Ziddiyyət

1) iki şey (fikir, hərəkət və s.) arasında olan tam uyğunsuzluq, əkslik, çox kəskin fərq, uyuşmazlıq. Məsələn, fikirlər arasında ziddiyyət (uyğunsuzluq); 2) öz keyfiyyətləri, xassələri etibarilə başqası ilə uyğun olmayan, düz gəlməyən; 3) ədavət, düşmənçilik; 4) təbiət və cəmiyyətin əşya və hadisələrinə daxilən xas olan əskliklər münasibəti; təzad. Məsələn, sinfi ziddiyyətlər, əmək ilə kapital arasında ziddiyyətlər; 5) hər cür hərəkətin, inkişafın, dəyişkənliyin, yeni keyfiyyətə keçidin daxili mənbəyini ifadə edən fəlsəfi kateqoriya.
Zidd
Ziyalı
OBASTAN VİKİ
Ziddiyyət qanunu
Ziddiyyət qanunu — məntiq qanunudur və bu qanuna görə bir-birini inkar edən iki təklif eyni vaxtda həqiqi ola bilməz. Ziddiyyət qanununun ilk ifadəsini Aristotel vermişdir. Ziddiyyət qanununu belə də ifadə etmək olur; təklif eyni vaxtda həqiqi və yalan ola bilməz. Formal ziddiyyətlərin düşüncəyə və ya elmi nəzəriyyəyə daxil olması, nüfuz etməsi onları əsassız edir. Ziddiyyət qanunu obyektlərin keyfiyyət müəyyənliyinin təfəkkürdə əks olunmasıdır. Belə bir sadə faktın təfəkkürdə əksidir; əgər obyektin dəyişməsindən sərf-nəzər etdikdə o, eyni vaxtda qarşılıqlı bir-birini istisna edən xassələrə malik ola bilməz.

Значение слова в других словарях