ZOND

i. 1. (müxt. mənalarda) probe, sound; 2. (balon) sound-balloon; (atmosferə) ~ buraxmaq to send* a sound-balloon

ZONAL
ZONDLAMAQ
OBASTAN VİKİ
Lambda-zond
Lambda-zond — sensorların rolu avtomobildə yanaçağı və çıxış qazlarının düzgün formada təmin etməsidir. Yəniki yanma kamerasında yanmanın düzgün baş verməsini təmin edir. Sensorların tərkibi Dioksid Zirkonniyalı keramikadır. (ZrO2) Bu bütün oksiqen sensorlarına keçərlidir. Oksigen sensorunun əsas iş prinsipi yanma kamerasından çıxan qazların miqdarını ölçməkdir. Bu sensorlar mühərriyin çıxışında və daha sonra katalizator çıxışında yerləşdirilir. İş prinsipnə görə ilk sensorlar mühərriyin yanmasını təmin edir. Katalizatordan sonrakılar isə zərərli qazların nə dərəcədə katalizator filterindən keçdiyini təmin etməkdir. Keyfiyyətsiz yanacaq daha çox zərərli qazlar verərək həmin sensorları tez bir zamanda sıradan çıxardır. BMW mühərikləri keyfiyyətli yanacağa həssas olduğundan dolayı keyfiyyətsiz yanacaq istifadə olunduqda tez sıradan çıxır.
Zond adaları
Zond adaları (ind. Kepulauan Sunda, sun. Kapuloan Sunda) — Cənub-Şərqi Asiyada Malay və Yeni Qvineya yarımadaları, eləcə də, Hind və Sakit okeanları arasında geniş arxipelaq. Tərkibinə bir neçə böyük və minlərlə kiçik ada daxildir. Bu adaların çox hissəsi İndoneziyaya, Kalimantan adasının şimal hissəsi isə Şərqi Malayziyaya, çox da böyük olmayan bir hissəsi isə Bruney dövlətinin ərazisini təşkil edir. Timor adasının bir hissəsi isə 2002-ci ildən etibarən Şərqi Timor dövlətinə aiddir.
Zond plitəsi
Zond plitəsi — Litosfer plitəsi Asiyanın cənub şərqində yerləşir. Adətən Avrasiya plitəsinin tərkib hissəsi kimi göstərilir. 0,21967 steradian sahəyə malikdir. Zond plitəsi Cənubi Çin dənizi, Andaman dənizi, Vyetnamın cənubu və Tayland, Malaziya, İndoneziyaya məxsus Kalimantan, Sumatra, Yava, Sulavesi (bir hissəsi) adalarının təməlini təşkil edir. Filippinin bir hissəsini əhatə edir. Filippin, Quşbaşı, Molukk dənizi, Banda dənizi, Timor, Hind-Avstraliya, Birman, Avrasiya və Yanszı plitələri ilə sərhədlənir.
Böyük Zond adaları
Böyük Zond adaları (ind. Kepulauan Sunda Besar, sundan Kapuloan Sunda Gedé) — Malay arxipelaqına daxil olan adalar qrupu. Kiçik Zond adaları ilə birlikdə Zond adalarını təşkil edir. == Coğrafiyası == Böyük Zond adaları daxil olan adalar: Sumatra — 473 000 km²; Yava — 132 000 km²; Kalimantan (Borneo) — 743 330 km²; Sulavesi — 174 600 km². Bu adalarda İndoneziyanın böyük bir qismi yerləşir. Burada Malayziyanın ada hissəsi və Bruney sultanlığı vardır. Böyük Zond adaları Sakit okean və Hind okeanı arasında təbii sərhəd rolunu oynayır. Adaların ümumi sahəsi 1,5 milyon km² təşkil edir. Adalarda ümumilikdə 180 mln insan yaşayır. Sahəsinə görə dünyanın ən böyük arxipelaqıdır.
Kiçik Zond adaları
Kiçik Zond adaları (ind. Kepalauan Nusa Tenggara, port. Pequenas Ilhas da Sonda) — Malay arxipelaqına daxil olan adalar qrupu. Böyük Zond adaları ilə birlikdə Zond adalarını təşkil edir. == Coğrafiyası == Kiçik Zond adaları adaları altı iri və çoxlu sayda kiçik adalardan ibarətdir. Yava adasından şərqdə yerləşir. Sahəsi 87-min km², əhalisi 14 milyon nəfər təşkil edir. Ən iri adaları Bali, Lombok, Sumbava, Flores və Timor adalarıdır. Flores adasından cənubda Sumba adası yerləşir. Kiçik Zond adaları kifayət qədər dağlıq əraziyə sahibdir.
Köçürən zond mikroskopu
Köçürən zond mikroskopu — Bu zondlar müasir dövrün mikroskoplarıdır. Hissəciyin üst hissəsini zond vasitəsilə köçürmək mümkün olduğundan atom və molekulların belə hərəkətini görmək mümkün olur.
Zond (Sunda) boğazı
Zond boğazı (ind. Selat Sunda) — Yava adasını Sumatra adasından ayırır. Sakit okeanına daxil olan Yava dənizini Hind okeanı ilə birləşdirir. Boğazda çoxlu sayda vulkan məşəli adalar vardır. Krakatau vulkanında 1883-cü ildə dünya tarixində ən güclü partlayış və püskürmə baş vermişdir. Zond boğazının şimal-qərbdə eni 24 km təşkil edir. Dərinliyi 20 m-dir. Bu da boğazdan böyük tonnajlı gəmilərin üzməsini mümkünsüz edir. Uzunluğu 130 km təşkil edir. 1960-cı illərdən Yava və Sumatra adalarını birləşdirmək üçün körpü tikilməsi planlaşdırılır.
Zond (kosmik aparat)
Zond — avtomatlaşdırılmış pilotsuz qurğu olub, uzaq məsafədən kosmosda hər hansı bir tədqiqatın aparılması və ya texniki bir yeniliyin yoxlanması üçün tətbiq olunur. Zondlar 1960-cı illərdə SSRİ-də yaradılıb bir neçə sırada tətbiq olunmuşdur. Zond 1-3 öz başlanğıcını Mars və Venera üçün nəzərdə tutulan kosmik layihədən götürmüşdür. Zond 4-8 isə Aya pilotlu uçuş üçün istifadə olunmuşduir.
Məsafədən zondlama
Uzaqdan zondlama — yerdə müşahidədən fərqli olaraq obyektlə fiziki təmasda olmadan obyekt və ya hadisə ilə bağlı informasiyanın əldə olunmasıdır. Məsafədən zondlama coğrafiya və bir çox Yer elmləri bölmələri (məsələn, hidrologiya, ekologiya, okeanoqrafiya, geologiya) daxil olmaqla çoxsaylı sahələrdə istifadə olunur; onun hərbi, intellektual, kommersiya, iqtisadiyyat, humanitar tətbiqietmələri də var. Müasir istifadədə bu termin Yerdə (həm yer səthində, həm də atmosfer və okeanlarda) təbliğ siqnalları (yəni elektromaqnit radiasiyası) vasitəsilə obyektləri müəyyən edib təsnifləşdirmək üçün aero sensor texnologiyalarının istifadəsini nəzərdə tutur. Uzaqdan müəyyən etmə iki cürə olur: passiv və aktiv. Obyektin buraxılan və ya əks olunan radiasiyanı müşahidə edən sensorlara passiv uzaqdan müəyyən etməsi deyilir. Beləliklə, buraxılan günəş şüaları passiv sensorlarla ölçülən radiasiyanın ən adi bir mənbəyidir. Aktiv sensorlar isə, tərsinə, buraxılan enerjini obyetktin öyrənməsi üçün istifadə olunur. Misal üçün, radar, obyekti aşkər edib, onun yerini, sürətini və istiqamətini müəyyən edir. Məsafədən zondlama vasitəsilə təhlükəli və çətin keçmə yerlərdən vizual və digər məlumatları toplamaq mümkün olur.
Raket zondlanması
== Raket zondlanması == Atmosferin yuxarı təbəqələrinin – 15–20 km-dən 80–120 km-ə kimi (stratosfer və mezosfer) zondlanması üçün istifadə olunur. Bu hündürlükdə ozonosferin çox hissəsi və ionosferin aşağı hissəsi və termosfer və ekzosferin daha hündür təbəqələri yerləşir. Orta atmosferi öyrənmək üçün 80–100 km-ə kimi qaldırılan meteoroloji raketlərdən istifadə olunur. Onlar maye və bərk yanacaqla işləyirlər. Meteoroloji raketlərlə ölçülən əsas parametrlər bunlardır: təzyiq, temperatur, sıxlıq və havanın qaz tərkibi. Tədqiqat proqramından asılı olaraq, digər xarakteristikalar da ölçülə bilər. Yuxarı atmosferi öyrənmək üçün 100–150 km–dən yuxrı qaldırılan güclü geofiziki raketlərdən istifadə edilir. Bu raketlərin köməyi ilə günəş və kosmik şüalanmanın intensivliyi, havanın optik xüsusiyyətləri, onun termodinamik və elektrik xüsusiyyətləri, Yerin maqnit sahəsinin parametləri ölçülür. Düzünə ölçmə metodlarına aid olan raket zondlanmasından əlavə, yuxarı atmosferi öyrənmək üçün radiolokasiya, meteolidar, İYT, optiki texnika və s. istifadə etməklə dolayı metodlar da tətbiq edilir.
Uzaq məsafədən yer kürəsini zondla tədqiqi
Uzaqdan zondlama — yerdə müşahidədən fərqli olaraq obyektlə fiziki təmasda olmadan obyekt və ya hadisə ilə bağlı informasiyanın əldə olunmasıdır. Məsafədən zondlama coğrafiya və bir çox Yer elmləri bölmələri (məsələn, hidrologiya, ekologiya, okeanoqrafiya, geologiya) daxil olmaqla çoxsaylı sahələrdə istifadə olunur; onun hərbi, intellektual, kommersiya, iqtisadiyyat, humanitar tətbiqietmələri də var. Müasir istifadədə bu termin Yerdə (həm yer səthində, həm də atmosfer və okeanlarda) təbliğ siqnalları (yəni elektromaqnit radiasiyası) vasitəsilə obyektləri müəyyən edib təsnifləşdirmək üçün aero sensor texnologiyalarının istifadəsini nəzərdə tutur. Uzaqdan müəyyən etmə iki cürə olur: passiv və aktiv. Obyektin buraxılan və ya əks olunan radiasiyanı müşahidə edən sensorlara passiv uzaqdan müəyyən etməsi deyilir. Beləliklə, buraxılan günəş şüaları passiv sensorlarla ölçülən radiasiyanın ən adi bir mənbəyidir. Aktiv sensorlar isə, tərsinə, buraxılan enerjini obyetktin öyrənməsi üçün istifadə olunur. Misal üçün, radar, obyekti aşkər edib, onun yerini, sürətini və istiqamətini müəyyən edir. Məsafədən zondlama vasitəsilə təhlükəli və çətin keçmə yerlərdən vizual və digər məlumatları toplamaq mümkün olur.
Uzaqdan zondlama

Значение слова в других словарях