çəhrayı rəngdə olur. Onun çiçəkləri budaqların uc hissəsində bitir.

Значение слова в других словарях