zoqqultu
zol-zol
OBASTAN VİKİ
Zol-Göyəç
Zol-Göyəç - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. Bolnisi Bələdiyyəsindən 13 kilometr uzaqlıqda yerləşir. Kəndin salınma tarixi təqribən XVIII əsrin sonu XIX əsrin ortalarına təsadüf edir. Kəndin ilkin adı "Beş Öylü" ("Beş Evli") olub. Kəndin belə adlandırılmağına səbəb o kəndin ilk sakinlərinin cəmi beş türkdilli ailədən ibarət olması olub. Əhalisi 2576 nəfərdir. Əhalinin etnik tərkibi 100% Azərbaycanlılardan ibarətdir. Əhali Maldarlıq Və əkinçilik ilə məşğul olur. Məmmədov Elşən Vaqif oğlu (3 iyul 1992 – 25 sentyabr 2015) — Azərbaycanın Tərtər rayonunda cəbhə bölgəsində atışma zamanı şəhid olmuşdur. Və kənddə Şəhid Elşən Məmmədov Xatirəsinə Zol Göyəç Məscidi önündə bulaq tikilmişdir!
Emil Zolya
Emil Zolya (fr. Émile Zola; 2 aprel 1840[…], Sen-Jozef küçəsi[d] – 29 sentyabr 1902[…], Paris[…]) — məşhur fransız yazıçı, XIX əsrin ikinci yarısında realizmin ən görkəmli nümayəndələrindən biri, naturalizm ədəbi cərəyanının rəhbəri və nəzəriyyəçisi. == Həyatı == Emil Zolya 1840-cı il dekabrın 2-də Parisdə yoxsul bir ailədə dünyaya gəlmiş, lakin uşaqlıq illərini Fransanın Ekzi şəhərində keçirmişdir. Atası Venesiya immiqrantı mühəndis Fransua Zolya, anası fransız Emili Ober idi. Atası erkən dünyasını dəyişdiyinə görə kiçik yaşlarından evin bütün yükü Emil Zolyanın üzərinə düşmüşdü. Emil Zolya Burbon kollecində təhsil almışdır. Ədəbiyyata olan marağı məktəb çağında dram, poeziya və teatra olan marağı ilə başlayıb. Aleksandr Düma, Ejen Syu, Pol Feval kimi bir çox məşhur yazıçıların bütün kitablarını oxumuşdur. Məktəb illərində Pol Sezan və onun yaxın dostu Jan Batist Bayl ilə tanış olur. Həmin bu üçlük Viktor Hüqonun əsərlərini oxuduqdan sonra onun şəxsiyyətindən təsirlənərək bir ilə kimi onu özlərinə ustad seçirlər.
Eninə zolaqlı əzələ
Eninəzolaqlı əzələ hüceyrələri, uzun və silindr şəklində hüceyrələrdir. Bir əzələ teli boyunca birdən çox nüvə mövcud olur. Əzələ hüceyrələrinin sərhədləri müəyyən deyil və sitokinez (sitoplazma bölünməsi) görülmür. Beynin idarəsində, iradi çalışırlar. Düz kassa nisbətlə daha sürətli sıxılırlar. Oynaq qıçlılardakı əzələlər bu tipdəndir. Eninəzolaqlı əzələ liflərində açıq və tünd bantlar, xüsusi zülalların fərqli nizamda sıralanmasından meydana gələr. Bu zülallar aktin (açıq) və miyozin (tünd) dir.
Fabri Zoltan
Fabri Zoltan (15.10.1917, Budapeşt – 23.8.1994, Budapeşt) – Macar teatr və kino rejissoru, ssenarist, aktyor. == Həyatı == Fabri erkən yaşlarından rəssam olmağı arzulayırdı. O, rəsm çəkməyi öyrənibdir və Macar İncəsənət Kollecini bitirmişdir. 1950-ci ildə macar kino sənayesində quruluşçu dizayner kimi fəaliyyətə başlamışdır. O, ilk "fırtına" filmini 1951-ci ildə çəkmişdir. 1956-cı ildə özünün üçüncü "Şən karusel" filmi ilə dünya şöhrətli rejissor olmuşdur. O, 1980-ci illərin əvvəllərinədək rejissor və ssenarist kimi işləməyə davam etmişdir. Kino sənayesindən ayrıldıqdan sonra, Fabri Macarıstanın teatr və kino sənəti Universitetində müəllimlik etmişdir. Həyatının son illərində o, ssenari yazıb, lakin onlar hələ də işıq üzü görməyib. Fabri 1959-cu ildən 1981-ci ilə qədər Macarıstan kino İttifaqının prezidenti olmuşdur.
Fars zolaqlı arısı
Fars zolaqlı arısı (lat. Bombus persicus) — Zərqanadlılar dəstəsinə, Əsl arılar fəsiləsinə aid növ. == Təsviri == Uzunluğu 18 – 22 mm-dir. Döşün və qarıncığın orta hissəsi qar kimi ağ uzun tüklərlə örtülüdür. Döşün arxa hissəsi, qarıncığın ön və arxa hissəsi isə uzun qara tüklərlə örtülmüşdür. Arxa ətraflardakı "səbətciyin" tükləri ağ, qanadları isə tutqundur. == Yayılması == Türkiyə, İran, Gürcüstan, Azərbaycanda Naxçıvan MR (Zəngəzur sıra dağlarının yüksəklikləri) rast gəlinir. == Həyat tərzi == Zımbırtikan və kəklikotu üstünlük təşkil edən quru yamaclar, bozqır çəmənlərlədə yayılırlar. == Sayı == Az saylı növdür == Məhdudlaşdırıcı amillər == Yuvalarının dağıdılması, çiçəkləyən bitki sahələrinin biçilməsi və mal-qaranın otarılması nəticəsində azaldılması. == Qorunması üçün qəbul edilmiş tədbirlər == Azərbaycanın Qırmızı Kitabının I nəşrinə daxil edilmişdir.
Fırlatma zolağı
Fırlatma zolağı (scroll bar,полоса прокрутки,kaydırma çubuğu)-qrafik istifadəçi interfeyslərində: pəncərənin sağ, yaxud aşağı qırağında yerləşən və pəncərəyə yerləşməyən sənədi fırlatmaq üçün nəzərdə tutulmuş şaquli, yaxud üfüqi zolaq. Fırlatma zolağının üç aktiv zonası olur; məsələn, mətn redaktorlarında şaquli fırlatma zolağının üzərində ox olan iki fırlatma düyməsi var ki, onların köməyilə sənədi bir sətir aşağıya, yaxud yuxarıya hərəkət etdirmək olur və sənədin lazım olan yerinə keçmək üçün fırlatma boksu var; siçanın göstəricisini fırlatma boksunun yuxarısında, yaxud aşağısında çıqqıldatmaq sənədi bir ekran yuxarıya, yaxud aşağıya hərəkət etdirir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Gəvlən (Salmas-Zolaçay)
Gavlan (fars. گولان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı, Zolaçay kəndistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 209 nəfər yaşayır (40 ailə).
Kiçik cənub zolaqlı balina
Kiçik Cənub Zolaqlı balinası (lat. Balaenoptera bonaerensis) — Zolaqlı balinalar fəsiləsinə aid balina növü. == Xüsusiyyətləri == Kiçik Cənub Zolaqlı balinası Zolaqlı və Bığlı balinalara daxil olan ən kiçik nümayyətdədir. Bu canlıların uzunluğu 7,2–10,7 metr, çəkisi isə 5,8–9,1 t arasında dəyişir. Orta ölçülü dişilər erkəklərdən bir metr iri olurlar. Yeni doğulan balaların uzunluğu 2,4–2,8 meyrdir. Bel nahiyyəsi tünd-boz, qarın nahiyəsi isə ağ rəngdə olur. == Yayılması == Cənub yarımkürəsində yerləşən bütün okeanlarda yaşaya bilirlər. Yay ayları hətta Antarktida sahillərində belə görünürlər.
Kiçik zolaqlı balina
Kiçik Zolaqlı balina, və ya Kiçik Şimal Zolaqlı balinası,, Cırtan Zolaqlı balina (lat. Balaenoptera acutorostrata) — Balinakimilər dəstəsinə, Zolaqlı balinalar fəsiləsinə aid nov. Öz cinsinin ən kiçik növündən biri hesab edilir. Cırtan Zolaqlı balina üç yarımnövə bölünür: Şimal Kiçik balina (Balaenoptera acutorostrata) şimal yarımkürəsində yayılmışdır, Cırtan Zolaqlı balina cənub yarımkürəsinsə yayılmışdır və Kiçik cənub zolaqlı balina (Balaenoptera bonaerensis) isə tropik qurşaqlarda yayılmışdır. == Xariçi görünüşü == Üzəri tünd boz, qarnı və sinə üzgəclərinin aşağı nahiyələri ağ rəngdə olur. == Həyat tərzi == Cırtan Zolaqlı balina balıq sürüləri və planktonlarla qidalanırlar. Əsasən su səthinə yaxın ərazilərdə ov edirlər. Adətən tək və ya 2–3 başdan ibarət qruplar şəklində yaşayırlar. Adətən 3–9 dəqiqə su altında qalırlar. Ancaq 20 dəqiqəyə qədər su altında qala bilirlər.
Londonun yaşıl zolağı
Londonun yaşıl zolağı (ing. Metropolitan Green Belt) — Böyük London və ətraf qraflıqların ərazisində yerləşən yaşıl zolaq. Sahəsi — 554,7 min ha (2011-ci il üçün), Londonun özünün ərazisindən 3 dəfə genişdir. Şəhərin nizamsız böyüməsinin qarşısını almaq üçün İkinci Dünya müharibəsindən sonra Patrik Aberkrombinin layihəsi əsasında yaradılmışdır. == Tarix == Londonun böyüməsinin qarşısının alınmasına ilk cəhd 1593-cü il parlament aktı ilə edilmişdir. Qanuna əsasən Londondan və Vestminsterdən 3 mil aralı məsafədə yeni tikililərin inşası qadağan olunmuşdu. XIX əsr ərzində Londonun əhalisi 6 dəfə artmış, dəmir və avtomobil yollarının meydana gəlməsi şəhərin böyüməsinə səbəb olmuşdur. Parlamentin 1938-ci il aktı "yaşıl zonanı" istirahət və kənd təsərrüfatı ilə məşğul olmaq üçün sahə kimi müəyyən etdi və yerli hakimiyyət orqanlarına tikililərin genişlənməsinin qarşısını almaq üçün Londonda torpaq almaq hüququ verdi. Bu qanun xüsusi mülkiyyətdə olan ərazilərin yaşıl zolağa keçirilməsi imkanını da nəzərdə tuturdu. 1947-ci ildə parlamentin şəhər və kənd layihələndirilməsi haqqında yeni aktı qəbul olundu.
Mlokoseviç zolaqlı arısı
Mlokoseviç zolaqlı arısı (lat. Bombus mlokosievitzi) — Əsl arılar fəsiləsinə və Thoracobombus yarımcinsinə aid arı növü. Azərbaycan Qırmızı Kitabına daxil edilmişdir. Otlaq sahələrinin kütləvi istifadəsi nəticəsində sayı azalmışdır. Növün adı rus zooloqu Lyudvik Mlokoseviçin şərəfinə adlandırılmışdır. Əsasən subalp və alp qurşağda yayılırlar. Bu xüsüsiyyət eyni ilə Azərbaycan ərazilərində də müşahidə edilir. Cənubi Qafqazın endemik canlısıdır.
Nikolay Zolotarevski
Nikolay İvanoviç Zolotarevski (30 noyabr 1910, Naxçıvan – 26 aprel 1981, Moskva). Sosialist Əməyi Qəhrəmanı (1981), Stalin mükafatı laureatı (1951). Nikolay Zolotaryevski 1910-cu ildə Naxçıvanda anadan olmuşdur. Xüsusi baş aviasiya konstruksiyası, kosmos, gəmiqayırma üçün əhəmiyyətli obyektlərin, nüvə enerjisi, elektronika və digər sənaye tikilməsi, eləcə də sosial infrastrukturun tikintisi ilə məşğul olub. 27 ildən çox SSRİ-nin ən böyük hərbi tikinti təşkilatlarından birinə rəhbərlik edib.
Porçinski zolaqlı arısı
Porçinski zolaqlı arısı (Bombus mlokosievitzi) — Bombus cinsinə aid nadir növ. Bu növ Azərbaycanın Qırmızı kitabına düşən həşaratlar siyahısına salınmışdır. Sayları heyvandarlığın inkişafı ilə əlaqədar getdikcə azalır. İlk dəfə polyak Entomoloqu və general Oktaviy İvanoviç Radoşkovski tərəfindən qeydə (1820–1895) alınmışdır. Növün adı İosif Porçinskinin şərəfinə adlandırılmışdır (1848–1916) — rus entomoloqu. Qarışıq meşə və dağ ərazilərində yayılırlar. Cənubi Qafqazın endemik canlısıdır. Azərbaycanda əsasən Gölgöl gölü ətrafı ərazilərdə yayılırlar. Türkiyə və İranın hündürlüyü 3500 m olan bölgələrində rast gəlinir. Bu növün ziyarət etdikləri bitki növləri: Acantholimon androsaceum, Astragalus ornithopoides, Campanula glomerata, qıvrım şeytanqanqalı, Centaurea glastifolia, Jurinea moscus, Lamium amplexicaule, Salvia, Taraxacum, Trifolium pratense, Lallemantia canescens, Nepeta fissa, şeytanqanqalı, Vicia pannonica, Melampyrum arvense, Astragalus aureus, Centaurea glastifolia, Prunella vulgaris, Stachys cretica, Anchusa leptophylla, Astragalus baibutens, Chartolepis glastifolia, Lamium tomentosum, Medicago falcata, Salvia verticillata, Trifolium ambiguum.
Pəyəcik (Zolaçay)
Pikəçik (fars. كاجيك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı, Zolaçay kəndistanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə‎ 441 nəfər yaşayır (109 ailə).
Qəzza zolağı
Qəzzə zolağı və ya Qəzza zolağı — Aralıq dənizinin şərq sahilində torpaq zolağı. Misir və İsrail ilə həmsərhəddir. Ərazi — 365 km2, əhali — 2,2 milyon.
Qəzzə zolağı
Qəzzə zolağı və ya Qəzza zolağı — Aralıq dənizinin şərq sahilində torpaq zolağı. Misir və İsrail ilə həmsərhəddir. Ərazi — 365 km2, əhali — 2,2 milyon.
Killıa Zoldik
Adi zolaqlı suiti
Adi zolaqlı suitu (lat. Histriophoca fasciata) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin zolaqlı suiti cinsinə aid heyvan növü. Öz adınını məxsus olduğu zolaqlı dərisi ilə əlaqədardır. Yetkin fərd tünd rəngə malik olur və ağ xəttlərə üzərindən zolaqlar keçir. Yeni doğulan suitilərin rəngi ağ olur. Onların bu ağ və qalın dərisi 2 həftə qalır. Yetkin fərdin uzunluğu 150–190 sm, çəkisi 70–90 kq olur. Yeni doğulan körpələrin uzunluğu 70–80 sm təşkil edir. Yaz və yayın əvvəlində Berinq dənizi və Oxot dənizi sularında yerləşən buzlaqlarda birdə Çukot dənizinin cənubunda yerləşirlər. Əsasən açıq dəniz sahələrində yerləşən bulaqlarda yerləşməyi xoşlasalarda hərəkət edən buzlaqların üzərində sahil xəttinə qədər gəlib çıxırlar.
Zolaqlı balina
Zolaqlı balina (lat. Balaenoptera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinə aid heyvan cinsi. Bura daxil canlıların 50–90 arası zolaq olur. Əsl balinalardan fərqli onların bel üzgəclərinə malikdir. Qozbel balinadan fərqli olaraq isə sinə ətrafında yerləşən üzgəcləri qısadır. Bu cinsə daxil olan Göy balina dünyanın ən nəhəng canlısıdır. Qidalarının əsasını xərçənglər və xırda balıqlar təşkil edir.
Nilgiri zolaqlı dələ
Nilgiri zolaqlı dələ – Nilgiri zolaqlı dələ (Funambulus sublineatus) gəmiricilərin nəsli kəsilməkdə olan növüdür, Hindistan yarımadasındakı Nilgirislər də daxil olmaqla, Qərbi Qatların cənubundakı yağış meşələrində yaşayan kiçik dələ (Sciuridae). Əvvəllər Şri-Lankadan Funambulus obscurus-u bir alt növ kimi daxil etdi, bu zaman "birləşmiş növlərin" ingiliscə adı da qaranlıq zolaqlı dələ idi (indi Şri Lanka növləri ilə məhdudlaşan bir ad). Funambulus sublineatus elmi olaraq 1838-ci ildə təsvir edilmişdir. Daha sonra Şri Lanka obskurusu ilə birləşdirildi, sonra Funambulus sublineatusun alt növü kimi qəbul edildi. 2012-ci ildə bir araşdırma, ikisinin çox fərqli olduğunu aşkar etdi və onların ayrı-ayrı növlər kimi tanınmasını tövsiyə etdi. Nilgiri xurma dələsinin (F. sublineatus) indi Hindistanın Qərbi Qatlarında yayılması məhdud olsa da, taksonomik parçalanmadan əvvəl növlərin keçmiş diapazonu həm Hindistanda, həm də Şri Lankada idi. Bu sincab haqqında çox az şey məlumdur, ehtimal ki, cinsdəki ən kiçiyi təxminən 40 qramdır. Hindistanda endemik məməli kimi yeni statusu qeydlərin yenilənməsinə ehtiyac olduğunu bildirir. Növlər ya Qərbi Ghats və Nilgiri təpələrində (və Hindistanda Kodaikanal ətrafı kimi ətraf ərazilərdə) yaş rütubətli meşələrlə məhdudlaşır.
Avtobus zolağı
Avtobus zolağı — sadəcə avtobusların istifadə etməsi və ictimai nəqliyyatın tıxacda ilişib qalmaması məqsədilə çəkilmiş zolaq. Avtobus zolaqları metrobus şəbəkəsinin əsas komponentidir, digər trafikin səbəb olduğu gecikmələri azaltmaqla avtobusların hərəkət sürətini və etibarlılığını artırır. Xüsusi avtobus zolağı ümumi avtomobil hərəkəti üçün nəzərdə tutulmuş yolun yalnız bir hissəsini tuta bilər. == Tarixi == İlk avtobus zolağı tez-tez səhvən 1939-cu ildə Şeridan küçəsinin Foster prospektinin şimalında geri dönən zolaqlarla quraşdırıldığı Çikaqoya aid edilir. Yol pik istiqamətə doğru üç zolaqdan (səhər cənuba; axşam şimala) və bir əks axın zolağından ibarət idi. Zolaqların heç biri yalnız avtobus üçün deyildi, lakin avtobusların hərəkətini asanlaşdırmaq üçün nəzərdə tutulmuşdu. 1948-ci ildə Rod-Aylend ştatının Providens şəhərindəki Şərq Trolley tuneli yalnız avtobuslar üçün istifadəyə çevrildi və bu günə qədər fəaliyyətini davam etdirərək ABŞ-də ilk xüsusi avtobus yolu oldu.
Qəzza zolağının blokadası
Qəzza zolağının blokadası — 2007-ci ildə HƏMAS-ın Qəzzə zolağına nəzarəti ələ keçirməsindən sonra İsrailin rəhbərlik etdiyi və Misirin dəstəklədiyi blokada. Bunun bir h isəsi olaraq Qəzzə zolağına məhsulların və insanların gediş-gəlişinə blokada tətbiq edilmişdir. Blokadanın bəyan edilən məqsədi Qəzzəyə silah qaçaqmalçılığının qarşısını almaqdır. Bu, həm də mühüm humanitar problemlərə gətirib çıxarmışdır, çünki bunun nəticəsində zəruri məhsulların axını məhdudlaşmış, iqtisadi çətinliklər güclənmiş və Qəzzə sakinlərinin hərəkət azadlığına xələl gətirilmişdir. Bu səbəblərə görə ərazi "açıq hava həbsxanası" adlandırılmışdır. Qəzzəyə dəniz və hava yolu ilə çıxış və giriş qadağandır. Qəzzəyə girib-çıxmaq üçün cəmi üç keçid var, onlardan ikisi İsrail, biri isə Misirin nəzarətindədir. Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin 2022-ci il hesabatına görə, blokada İsrailin çıxış icazələrinin sayının azalması səbəbindən insanların və malların hərəkətini əhəmiyyətli dərəcədə azaltmışdır. İsrail müxtəlif hallarda blokadanın yumşaldılması və ya götürülməsi üçün müxtəlif atəşkəs sazişləri əsasında üzərinə götürdüyü konkret öhdəlikləri pozmaqda və ya yerinə yetirməməkdə ittiham olunur. "Keçidlər dəfələrlə bağlanmış və bufer zonalar bərpa edilmişdir.
Salix zollingeri
Salix tetrasperma (lat. Salix tetrasperma) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Pleiarina tetrasperma (Roxb.) N.Chao & G.T.Gong Ripsoctis indica Raf.
Salix zollingeriana
Salix tetrasperma (lat. Salix tetrasperma) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Pleiarina tetrasperma (Roxb.) N.Chao & G.T.Gong Ripsoctis indica Raf.
Zollinger-Ellison sindromu
Zollinger-Ellison sindromu — Qastrinoma G hüceyrələrinin şişi olub, aşırı qastrin ifraz edir, mədə turşusu hipersekresiyası, mədə və 12 barmaq bağırsaq xoraları törədir, əksər hallarda bəd xassəlidir. Qastrinoma pankreasın adacıq şişləri arasında insulinomadan sonra ikinci yerdə durur. Adacıqların bədxassəli şişlərindən və I tip MEN-də ən çox rast gələndir.
Zoltan Hajos
Zoltán George Hajós (doğulmuş Zoltán György Hajós; 3 mart 1926, Budapeşt – 2022) — Macarıstan-Amerika üzvi kimyaçısıdır . Doğma Budapeştdə əczaçılıq sənayesində əvvəlcə akademik, sonra isə sənaye kimyaçısı, o, ən yaxşı Hajos-Parrish-Eder-Sauer-Viechert reaksiyası ilə tanınır (əvvəlcə 1985-ci ildə Klod Ağami tərəfindən Hajos-Parish reaksiyası adlandırılmışdır) . Hajos Macarıstanın Budapeşt Texniki Universitetində (TU Budapest) kimya üzrə təhsil alıb və magistr dərəcəsini bitirib. 1947-ci ildə 1950-ci ildə Üzvi Kimya Texnologiyaları İnstitutunda Zoltan Çsurosun rəhbərliyi altında doktorluq işini bitirmişdir. Hajos 1948-ci ilə qədər, Budapeşt TU-da üzvi kimya üzrə dosent vəzifəsini qəbul edənə qədər orada qaldı. 1957-ci ilə qədər qaldı . 1956-cı ilin oktyabrında, 1956-cı il inqilabının ardınca müqavimətlə müşayiət olunan zaman, Hajos TU Budapeşti və kommunist Macarıstanı tərk edərək ABŞ-yə getdi və burada 1957-ci ildən Prinston Universitetinin Kimya Departamentində üzvi kimya üzrə elmi işçi kimi yüksək postdoktorluq vəzifəsində çalışdı. 1960-cı ildə Hajos Nyu Cersi ştatının Nutley şəhərindəki Hoffmann-La Roche Dərman Tədqiqatları İnstitutunda kimya üzrə vəzifə qəbul etdi . O, akademik karyerasının ikinci mərhələsi 1970-ci ildə Vermont Universitetinin Kimya fakültəsinə (1972–1973) və sonra Toronto Universitetinin Əczaçılıq fakültəsinə (1973–) köçənə qədər bu vəzifədə qaldı. 1974).

Значение слова в других словарях